Məhkəmə qərarları › İş №3(009)-1234/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1234/2022

04.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1234/2022 04.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X3 qızının katibliyi ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 342.5, 343.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materialına məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 342.5, 343.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materialı məhkəməyə daxil olmuşdur. Məhkəmə hesab edir ki, Səbail Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 342.5, 343.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiallar natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim olunmuş İXP ******* saylı, xx.xx.2022-ci il tarixli protokolda Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati X2 Məcəlləsinin 332.1, 342.5, 343.6-cı maddələrinin tələbləri pozulduğu göstərilmişdir. İş materiallarına əlavə olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər natamamdır. Məhkəmə prosesi gedişatında həmin sənədləri tamamlamaq mümkün deyil. Həmçinin inzibati xəta haqqında protokol tərtib etmiş şəxs gəlməmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.6-cı maddəsinə əsasən Bu Məcəllənin 334.3-cü maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətandaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Göründüyü kimi X1 təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmasına baxmayaraq, onun məhkəmədə iştirakı təmin edilməmişdir. Halbu ki, qanunverciliyin tələblərinə uyğun olaraq həmin işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştiraki məcburi hesab edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlanmaq mümkün olmadıqda, hakim işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.2-ci maddəsinə görə İnzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. İş materiallarından göründüyü kimi qanunvericiliyin yuxarıda göstərilən tələbləri pozulmuşdur, inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə aidiyyatı üzrə vaxtında göndərilməmişdir, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakını təmin etmək mümkün olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iş materialları geri qaytarılmalı və göstərilən nöqsanlar aradan qaldırıldıqdan işə baxılması mümkün olacaqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələri ilə müəyyən edilmişdir ki, təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 342.5, 343.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material geri qaytarılsın. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar