Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1241/2022 04.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi ilə xx.xx.2001-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 127 -də qeydiyyatda olan və yaşayan, subay, işləməyən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Səbail rayon Polis İdarəsindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Səbail rayon Polis İdarəsinin 39-cu Polis bölməsi tərəfindən tərtib edilmiş MN1376570 saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Zərifə Əliyeva küçəsi, 28 saylı binanın qarşısında polis işçisinin qanuni tələblərinə tabe olmamışdır Bununla da Şəxs AR İXM-nın 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş şəxs Şəxs özünü inzibati xəta törətməkdə təqsirli bilməyərək göstərmişdir ki, dostunun avtomaşının “Malakan” bağının yanında “parakovka“ etdirərkən bir şəxs onlara bildirmişdir ki, həmin yer onun avtomaşını üçündür, həmin şəxslə danışarkən ora polis əməkdaşları gəlmiş, onları bölməyə aparmışlar. Polislərə tabesizilik göstərməmişdir. Lakin baş verənlərdən peşmandır. Məhkəmə inzibati xəta törətmiş şəxsin izahatını və şahid ifadəsini dinləyib və inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs əməlində AR İXMnın 535.1-ci maddəsinin tərkibi mövcuddur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail rayon Polis İdarəsinin 39-cu Polis bölməsinin sahə X1 öz ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə xidmətdə olarkən 102 vasitəsi ilə məlumat daxil olmuşdur ki, Ələkbər Qasımov adlı şəxs iki nəfər şəxsin ona qarşı xuliqanlıq hərəkəti törətməsinə dair məlumat vermişdir, həmin məlumat əsasında Xəqani bağına getmişlər orada Şəxs və onun yanında olan digər şəxsi bölməyə dəvət edərkən, Şəxs onların qanuni tələblərinə tabe olmamış, polis bölməsinə gətirildikdən sonra da tabesizlik hərəkətlərini davam etdirmiş, bölmədə onların qanuni tələblərinə riayət etməmiş, bunula əlaqədar onun tərəfindən raport tərtib edilərək bölmə rəhbərliyinə təqdim edilmişdir. Şahid həmçinin göstərmişdir ki, Şəxs barəsində bölmədə dəfələrlə xırda xuliqanlıq və xırda talama ilə əlaqədar inzibati protokol tərtib edilmiş, barəsində inzibati cərimə tətbiq edilmiş, lakin Şəxs həmin qərarlardan heç bir nəticə çıxarmamışdır. Beləliklə tərtib edilmiş protokolla, raportla və məhkəmə iclasında verilmiş ifadə ilə Şəxs inzibati xətanı törətməsi faktı tam sübuta yetirilir və məhkəmə Şəxs özünü İXM-nin 535.1ci maddəsi ilə təqsirli bilməməsini, özünü müdafiə xarakter daşıma və məsuliyyətdən yayınma kimi qiymətləndirir. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müzakirə edərkən məhkəmə aşağıdakı qənaətə gəlir. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inizbati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inizbati xəta törədən şəxsin şəxsiyyətini və işin faktiki hallarını nəzərə alaraq Şəxs AR İMX-nın 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh verilməsini məqsədə uyğun hesab edir. Məhkəmə həmçinin hesab edir ki, inzibati qaydada tutmanın əvvəli Şəxs faktiki tutulduğu vaxtdan, yəni 02 avqust 2022-ci il tarixdən 23:55-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək 10 (on ) gün müddətində inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən saat 23:55-dan hesablansın. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №3(009)-1241/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1241/2022
04.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver