Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1242/2023 26.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədova Nərmin Namiq qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs "xxxx" Firmasının direktoru X6, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin inzibati tənbehvermə haqqında MN ******* nömrəli, 06 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsinə dair X6 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin 06 iyun 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏƏSMN yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən X2 şikayəti əsasında "xxxx" firmasının direktor olaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib olunmuş və 06 iyun 2023-ci il tarixli MN seriyalı ******* nömrəli cərimənin şərti tətbiq olunması haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsində təqsirli bilinərək "Xəzər-1'" firmasının direktoru olaraq 1600 (min altı yüz) manat məbləğində cərimə edilməsinə dair qərar qəbul etmişdir. Hesab edir ki, aşağıdakı əsaslara görə qeyd olunan qərar xitam olunmalıdır. Belə ki, şikayətçi X4 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən azad olunmuşdur. İşdən azad olunan zaman onun barəsində toplanmış materiallar qanunla müəyyən olunmuş qaydada aidiyyəti üzrə təqdim olunmuşdur. Buna baxmayaraq, həmin hallar araşdırılmadan belə əsassız qərar qəbul olunmuşdur. Belə ki, X4 işlədiyi zaman öz vəzifə funksiyalarını lazımınca yerinə yetiməməsi, işlədiyi zaman işdə yol verdiyi ciddi nöqsanlar audit rəyində öz təsdiqini tapmışdır. Belə ki, işə götürülən işçilər haqqında sənədlər düzgün tərtib olunmamış, sistemə daxil edilməmişdir. Hətta o, əmək müqaviləsi müddətinin bitməsini əsas gətirərək, maddi məsul şəxs olmasına baxmayaraq, öhdəsində olan sənədləri belə təhvil vermədən getmişdir. Bu barədə dəfələrlə o, məlumatladırılsa da buna əhəmiyyət verməmişdir. Onunla əmək müqaviləsi pozulan zaman onun hər hansı, o cümlədən əmək hüquqları işəgötürən tərəfindən pozulmamışdır. Belə olan halda Azərbaycan Respublikası ƏƏSMN yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "xxxx" firmasının direktoru olaraq, barasində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair inzibati xəta haqqında protokolu ləğv edilməli və xx.xx.2023-ci il tarixli MN seriyalı ******* nömrəli qərara xitam verilməlidir. Göstərdiklərini nəzərə alaraq şikayətin təmin olunması, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsində təqsirli bilinərək "xxxx" firmasının direktorunun 1600 (min altı yüz) manat məbləğində cərimə edilməsinə dair xx.xx.2023-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X8 şikayəti müdafiə edərək göstəmişdir ki, X4 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən azad olunmuşdur. İşdən azad olunan zaman onun barəsində toplanmış materiallar qanunla müəyyən olunmuş qaydada aidiyyəti üzrə təqdim olunmuşdur. Buna baxmayaraq, həmin hallar araşdırılmadan belə əsassız qərar qəbul olunmuşdur. Belə ki, X4 işlədiyi zaman öz vəzifə funksiyalarını lazımınca yerinə yetirməməsi, işlədiyi zaman işdə yol verdiyi ciddi nöqsanlar audit rəyində öz təsdiqini tapmışdır. Belə ki, o, hətta öhdəsində olan sənədləri təhvil vermədən getmişdir. Bu barədə dəfələrlə o, məlumatladırılsa da buna əhəmiyyət verməmişdir. Onunla əmək müqaviləsi pozulan zaman onun əmək hüquqları işəgötürən tərəfindən pozulmamışdır. Əmək Müfəttişliyinin nümayəndəsinin istinad etdiyi Samirə Salmanovanın işdən çıxmaq barədə ərizəsinə münasibətdə isə bildirmişdir ki, qeyd edilən ərizənin kim tərəfindən göndərilməsi məlum olmamışdır, əgər işçi S.Salmanova işdən çıxmaq istəyirdisə bu barədə ərizəni poçtla rəsmi qaydada göndərməli idi. Ərizənin kim tərəfindən göndərilməsi məlum olmadığından ərizəyə əhəmiyyət verilməmişdir. İşçinin fəaliyyətində ciddi nöqsanlar aşkar edilmiş, işlədiyi zaman işdə yol verdiyi ciddi nöqsanlar audit rəyində öz təsdiqini tapmışdır. Bundan əlavə həmin ərizədə imza olmamışdır, bu da ərizənin S.Salmanovanın tərəfindən göndərildiyini şübhə altına alır. Bu səbəbdən fəaliyyətindəki nöqsanlara görə işçini işdən azad etmişlər. Göstərdiklərini nəzərə alaraq inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X3 şikayətə etiraz edərək bildirmişdir ki, inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə tərtib olunmuşdur. İşçi S.Ağayeva 11 aprel 2023-cü il tarixində işdən çıxma barədə ərizə ilə şirkət rəhbərliyinə müraciət etmişdir. Lakin işəgötürən tərəfindən onun ərizəsi nəzərə alınmayaraq 16 may 2023-cü il tarixdə işçi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmuşdur. Halbuki əmək qanunverciliyinə əsasən əgər işçinin fəaliyyətində nöqsan aşkar edilərsə (məsələn işçinin iş yerini özbaşına tərk etməsi) həmin nöqsan aşkar olunduğu tarixdən bir ay ərzində inzibati məsuliyyyətə cəlb oluna bilər. Şikayətin təmin edilməməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin inzibati tənbehvermə haqqında xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib və şikayəti iş materialları əsasında araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin 06 iyun 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin 06 iyun 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarına əsasən vətəndaş X2 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbləri pozularaq həmin Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 192.6cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə- X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinib 1600 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinəəsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, X2 işdən azad olma barədə ərizəsinin məhz onun tərəfindən göndərilməsi məhkəmə iclasında sübuta yetirilmədiyindən barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X6 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin 06 iyun 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin 06 iyun 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1242/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1242/2023
26.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver