Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1238/2020 21.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “xxxxxxxx” MMC-nin 6 saylı filialının nümayəndəsi X2 iştirakları ilə, “xxxxxxxx” MMC-nin 6 saylı filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Statistika İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, MÜƏYYƏN ETDİ: “xxxxxxxx” MMC-nin 6 saylı filialının Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi X3 “xxxxxxxx” MMC-nin 6 saylı filialı brəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə edərək, “xxxxxxxx” MMC-nin 6 saylı filialı barəsində Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsinə əsasən qanuni tədbirlər görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “xxxxxxxx” MMC-nin 6 saylı filialının nümayəndəsi X4 inzibati xəta haqqında protokola etiraz edərək göstərmişdir ki, “xxxxxxxx” MMC-nin 6 saylı filialı 2020-ci ilin may ayına aid hesabatı Bakı şəhər Statistika İdarəsinə vaxtında təqdim edilməməsi ilə əlaqədar “xxxxxxxx” MMC-nin 6 saylı filialı barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi əsassızdır. Belə ki, 6 saylı poçt filialı “xxxxxxxx” MMC-nin struktur qurumudur, lakin hüquqi şəxs deyil. 6 saylı poçt filialı və “xxxxxxxx” MMC eyni VÖEN altında fəaliyyət göstərir. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib və inzibati xəta haqqında protokolu nəzərdən keçirib hesab edir ki, “xxxxxxxx” MMC-nin 6 saylı filialı barəsində Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Əsasnaməsinə əsasən Nazirliyin Telekommunikasiya və poçt şöbəsi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi aparatının struktur bölməsidir və Nazirliyin telekommunikasiya, o cümlədən radio-televiziya yayımı, peyk və poçt rabitəsi üzrə texniki istismarın təşkilinə, inkişafına və tezlik resurslarından səmərəli istifadəyə nəzаrət və tənzimləmə üzrə fəaliyyətini təmin edir. Həmçinin qeyd edilməlidir ki, poçt şöbələri öz fəaliyyətlərində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”ni və digər normativ hüquqi aktları, Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin qərar, əmr və sərəncamlarını,Nazirliyin kollegiya qərarlarını, istismar təlimat və qaydalarını və Əsasnaməsini rəhbər tutur. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi “xxxxxxxx” MMC-nin 6 saylı filialı “xxxxxxxx” MMC-nin tərkibində (tabeliyində) fəaliyyət göstərən şöbədir. Başqa sözlə birbaşa həmin MMCyə (hüquqi şəxsə) tabedir. Hazırki işdən isə görünür ki, Bakı şəhər Statistika İdarəsi “xxxxxxxx” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsinə əsasən inzbati xəta haqqında protokol tərtib etməli olduğu halda, MMC-nin tərkibində (tabeliyində) fəaliyyət göstərən “xxxxxxxx” MMCnin 6 saylı filialı barəsində tərtib etmişdir. Göründüyü kimi “xxxxxxxx” MMC-nin 6 saylı filialının Bakı şəhəri 2020-ci il may ayı üzrə aylıq 12- xidmət (xidmətlərin göstərilməsi, malların təqdim edilməsi və işlərin yerinə yetirilməsi haqqında) nömrəli forma üzrə rəsmi statistika hesabatının Bakı şəhər Statistika İdarəsinə təqdim etməməsi ilə bağlı filialı inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tətbiq edilməsi prosessual baxımdan mümkün deyil. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolun məhkəməyə göndərilməsinə qədərki yol verilmiş yuxarıda sadalanan nöqsanları işin məhkəmə baxışı mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Belə ki, həmin pozuntular protokol tərtib edilənədək yol verilmiş pozuntulardır. Həmin pozuntuları işin məhkəmə mərhələsində aradan qaldırılması mümkün deyil. Ona görə də həmin pozuntular protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən aradan qaldırılmalıdır. Belə olduğu təqdirdə qərarda göstərilən yol verilmiş pozuntuların aradan qaldırılması üçün inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd edilənlər müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 118-ci maddələrinə əsasən, QƏRARA ALDİ: “xxxxxxxx” MMC-nin 6 saylı filialının barəsində tərtib olunmuş xx xxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlərBakı şəhər Statistika İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1238/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1238/2020
21.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver