Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1240/2020 13.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İXM 327.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM 327.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur. xx xxxx 2020-ci il tarixdə saat 01 radələrində yaşadığı Xırdalan şəhərində “AAF” yaşayış kompleksinin qarşısında müştəri gözləmək üçün dayanmış, həmin zaman bir nəfər yaxınlaşaraq Bayıl qəsəbəsinə getmək istədiyini bildirmiş və o müştərini Bayıl qəsəbəsinə apararkən Neftçilər prospektində Azneft dairəsi istiqamətində yolun sol tərəfindən birinci hərəkət zolağında 60 km/s sürətlə hərəkət etmişdir. Həmin zaman idarəetməni itirib yolun sağ kənarında hərəkətsiz vəziyyətdə dayanmış “London Taksi” avtomobillərinə dəymiş, daha sonra isə yolun sağ tərəfində yerləşən “Four Seasons” otelinin binasının divarına dəyərək dayanmışdır. Hadisə nəticəsində o, onun avtomobilində olan sərnişin və “London Taksi” avtomaşının sürücüsü xəsarət almışlar. Daha sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası gəlmişlər. Həmin gün spirtli içki qəbul etməmiş, yalnız energetik işki olan “Bizon” içmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-nə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. İş materiallarından görünür ki, inzibati xəta haqqında protokol tərtib edilən zaman qanunun qeyd edilən tələblərinə riayət edilməmişdir. Belə ki, protokola Şəxs sürücülük vəsiqəsi əlavə edilməmişdir. Məhkəmə-tibb ekspertizalarının rəyinə əsasən X1 yol-nəqliyyat hadisəsi nəticəsində dərəcəsi təyin edilməyən bədən xəsarəti almışdır. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin tərkibini yaradır. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası İXM 333.3-cü maddəsi özü özlüyündə həmin inzibati xətanı tördərkən şəxin sərxoş vəziyyətdə olmasını, zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsini və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasını ehtiva edir. İş materiallarından görünür ki, hadisə nəticəsində zərərçəkmiş şəxslərdən yüngül bədəni xəsarəti alan olmamışdır. Bundan əlavə xüsusi ilə qeyd edilməlidir ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı avtomaşınlara dəymiş zərər müəyyən edilməmiş, başqa sözlə dəymiş zərərlə bağlı qüsur aktı təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında protokol və ya digər sənədlər geri qaytarılır. Həmin Məcəllənin 109.1-ci maddəsinə əsasən protokol düzgün tərtib olunmadıqda inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 333.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, protokol və toplanmış material tamamlanması üçün Səbail RPİ-nin Dövlət Yol Polisi Şöbəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM 327.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1240/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1240/2020
13.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver