Məhkəmə qərarları › İş №3(009)-1230/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1230/2022

03.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1230/2022 03.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru, polis mayoru X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiallar daxil olmuşdur. İş materiallarında olan 02 avqust 2022-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli X1 məxsus içərisində 50 manat olan pul kisəsini oğurlayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı, polis leytenantı Toğrul Əsgərli tərəfindən qəbul edilmiş 05 iyul 2022-ci il tarixli qərarla fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın təsviri hissəsində göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli X1 məxsus içərisində 50 manat olan pul kisəsini oğurlamışdır. İş materiallarında olan 02 avqust 2022-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Mərkəzi Univermağın yanında X2 məxsus 40 manat dəyərində “Katel” markalı telefonu oğurlayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı, polis leytenantı Toğrul Əsgərli tərəfindən qəbul edilmiş 10 iyul 2022-ci il tarixli qərarla fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın təsviri hissəsində göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Mərkəzi Univermağın yanında X2 məxsus 40 manat dəyərində “Katel” markalı telefonu oğurlamışdır. İş materiallarında olan AZA seriyalı, 018693 nömrəli, xx.xx.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 02 avqust 2022-ci il tarixdə, saat 20:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru, polis mayoru X6 izahatında bildirmişdir ki, X7 ona məxsus içərisində 50 manat olan pul kisəsini və X5 ona məxsus 40 manat dəyərində “Katel” markalı telefonu itirmiş və 102 xidmətinə həmin əşyaların oğurlandığı barədə məlumat vermişlər. Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, dilənçiliklə məşğuldur. Belə ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Parkda gəzərkən səkinin üzərində pul kisəsi tapmış və sahibinin olmadığını görüb pul kisəsini götürərək oradan uzaqlaşmışdır. Daha sonra xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Mərkəzi Univermağın yanında yerdə telefon olduğunu və sahibinin olmadığını görüb telefonu yerdən götürərək oradan uzaqlaşmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə qeyd edir ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. İXM-nin 227-ci maddəsinin dispozisiyasından görünür ki, məhz xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgənin əmlakını talamağa görə məsuliyyət müəyyən edilmişdir. Hazırki işin faktiki hallarından isə müəyyən edilir ki, İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi baş verməmişdir. Belə ki, işin hallardan müəyyən edilir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Parkda gəzərkən səkinin üzərində pul kisəsi tapmış və sahibinin olmadığını görüb pul kisəsini götürərək oradan uzaqlaşmış, xx.xx.2022-ci il tarixdə isə Bakı şəhəri, Səbail rayonu, Mərkəzi Univermağın yanında yerdə telefon olduğunu və sahibinin olmadığını görüb telefonu yerdən götürərək oradan uzaqlaşmışdır. Məhkəmə hesab edir ki, Şəxs öz izahatında da qeyd etdiyi kimi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Parkda gəzərkən səkinin üzərində pul kisəsi tapması və sahibinin olmadığını görüb pul kisəsini götürərək oradan uzaqlaşması, xx.xx.2022-ci il tarixdə isə Bakı şəhəri, Səbail rayonu, Mərkəzi Univermağın yanında yerdə telefon olduğunu və sahibinin olmadığını görüb telefonu yerdən götürərək oradan uzaqlaşması xırda talama, yəni oğurluq kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, Şəxs əməlində hazırki material üzrə İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarının tələblərini nəzərə alaraq hesab edir ki, hazırki inzibati iş üzrə əməldə inzibati xəta tərkibi olmadığından, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, inzibati qaydada tutulmuş Şəxs barəsində olan material üzrə icraata xitam verilməsi nəticəsinə gəlindiyindən o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 53, 114-117, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apllyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar