Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1239/2025 21.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, İnzibati xəta haqqında protokol etmiş şəxs X1, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X3 iştirakları ilə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə barədə qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 04 2025 Bildirirəm ki, xx.xx.2025-ci il tarixdə mənə məxsus "X8 A markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı Şəhəri Səbail rayonu, Ü. Hacıbəyov küçəsi ilə hərəkət edib Bül-Bül prospektinə sola dönərkən yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə avtomobilimin sağ arxa tərəfini (bamper) "TAYOTA AQUA" markalı, **-RU- *** dövlət qeydiyyat nişanlı avtomobil əzmişdir. Qeyd edilən yol nəqliyyat hadisəsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə uyğun olaraq Bakı şəhəri DYPİ YHN inspektoru mayoru X2 tərəfindən barəmdə İXP ******* saylı protokol tərtib olunmuşdur. Protokolda mənim "X7" Azərbaycan Respublikasının Qanununu 75-ci maddəsinin İİ bəndinin tələblərini pozduğum üçün İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə törətmiş olduğum xətaya görə məsuliyyət qeyd edilmişdir. Bu maddəyə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 "Giriş qadağandır" yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Hesab edirəm ki, hadisədə təqsirkar tərəf mən deyiləm.Bu maddənin tələblərərini pazmamışam.Barəmdə tərtib edilmiş qərar düzgün tətbiq olunmayıb. Hadisə haqqında ətraflı məlumat; 1. Mən Ü.Hacıbəyov küçəsi ilə Bül-Bül prospektinin kəsişməsində yolun sağ tərəfində svetoforun qırmızı işığnda dayandım. 2. Svetoforun yaşıl işığı yandıqdan sonra hərəkət etdim. 3.Hərəkət edib bir anlıq dayandım. Qarşıdan gələn maşının (**-RU-***) məndən uzaqda olduğunu görüb sola döndüm. 4. Sola tam döndükdən sonra "TAYOTA AQUA" markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobil mənim maşınımın sağ arxa hissəsini-yəni bamper hissəsini əzmişdir. Başqa sözlə desək, mən yol ayrıcına daxil oduqdan sonra digər avtomobil hərəkət edib mənim avtomobilimin sağ arxa hissədən (bamper) zədələmişdir. Barəmdə tərtib edilmiş qərarı o zaman qanuni və əsaslı hesab edərdim ki, mənim avtomobilimlə həmin avtomobil iks formasında kəsişmədə toqquşsun və toqquşma zamanı mənim avtomobilimin ya sağ ön bamperi, ya sağ ön qanadi, və ya sağ ön qapısı zədələnsin. Hazırki vəziyyətdə isə mən yol ayrıcında kəsişməni keçdikdən sonra digər avtomobil (**-RU-***) ara məsafəsin gözləmədiyinə görə yol nəqliyyat hadisəsinin baş verməsinə səbəbkar olmuşdur. Göründüyü kimi mən "X7" AR Qanunuun 75-ci maddəsinin 2-ci bəndinin tələblərini pozmamışam. "X7" Azərbaycan Respulikası Qanunun 36.1.3-cü madddəsinə əsasən "Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar" "X7" Azərbaycan Respulikası Qanunun 42.7-ci madddəsinə əsasən “elə dönmək lazımdır ki, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən, qarşıdan gələn nəqliyyatın yoluna keçməsin." Həmin Qanunun 49.1-ci madddəsiniə əsasən “normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər." Bu qanunun 50.3-cü maddəsinə əsasən "Sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun." İXM-nin 25.1-ci maddəsinə əsasən inzibati cərimə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda X4 işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsindı nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində inzibati xəta haqqında işlər üzrə qərardan şikayət verilə bilər. Həmçinin nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.5-ci maddəsinə əsasən X4 İşlər üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. 07 aprel 2025-ci il tarixli, İXP ******* saylı protokolla Bakı şəhəri BPİ DYPİ tərəfindən çıxarılmış 08 aprel 2025-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X6 şikayəti müdafiə edərək izahatında göstərmişdir ki, 07 aprel 2025-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində Ü.Hacıbəyov küçəsi ilə hərəkət edərək Bülbül prospektinə çatmamış svetoforun əvvəl qırmızı işığı yanmış, yaşıl işığı yanarkən sürmüş və dayanmışdır. Bu zaman bir avtomobil keçmiş, həmin avtomobil sağa dönəcəkdi, özü isə sola. Aralarında bir avtomobil məsafə var idi deyə dönmüşdür. Dönəndə avtomobilinin sağ arxa-bufer hissəsi dəymişdir. Öz yolu ilə dönüb dayanmışdır. Məsafəni hesablamışdır. Lakin digər avtomobil ara məsafəni gözləməmiş və dəymişdir. Əgər qəza kəsişmə zonasında olsa idi, qərarla razı olardı. Qərarın ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol etmiş şəxs X2 şikayətə etiraz edərək izahatında göstərmişdir ki, sürücü tərəfindən özündən qabaqda eyni zolaqda hərəkət edən nəqliyyat vasitəsinin sürətini kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda toqquşmanın qarşısını almaq mümkün olmalıdır. Ara məsafə qoyulmalıdır. Sürücü dediyi isə Qanunun 76.1-ci maddəsidir. Halbuki sürücü svetoforun yaşıl işığı yananda sağa dönərkən qarşı yoldan gələn nəqliyyat vasitəsini gözləməlidir. Sağa dönən nəqliyyat vasitəsinə yol verməlidir. Videogörüntüdən də açıq şəkildə qayda pozuntusu görünür. Şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan görünür ki, X6 xx.xx.2025-ci il tarixdə saat 12:45-də Bülbül prospektində “X8 minik” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş videogörüntüdən görünür ki, X6 “X8 minik” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, X6 xx.xx.2025-ci il tarixdə saat 12:45-də Bülbül prospektində “X8 minik” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarla kifayət qədər sübuta yetirilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən şikayətçi qeyd edilən qərarın ləğvi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda X3 əməli inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, X7 Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Göründüyü kimi qanununvericiliyin tələbi nəqliyyat vasitəsinin sürücüsünün bilavasitə vəzifəsi yol nişanlarına, yolun nişanlanmasına və s. tələblərə tabe olmaqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - bir yüz manat məbləğində cərimə edilir. X7 Azərbaycan Respublikasının Qanununun 51-ci maddəsinin İ hissəsinə əsasən ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq. Həmin maddənin V hissəsinə əsasən ötmə nizamlanan yolayrıclarında — əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yolayrıclarında — baş yol olmayan yolla hərəkət etdikdə (hərəkətin dairəvi olduğu yolayrıclarında ötmə, yanqoşqusu olmayan ikitəkərli nəqliyyat vasitələrini ötmə və icazə verilmiş sağdan ötmə istisna edilməklə) qadağandır. X7 Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə X3 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Şikayətçinin həm şikayətində, həm də məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən X4 işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar X4 işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X6 avtomobili Bülbül prospektində “X8 minik” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuşdur. Ona görə də Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X3 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1239/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1239/2025
21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver