Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1233/2021 16.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, X1 iştirakı ilə, Bakı şəhəri Səbail RPİ-nin, 41-ci PB-nin 05 iyul 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail RPİ-nin, 41-ci PB-nin 05 iyul 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində 07 iyul 2020-ci il tarixində guya karantin rejimini pozduğu əsasına görə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsaslanaraq MN ******* saylı protokol və onun əsasında qəbul edilən MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və 400 (dörd yüz) AZN miqdarında cərimə edilmişdir. Qeyd edir ki, Bakı şəhəri Səbail rayonu polis sahə rəisi Zamiq Kərimov onun xəbəri olmadan barəsində inzibati xəta haqqında protokol və onun əsasında qərar qəbul etmişdir. Bu yaxınlarda ASANPAY-a baxış həyata keçirərkən protokol və qərarla tanış olmuşdur. Sonra 102-yə şikayət etmiş və 31 may 2021-ci ildə onun müraciətinə cavab verilmiş və barəsində protokol tərtib olunduğu məlum olunmuşdur. Daha sonra o, Səbail Rayon Polis İdarəsinə protokol və qərarın əldə olunması üçün müraciət etmiş və 3 iyun 2021-ci il tarixində MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ona təqdim edilmişdir. Polis əməkdaşları qanunvericiliyə zidd hərəkət etməklə onun bərabər hüquqlarını kobud şəkildə pozmuşdurlar. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən sanksiya olaraq fiziki şəxslər üçün cərimə sanksiyasının miqdarı 100-200 AZN təşkil edir. Bundan başqa hansı əsasa görə protokol və qərar qəbul olunmuşdur? Bunu nəzərə alaraq hüquq pozuntusunun aradan qaldırılması məqsədilə hazırkı şikayət ərizəsi ilə Məhkəməyə müraciət edir. Göstərilən əsaslara görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Səbail rayonu polis sahə rəisi Zamiq Kərimov tərəfindən X5 barəsində tərtib edilmiş MN ******* saylı protokol və onun əsasında qəbul edilən MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni hesab edilə bilməz, bu səbəblə də həmin protokol və bu protokol əsasında verilmiş nəticələr ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən X5 şikayətini müdafiə edib şikayət ərizəsinə uyğun izahat verərək şikayəti təmin olunmasını və Bakı şəhəri Səbail rayonu 41-ci Polis bölməsinin polis sahə rəisi Zamiq Kərimov tərəfindən onun barəsində tərtib edilmiş MN ******* saylı protokol və onun əsasında qəbul edilən MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 05 iyul 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xüsusi karantin rejimi qaydalarının tələblərini pozmuş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə hesab edir ki, X5 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olması ilə bağlı heç bir sübut təqdim etməmiş, şikayət ərizəsində və məhkəmə iclasında verdiyi izahatında bununla bağlı hər hansı dəlil gətirməmişdir. X4 Məcəlləsinin 211-ci maddəsinə əsasən sanksiya olaraq fiziki şəxslər üçün cərimənin miqdarının 100-200 AZN təşkil etməsi ilə bağlı iddiası isə əsassız olmuşdur. Belə ki, həmin maddənin sanksiyasında fiziki şəxslərin iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilməsi qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhər Səbail RPİ-nin 41-ci PB-nin 05 iyul 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X7 oğlunun karantin rejimi qaydalarını pozaraq Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, Bakı şəhəri Səbail RPİ-nin 41-ci PB-nin 05 iyul 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərar qanuni və əsaslı olduğundan X7 oğlunun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 oğlunun şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail RPİ-nin 41-ci PB-nin 05 iyul 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1233/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1233/2021
16.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver