Məhkəmə qərarları › İş №3(009)-123/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-123/2024

16.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-123/2024 16.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X6 qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X1 nümayəndəsi Nümayəndə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin nümayəndəsi X4 iştirakları ilə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin MN ******* nömrəli, 06 dekabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X1 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : X1 nümayəndəsi Nümayəndə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 06 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarını ləğv edərək, iş üzrə icrata xitam verilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Qıda Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 29 avqust 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş hesab edilmiş, barəsində 1500 AZN məbləğində inzibati cərmıə tətbiq edilmişdir. Tərəfləridən həmin qərardan şikayət verilmişdir. Səbail Rayon Məhkəməsinin 3(009)- 1903/2023 saylı iş üzrə 20 sentyabr 2023-cü il tarixli qərarı ilə şikayət qismən təmin edilərək Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Bakı Regional Bölməsinin MN ******* nömrəli, 06 dekabr 2023-cü il tarixli tənbeh vermə haqqında qərarı ləğv edilmiş və yenidən baxılması üçün Azərbavcan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, iş materiallarından inzibati xəta haqqında protokol tərtib edilərkən Cəmiyyətin nümayəndəsinə lıiiquq və vəzifələri izah edilməmiş, onun izahatı alınmamış və göstərilənlərlə bağlı sübutlar əlavə edilməmişdir. Halbuki qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hər bir şəxsə onun barəsində aparılan icraatla, bağlı hüquq və vəzifələri dərhal izah edilməli, eləcə də onun hüquq və vəzifələrinin aydın olması barədə protokolda müvafiq qeyd aparılmalıdır, həmin qərardan AQTA Bakı Regional Bölməsi tərəfindən Bakı Apellyasıya Məhkəməsinə şikayət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2137/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə şikayət təmin edilməmiş, Səbail Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra AQTA Bakı Regional Bölməsi yenidən eyni yoxlamaya dair 06 dekabr 2023-cü il tarixli MN ******* saylı qərar tərtib etmişdir. Hesab edir ki, qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, AQTA BRB-nin xx.xx.2023-cü tarixli MN ******* saylı qərarının ləğvi əsası protokolun tərtib edilməsi ilə bağu olduğundan yeni qərarın qəbul edilməsi ilə həmin pozuntunun aradan qaldırılması mümkün deyil. Nəticə etibarilə xx.xx.2023-cü ii tarixli qərarın ləğvi ilə bağlı qüvvədə olan məhkəmə qərarının əsasını təşkil edən pozuntu hal-hazırda mübahisələndirilən qərar üçün də aktualdır və hazır ki qərar da eyni pozuntularla tərtib edilmişdir. Bundan əlavə Qərara əsasən vəzifəli şəxs İnzibati Xətalar Məcəlləsinin 220.1-cı maddəsi ilə təqsirli bilinərək, həmin maddəyə əsasən cərimələnsə də Qərarın təsviri hissəsində həmin maddə ilə yanaşı 444.1, 447.0.3, 447.0.4-cü maddələr də sadalanmış və xx.xx.2023-cü il tarixli qərarda sadalanan pozuntular yenidən təkrarlanmış və vəzifəli şəxs qərarın təsviri və nəticə hissəsində fərqli maddələrlə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3cü maddəsini də düzgün tətbiq edilməmişdir. Qərarda istinad olunan pozuntular aşağıdakılardır: Təmizlik inventarlarının saxlanılması üçün ayrıca sahə təşkil edilməməsi. Soyuducuda çirkli tərəvəzlər, yarımfabrikatlar, ət məhsullarının bir arada saxlanılması. Soyuducuda saxlanılan Mila əmtəə nişanlı ayranın etiket məlumatında 2-5 dərəcə qeyd edilsə də ölçmə zamanı daxili temperaturun 12.5 dərəcə olduğunun aşkar edilməsi. Pizza xəmirlərinin və pizza qutularının üzərində etiket məlumatlaı qeyd edilməməsi. Emal müəssisəsinin yalnız anbar kimi qeydiyyata alınması. X8 əmtəə nişanlı sousun keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlərin təqdim edilməməsi. Məhkəmənin diqqətinə çatdırır ki, mübahisələndirilən qərar "xxxx" MMC-və məxsus "Papa John's" restoranlar şəbəkəsinin "Park Bulvar" filialınd AQTA tərəfindən həyata keçirilən plansız voxlama nəticəsində qəbul edilmişdir. Yoxlamanın səbəbi kimi onlara müştərilər tərəfindən zəhərlənmə faktı ilə bağlı göstərilsə də bununla bağlı çoxsaylı cəhdlərinə baxmayaraq hər hansı sənəd təqdim edilməmişdir. Ümumiyyətlə ehtimal olunan zəhərlənmə halının "Papa John's" məxsus hər hansı restorandan alınan qida nəticəsində baş verməsi ağlabatan deyil. Belə ki, restoranlar şəbəkəsində gündəlik 15000 insan qidalanır və hər kəsə eyni ərzaqlardan hazırlanmış məhsullar təklif olunur. Nəticədə real zəhərlənmə raktı baş verdiyi halda bunun bir neçə epizodla yekunlaşması mümkün ola bilməzdi. Həmçinin, restorana zəhərlənmə faktı ilə bağlı hər hansı şikayət daxil olmamışdır. "xxxx" MMC tərəfindən yoxlamaya əsas olan və zəhərlənmə faktını təsdiq edən sənədlərin təqdim edilməsi üçün AQTA-ya və AR Ədliyyə Nazirliyinə yazılı müraciət edilsə də heç bır cavab əldə edilməmişdir. Bununla da AQTA tərəfindən həyata keçirilən plansız yoxlama ümumiyyətlə qanunsuz olmuş və nəticələrinin heç bir qüvvəsi yoxdur. Həmçinin, hesab edir ki, mübahisələndirilən qərar qərarda istinad olunan pozuntulara münasibətdə də qanunsuz və əsassızdır. Belə ki, Restoranda təmizlik inventarlarının saxlanılması üçün ayrıca sahə mövcuddur. Qərarda istinad olunan təmizlik inventarı isə yoxlama zamanı, təmizlik işləri aparıldığı üçün kənara qoyulmuşdur. Nəticə etibarilə, təmizlik inventarı ümumi sahədə saxlanılmamış, saxlanc üçün ümumi sahədən istifadə edilməmişdir. Restoranda soyuducudan yox soyuducu kameradan (5.5 kvm sahəsi olaıı otaq) istifadə olunur. Soyuducudan fərqli olaraq soyuducu kamera kifayət qədər böyük sahəyə malikdir və fərqli məhsulların saxlanması üçiin ayrı-ayrı rəf və qablardan istifadə olunur. Yəni, soyuducuda müxtəlif ərzaqların bir yerdə saxlanmamasını şərtləndirən hallar soyuducu kamerada sahə çoxluğu səbəbindən aradan qalxır. Bununla da inzibati orqan məsələyə ətraflı yanaşmadan, qaydaların tələbini və soyuducu ilə soyuducu kamera arasındakı əhəmiyyətli fərqi nəzərə almadan yanlış nəticəyə gəlmişdir. Soyuducuda saxlanılan ayranın temperaturunun ölçülməsi prosesi restoran əməkdaşlarının iştirakı və məlumatı olmadan aparılmışdır. Ölçmənin nəticələri ilə bağlı restoran əməkdaşlarına məlumat verildikdən sonra tərəfindən cihazın ölçmə qabiliyyətinin düzgünlüyü barədə təsdiqedici sənəd tələb olunsa da heç bir sənəd təqdim edilməmişdir. Sonradan tərəfindən soyuducuda saxlanılan ayranların temperaturları yoxlanılmış və heç bir halda inzibati orqanın istinad eldiyi nəticə aşkarlanmamışdır. Hesab edir ki, inzibati orqanın pizza xəmirlərinin və pizza qutularının üzərində etiket məlumatlarının qeyd edilməli olması ilə bağlı tələbi qanunsuz və əsassızdır. Belə ki, bununla bağlı istinad olunan norma - Qida Təhlükəsizliyi haqqında AR Qanununun 17-ci maddəsi ictimai müəssisələrinə aid qaydaları tənzimləmir. Restoranlarda pizza satışı həyata keçirilərkən və ya online qaydada sifariş verilərkən alıcı menyuda və ya sayt/tətbiq vasitəsilə pizzaların tərkibini gördükdən sonra sifarişi həyata keçirir. Tərəflərindən alıcıya həyata keçirilən satış son satışdır və qidanın alıcı tərəfindən istehlak olunmasını nəzərdə tutur. Nəticədə qida məhsulunu istehlak edən şəxs hələ onu əldə etməmişdən əvvəl tərkibi barədə məlumatlanır. Bu halda qutuların üzərinə qidanın tərkibi ilə bağlı məlumatın yerləşdirilməsi istinad olunan qanunun məqsəd və vəzifələrinə ziddir, ictimai iaşə müəssisələri ilə bağlı qayda Qanunun 19-cu maddəsində nəzərdə tutulmuşdur ki, həmin maddədə inzibati orqanın göstərdiyi tələblər öz əksini tapmır. Qərarda istinad olunan "emal müəssisəsi" restoranın xəmir hazırlanmasını və məhsul saxlancım.həyata keçirən şöbəsidir Həmin şöbədə xəmir hazırlandıqdan sonra yalnız restoranın filiallarına çaldırılır və pizza hazırlanmasında istifadə olunur. Papa John's restoranlar şəbəkəsi emal və ya istehsal müəssisəsi olmamaqla hazır xəmir satışını həyata keçirmir. Nəticədə inzibati orqanın istinad etdiyi "obyekt" müstəqil müəssisə deyil, belə demək olarsa, restoranın mətbəxinin bir hissəsidir. Qərarda qeyd olunan sousla bağlı inzibati orqan tərəfindən heç bir sənəd tələb olunmamışdır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, bəmin məhsul yerli bazardan əldə olunub və müvafiq sənədlər bizdən deyil idxalçıdan tələb edilməlidir. Yuxanda sadalananlara əsasən və AR İXM-in 128-130, 134-135-ci maddələrini rəhbər tutub, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X1 nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin MN ******* nömrəli, 06 dekabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin nümayəndəsi X5 şikayətin əsassız olduğundan təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin MN ******* nömrəli, 06 dekabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan 06 dekabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, Dənizkənarı Milli Park ünvanında yerləşən "xxxx" MMC-yə məxsus “Papa John's” restoranında keçirilən yoxlama zamanı təmizlik inventorlarının saxlanılması üçün ayrıca sahə təşkil edilmədiyinə görə, soyuducuda çirkli tərəvəzlər, yarım fabrikatlar, ət məhsulları bir arada saxlanıldığına görə, soyuducuda saxlanılan Milla ə/n ayranın etiket məlumatında 2-5 dərəcə qeyd edilsədə ölçmə zamanı daxili temperaturunun 12,5 dərəcə olduğu aşkar edilmişdir. Pizza xəmirlərinin və Pizza qutularının üzərində etiket məlumatları qeyd edilmədiyinə və emal müəssisəsi yalnız anbar kimi qeydiyata alındığına görə, X8 sousun keyfiyyəti və təhlükəsizliyini təsdiq edən sənədin təqdim edilmədiyinə görə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.1, 444.1, 447.0.3 və 447.0.4-cü maddələri ilə nəzərdə tutulmuş xəta törətmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.1-ci maddəsi ilə 200 manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalı və inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.1-ci maddəsinə görə xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalarda, restoranlarda, kafelərdə, barlarda və sair) əhalinin qidalanmasının təşkilinə və ya yeməklərin və içkilərin hazırlanmasına, onların saxlanmasına və əhaliyə satılmasına dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarından inzibati xəta haqqında protokol tərtib edilərkən Cəmiyyətin nümayəndəsinə hüquq və vəzifələri izah edilməmiş, onun izahatı alınmamış və göstərilənlərlə bağlı sübütlar əlavə edilməmişdir. Halbuki qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hər bir şəxsə onun barəsində aparılan icraatla bağlı hüquq və vəzifələri dərhal izah edilməli, eləcə də onun hüquq və vəzifələrinin aydın olması barədə protokolda müvafiq qeyd aparılmalıdır. Bundan əlavə, yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsinə görəbu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qanunun 2.2-ci maddəsinə görə Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara münasibətdə isə həmçinin 26-cı maddəsi istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıinzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin MN ******* nömrəli, 06 dekabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət təmin edilsin. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin MN ******* nömrəli, 06 dekabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar