Məhkəmə qərarları › İş №3(009)-1229/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1229/2023

05.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1229/2023 05.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail Rayon DYPŞ tərəfindən tərtib olunmuş 11 may 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 02 may 2023-cü il tarixdə, saat 14-də Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesində idarə etdiyi «Chevrolet-Cruze» markalı **-OA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bildirmişdir ki, təxminən 1 il olar ki, özünə məxsus «Chevrolet-Cruze» markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edir. 02 may 2023-cü il tarixdə təxminən saat 14 radələrində idarə etdiyi «Chevrolet-Cruze» markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Səbail rayonu, Badamdar Şossesi ilə üzü «Bəyoğlu» restoranı istiqamətində saatda təxminən 20/30 km surətlə hərəkətdə olarkən anidən yolun sağ kənarı ilə üzü aşağı istiqamətdə hərəkətdə olan piyada istiqamətini onun hərəkət yoluna dəyişdiyini görüb hadisənin qarşısını almaq üçün dərhal əyləcdən istifadə etsə də idarə etdiyi avtomaşınının ön sağ hissəsi ilə həmin qadının böyründən vurdu. Zərbəninin təsirindən həmin piyada asfalt örtüyün üzərinə yıxıldı. Həmin vaxtı o, dərhal idarə etdiyi avtomaşını saxladı və maşından düşərək həmin piyadaya yaxınlaşıb köməklik göstərib yolun kənarına səkinin üzərinə otuzdurdu və TTYS-na məlumat verdi. Hadisə yerinə Səbail RPİ-nin əməkdaşları gələrək müvafiq sənədləşdirmə aparmağa başladılar və TTYS-dan həkim briqadası gələrək piyadanı xəstəxanaya apardılar, o da onlarla xəstəxanaya getdi orada piyadaya ilkin tibbi yardım gösdərildikdən sonra evə buraxdılar. Özünü təqsirli bilir, əməlindən səmimi peşmandır. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-yə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 10 may 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda «Chevrolet-Cruze» markalı **-OA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının sürücüsü Şəxs əməlində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin İ-ci hissəsinin, və Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələblərinə görə onun inzibati qaydada cəzalanmasmdan ötrü toplanmış rədd materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Səbail RPİ-nin DYPŞ-si vasitəsi ilə Səbail rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MəhkəməTibbi Ekspertiza və X1” X2 xx.xx.2023-cü il tarixli 208 saylı rəyindən görünür ki, piyada Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sol əəlin və sağ əlin İV barmağının arxa səthinin qançırları,eləcə də,sol bud-çanaq oynağında ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan sol budun yuxarı 1/3-nin bayır səthinin hematoması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə,yəni xx.xx.2023-cü il tarixdə, yol nəqliyyat hadisəsi,o cümlədən piyadanın hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər,dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan 2/13298 saylı xx.xx.2023-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə edən zaman ayıq olmuşdur. İş materiallarından görünür ki, araşdırma aparlarkən piyada Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 02 may 2023-cü il tarixdə təxminən saat 14 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar Şossesi ilə piyada olaraq üzü «Bəyoğlu» restoranı istiqamətində hərəkətdə olan zaman həmin vaxtı istiqamətini yola tərəf dəyişmək istədikdə ani anda yolun sol hissəsi ilə hərəkətdə olan sonradan bildiyi «Chevrolet-Cruze» markah **-OA-*** dövlət qeydiyyat nişanh avtomaşının sürücüsü idarə etdiyi avtomaşının ön sağ hissəsi ilə onun böyründən vurdu.Zərbəninin təsirindən o, asfalt örtüyün üzərinə yıxıldı. Həmin vaxtı onu vuran sürücü idarə etdiyi avtomaşını dərhal saxlayaraq avtomaşından düşüb ona köməklik göstərib səkinin üzərinə otuzdurdu və TTYS-na məlumat verdi az bir müddət keçmişdir ki hadisə yerinə Səbail RPİ-nin əməkdaşları gələrək müvafiq sənədləşdirmə aparmağa və TTYS-dan həkim briqadası gələrək onu xəstəxanaya apardılar orada ona ilkin tibbi yardım gösdərildikdən sonra evə buraxdılar. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakterizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32, 40, 43, 114-117, 128-130, 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar