Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1229/2022 14.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X5, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, X1 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 41-ci PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci PB tərəfindən tərtib edilmiş 02 avqust 2022-ci il tarixdə tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Zərərçəkmiş şəxs şikayət verərək, şikayətin təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli qərarının ləğv edilərək, inzibati xəta haqqında işin yenidən araşdırılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 avqust 2022-ci il tarixli 3(103)-2025/2022 saylı qərarına əsasən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli qərarı ləğv edilmiş, inzibatəsi xəta haqqında iş materialları yenidən baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 02 avqust 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx xxxxxxx 1998-ci il tarixdə anadan olan, ünvan 1 ünvanında yaşayan X6 Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə Şıxov çimərliyi yaxınlığında döyərək xəsarət yetirmişdir. Nəticədə, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X6 özünü əməlindən səmimi peşman olduğunu bildirərək, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində bildirmişdir ki, X6 03 iyul 2022-ci il tarixdə qızı Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirməsi ilə bağlı Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə ezam olunmuş baş təhqiqatçı, polis kapitanı X3 19 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı Bakı şəhər prokurorunun müavini Mürvət Həsənovun 31 avqust 2022-ci il tarixli qərarı ilə əssassız olduğundan ləğv edilmiş və material əlavə yoxlama aparılması üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. Bununla bağlı işin Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə geri qaytarılmasına etiraz etmir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 iyul 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, qərarın surəti Şəxs Aleqoviç barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi inzibati tənbeh tədbirləri görülməsi məqsədi ilə Səbail RPİnin 41-ci PB-nə həvalə edilmişdir. İş materiallarında olan Bakı şəhər prokurorunun müavini Mürvət Həsənovun 31 avqust 2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə ezam olunmuş baş təhqiqatçı, polis kapitanı X3 19 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı əssassız olduğundan ləğv edilmiş və material əlavə yoxlama aparılması üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə ezam olunmuş baş təhqiqatçı, polis kapitanı X3 toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi və Şəxs Aleqoviç barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi inzibati tənbeh tədbirləri görülməsi məqsədi ilə Səbail RPİnin 41-ci PB-nə həvalə edilməsi barədə qərarı əssassız olduğundan ləğv edildiyindən və material əlavə yoxlama aparılması üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərildiyindən, təqdim olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin digər maddələri ilə yanaşı həmçinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə də baxırlar. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli Fərmanının 5.1-ci bəndinə görə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Bu Fərmanın 6-cı bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ bu Fərmanla həmçinin səlahiyyətli orqanlara aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Bundan əlavə, yuxarıda qeyd edilən normalardan da göründüyü ki, əgər inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti həm məhkəməyə, həm də müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətinə aiddirsə, onda həmin inzibati xəta haqqında iş o vaxt məhkəməyə göndərilir ki, İnzibati Xətalar Məcəlləsinin 43.3-cü maddəsində müəyyən edilmiş hallar mövcud olsun. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokoldan və həmin protokola əlavə edilmiş iş materiallarından inzibati xətalar haqqında qanunvericiliyin qeyd edilən normalarında göstərilmiş halların mövcudluğu öz əksini tapmamış və əsaslandırılmamışdır. Göründüyü kimi, qanunvericilik səlahiyyətli orqana (vəzifəli şəxsə) bununla bağlı diskresion səlahiyyət müəyyən etmir və İnzibati Xətalar Məcəlləsinin 43.3-cü maddəsində göstərilən mütləq tələblərə riayət edilməsini şərtləndirir. Başqa sözlə, həmin maddədə göstərilən əsasların olmamasına baxmayaraq inzibati xəta haqqında protokolun baxılması üçün məhkəməyə göndərilməsi inzibati xətalar qanunvericiliyinin tələblərinə ziddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.10-cu maddəsinin tələblərinə görə inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. Həmin Məcəllənin Azərbaycan Respublikasının İXM-nin 106.0.1-ci maddəsinə əsasən əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aid olub-olmamasını, 106.0.4-cü maddəsinə əsasən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 106-cı və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 41-ci PB tərəfindən tərtib edilmiş 02 avqust 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail RPİ-nin 41-ci PByə geri qaytarılsın. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın diqqəti İnzibati Xətalar Məcəlləsinin 43.3-cü maddəsinin tələblərinə əməl etməyə cəlb edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1229/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1229/2022
14.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver