Məhkəmə qərarları › İş №3(009)-1242/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1242/2020

31.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1242/2020 31.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxxxxxxxxxxxxxxxxxxxxx” ASCnin nümayəndəsi X1 iştirakları ilə, “xxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “xxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Azərbaycan Respublikası İXM-nin 405-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi X4 “xxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə edərək qanuni tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X2 inzibati xəta haqqında haqqında protokola etiraz edərək göstərmişdir ki, protokol tərtib edilərkən ölkədəki mövcud vəziyyət və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları nəzərə alınmamışdır.Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetininqərarına əsasən ölkədə mövcud olan “COVİD 19” pandemiyası ilə əlaqədar, insanların sağlamlıqlarının qorunması məqsədilə, bütün iş fəaliyyəti dayandırılmışdır. Sonradan da Nazirlər Kabinetinin miivafiq qərarlarına əsasən, həmin müddətlər uzadılmışdır. Bütün bu dövr ərzində “xxxxxxxxxxxxxxxxxxxxxxx ” ASC-də bütün əməkdaşlarının sağlamlıqlarının qorunması məqsədilə, yalnız bütün işçilərini “evdən çalışma ” rejiminə keçirmişdir. Bugünədək də bu rejim davam etməkdədir. Bildirir ki, bütün bu günlər qeyri iş günləri hesab edilməli, çünki faktiki olaraq, bu günlər ərzində insanların iş fəaliyyəti deyil, sağlamlığı ilk yerdə durur. “xxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Ümumi Yığıncağının xx xxxxxx 2020-ci il tarixli müşahidə Şurasının üzvünün dəyişdirilməsi ilə əlaqədar qərarı da bu səbəbdən Vergi orqanına vaxtında təqdim edilməmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Ümumi Yığıncağından iştirak edən şəxslər xarici ölkədə olduqlarından, həmin protokolun faktiki imzalanması prosesi, pandemiya dövrünə görə, ölkələr arası uçuşlar dayandırıldığından uzun vaxt çəkmişdir. Bu səbəbdən də “Hüquqi Şəxslərin Dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9-cu maddəsi tətbiq edilməməlidir. Vergi orqanı tərəfindən İXM-nin tələbrinə görə, İXM-nin 90, 91 və digər maddələrinə görə, iznibati xəta haqqında protokol tərtib edilərkən, barəsində protokol tərtib edilən şəxsin izahat alınmalı və işə əlavə edilməlidir. Lakin Vergi orqanı tərəfində nəinki izahat, heç protokol tərtib edəcəyi barədə məlumat belə təqdim edilməmişdir. Həmin qrafada qeyd edilib ki, poçt vasitəsilə daxil olduğundan izahat əldə edilməmişdir. Onsuzda Vergi orqanına pandemiya dövründə sənədlər yalnız poçt vasitəsilə təqdim edilə bilər. Digər forması yoxdur. Digər tərəfdən isə sənədlərin poçtla daxil olması, şəxsin hüquqlarının pozulmasına gətirib çıxarmalı deyil. Protokol üzrə barəsində inzibati xəta haqqında iş aparılarkən, ona hüquq və vəzifələri bildirilməli və buna müvafiq qaydada protokoda imza edtdirilınəlidir. Protokolun bir nüsxəsi, imza etdirməklə təqdim edilməlidir. Bu da baş verməyib. Göstərilənləri nəzərə alaraq “xxxxxxxxxxxxxxxxxxxxxxx” ASC barəsində tərtib edilmiş “İnzibati xəta haqqında” 03 iyun 2020-ci il tarixli MN seriyalı ******* nömrəli protokola baxaraq inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Azərbaycan Respublikası İXM-nin 405-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxx” ASC xx xxxxxx 2020-ci il tarixli müşahidə şurası üzvünün dəyişdirilməsinə dair qərarı iş 40 gün ərzində deyil xx xxxx 2020-ci il tarixdə qeydiyyat orqanına təhvil vermiş və bununla da, Azərbaycan Respublikasının İXM-nin 405-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materillarına əlavə edilmiş “xxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 4970 nömrəli məktubdan görünür ki, Səhmdarların növbədənkənar ümumi Yığıncağının xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən X5 Şurasının üzvü təyin edilmişdir. Göstərilənlər nəzərə alınaraq, tədim edilmiş qərar və digər sənədləri iş qovluğuna əlavə edilməsi və dəyişikləri əks etdirən yeni çıxarışın təqdim edilməsi xahiş edilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejimi qaydaları müəyyən edilmiş, insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyətə müəyyən məhdudiyyətlər qoyulmuşdur. Qeyd edilən qərarlardan da göründüyü kimi ölkə ərazisində xüsusi karantin rejimi ilə əlaqədar bir sıra iş yerlərində olduğu kimi, “xxxxxxxxxxxxxxxxxxxxxxx” ASC öz əməkdaşlarının sağlamlıqlarının qorunması məqsədilə, bütün işçilərini “evdən çalışma” rejiminə keçirmiş, hətta barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X1 etirazından da, göründüyü kimi qeyd edilən rejim hələ də “xxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-də davam etməkdədir. Ona görə də məhkəmə hesab edir ki, Nazirlər Kabinetinin yuxarıda göstərilən qərarlarına əsasən bütün karantin günləri qeyri iş günləri hesab edilmişdir. Başqa sözlə həmin günlər ərzində insanların iş fəaliyyəti deyil, sağlamlığı ilk yerdə durur. Həmçinin məhkəmə xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, ölkə ərazisində xüsusi karantin rejimi tədricən yumuşaldıqdan sonra, yəni xx.xx.2020-ci il tarixli, 4970 nömrəli məktubla “xxxxxxxxxxxxxxxxxxxxxxx” ASC Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə məktub ünvanlayaraq, Səhmdarların növbədənkənar ümumi Yığıncağının xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən X5 Şurasının üzvü təyin edilməsi barədə rəsmi məlumat vermişdir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Səhmdarların növbədənkənar ümumi Yığıncağının xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən X5 Şurasının üzvü təyin edilməsi barədə məlumatların Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə vaxtında verilməməsi “xxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən aslı olmayan səbəblərdən baş vermişdir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-ninəməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinəəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinəəsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddüalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan “xxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan obyektiv cəhət yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş “xxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar