Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1229/2025 05.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu, Qarabağlar kəndində anadan olmuş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2da yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 04 may 2025-ci il tarixli, MN seriyalı, ******* saylı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 04 may 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokollar və onlara əlavə edilmiş materiallar baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 may 2025-ci il tarixli, 3(009)-1230/2025 saylı qərardadına əsasən inzibati xəta haqqında protokollar bir icraatada birləşdirilmişdir. İş materiallarında olan 04 may 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs polisin qanuni tələbinə tabe olmamış, ictimai asayişi pozmuşdur. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan 04 may 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Kətənov X7 Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilməyərək bildirmişdir ki, o, 03 may 2025-ci il tarixdə axşam saatlarında Bibiheybət Məscidi tərəfdə avtomobil idarə edərkən YPX əməkdaşları ona saxla işarəsi etmiş, o isə içkili olduğu üçün avtomobili saxlamamışdır, o, polis əməkdaşlarına arxasınca sürməyi işarə etmişdir. Avtomobili yaşadığı məhəlləyə sürmüş və YPX əməkdaşları gəlib ona çatmışlar. O avtomobildən enib YPX avtomobilinə özü könüllü əyləşmişdir, lakin polis əməkdaşları oturan kimi onun dizinə və sinəsinə zərbələr endirmişər, onu avtomobilin içərisində döymüşlər, buna görə o, avtomobildən enib və onlarla mübahisə etmişdir. Onun məqsədi polis əməkdaşları ilə mübahisə etmək və ya qanuni tələblərinə riayət etməmək olmamışdır, bu hərəkətləri isə içkili olduğu üçün etmişdir. Atasının xəstəxanadan çıxmasını qeyd etdikləri üçün içmişdir. Həmçinin bildirmişdir ki, bir neçə ay öncə toyda narkotik vasitədən istifadə etmişdir. Qeyd olunanların nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Bayıl qəsəbəsi 20-ci sahə dairəsində xidmətdə olarkən VAZ 2106 markalı, ** EA *** d.q.n avtomobilin sürücüsü Şəxs yol hərəkəti qaydalarını pozduğundan tərəflərindən saxlamaq işarəsi verilmişdir. Sürücü buna məhəl qoymayıb hərəkət surətini artıraraq dəfələrlə onların saxla tələbinə tabe olmayıb həm özü həm də ətrafdakılar üçün yaşayış məntəqəsindən keçərkən də təhlükəli şəkildə avtomobili idarə etmişdir. O, yaxınlıqda xidmət aparan YPX naryadlarını köməyə çağırmış, Elçin Əzizov küçəsində həmin sürücü məcburi qaydada saxlanılmışdır. Sürücü polisin qanuni tələbinə tabe olmamış, müqavimət göstərməyə başlamışdır. Bir neçə dəfə YPX avtomobilinin ön hissəsinə də yumruqla vurmuşdur. Sonra həmin ərazidə olan digər şəxslər də onların xidməti vəzifələrinin icrasına maneə yaradaraq müqavimət göstərməyə başlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 və X6 şahid X2 izahatı ilə oxşar məzmunda izahatlar vermişlər. Məhkəmə proses iştirakçılarının və şahidlərin izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli AZA 026443 saylı inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 03 may 2025-ci il tarixdə, saat 21:10-da inzibati qaydada tutulmuşdur. İş materialına əlavə edilmiş 03 may 2025-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta alkoqol sərxoşluq dərəcəsində olmuş və onun sidiyində marixuana tapılmışdır. - xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Bayıl qəsəbəsi 20-ci sahə dairəsində xidmətdə olarkən VAZ 2106 markalı, ** EA *** d.q.n avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozduğundan tərəflərindən saxlamaq işarəsi verilmişdir. Sürücü buna məhəl qoymayıb hərəkət surətini artıraraq dəfələrlə onların saxla tələbinə tabe olmayıb təhlükəli avtomobil idarə edirdi. O, yaxınlıqda xidmət aparan YPX naryadlarını köməyə çağırmış, Elçin Əzizov küçəsində həmin sürücü məcburi şəkildə saxlanılmışdır. Sürücü və onunla birlikdə avtomobildə əyləşən sərnişin polisin qanuni tələbinə tabe olmayıb müqavimət göstərməyə başlamışdır. Sonra digər 4 nəfər onlara qarşı nalayiq küçə söyüşləri söyərək xidməti vəzifələrinin icrasına maneə yaradaraq müqavimət göstərməyə başlamışlar. Onlar əraziyə ƏÇPA-nın və 8-ci PB-nin əməkdaşlarını köməyə çağırmış və həmin şəxsləri şöbəyə gətirmişlər. Bölmədə onlardan birinin Şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs 03 may 2025-ci il tarixdə Bibiheybət Məscidinin qarşısında ictimai qaydanı pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı, həmçinin həmin vaxt polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi–narkotik vasitəni istehlak etməsi də - tam sübuta yetirilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etmir və Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə onun barəsində təqsirli bilindiyi daha ciddi xəta olan Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin 1 (bir) ay müddətinə tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 1 (bir) ay müddətinə inzibati həbs tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli 03 may 2025-ci il tarixdən, saat 21:10-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 1 (bir) ay müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 03 may 2025-ci il tarixdən, saat 21:10-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılma məntəqəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №3(009)-1229/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1229/2025
05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver