Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1243/2022 09.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X5 qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər X8 İdarəsinin 02 avqust 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X4 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər X8 İdarəsinin inzibati tənbeh vermə haqqında TP ******* saylı elektron qərarının ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, 02 avqist 2022-ci il tarixdə saat 14:41 radələrində idarə etdiyi Opel Vita ** MC *** dövlət qeydiyyat nişanlı nəqliyat vasitəsilə Bakı şəhəri Səbail rayonu Neftçilər prospekti küçəsi ilə Dəniz Limanı istiqamətində hərəkət edirmiş. Azneft dairəsinə çatdığı zaman dairəyə daxil olan avtomobillərə yol verib hərəkətinə davam etmiş bu zaman onu görən dairədə motosikletlə xidmət aparan yol patrul xidmətinin inspektoru qəflatən onu saxlamaq üçün dairədə dayandığı yerdə motosikletlə idarə etdiyi avtomobilin üstünə sürdü və qəza vəziyyəti yaratmış, daha sonra qəza vəziyyəti yaradan yol patrul xidmətinin inspektoru motosikleti kənara verib saxlamış və efir vasitəsi ilə digər motosikletlə xidmət aparan yol patrul xidmətinin inspektoruna onu cərimələməsini əmr etmişdir. Əmr verilən yol patrul xidmətinin inspektoru onu saxladan Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə barəsində inzibati protokol tərtib etmiş, bu zaman ona məlum olmuşdur ki, Bakı şəhər DYPİ-nin Müşayiət-Eskort bölüyünün YPX-nin inspektoru polis baş serjantı X1 tərtib etdiyi TP- 5167258 nömrəli qərarla barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin hadisə avtomobilində olan AZDOME markalı videoregistrator vasitəsi ilə qeydə alınmış və tərəfindən görüntü 1 ədəd diskə köçürülərək ərizəsinə əlavə edilmişdir. Barəsində tərtib edilmiş TP-5167258 nömrəli xx.xx.2022-ci il tarixli qərar ləğv edilməlidir. Diskdəki görüntüdən görünür ki, hadisə yerində svetofor və ya nizamlayıcı yoxdur, 3.1 “Giriş qadağandır” yol nişanı yoxdur, hadisə zamanı o, sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydaları pozmamış, çünki orada yolayrıcı yoxdur. Hadisə zamanı o, nəqliyyat vasitəsilə yanacaqdoldurma məntəqəsinə daxil olmamışdır. Hadisə yerində 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət edilməməsi, sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçmə hallarınada yol verilməmişdir. Bakı şəhər DYPİ-nin Müşayiət- Eskort bölüyünün YPX-nin inspektoru polis baş serjantı X3 tərəfindən tərtib edilmiş TP- 5167258 nömrəli 02 avqust 2022-ci il tarixli qərarı qərəzli, iş yoldaşı tərəfindən törədilən qəza vəziyyətini ört basdır etmək və onu günahkar çıxartmaq üçün onun barəsində protokol tərtib etmişdir. Digər tərəfdən Bakı şəhər DYPİ-nin Müşayiət-Eskort bölüyünün YPX-nin inspektorlarının dislokasiya üzrə xidmət aparıb şəxsləri inzibati məsuliyyətə cəlb etmək kimi səlahiyyətləri yoxdur. Onların təyinatı Dövlət başçısı, Dövlət tərəfindən Müşayiət edilməli olan şəxsləri müşayiət etmək və onların şəhərdə təhlükəsiz hərəkət etmələri üçün zəruri tədbirlər görməkdir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Göstərilənlərə əsasən, məhkəmədən barəsində Bakı şəhər DYPİ-nin Müşayiət-Eskort bölüyünün YPX-nin inspektoru polis baş serjantı X3 tərəfindən tərtib edilmiş TP-5167258 nömrəli xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi Nümayəndə1 şikayətə etiraz edərək, əsassız olduğundan təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X8 İdarəsi tərəfindən tərtib edilmiş 02 avqust 2022-ci il tarixli, TP ******* saylı elektron qərardan görünür ki, X4 03 oktyabr 2021-ci il tarixdə Opel Vita minik markalı 99MC241 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbayacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbini pozmuş və nəticədə 60 (altmış) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında videogörüntülərə baxış keçirilərək müəyyən edilmişdir ki, X4 02 avqust 2022-ci il tarixdə saat 14:41-də idarə etdiyi Opel Vita minik markalı 99MC241 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti ilə hərəkətdə olarkən Niyazi prospekti ilə hərəkət edən nəqliyyat vasitələrinə yol verməyərək yol ayrıcını keçmə qaydasını pozmuşdur. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X8 İdarəsinin 02 avqust 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə görə Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbyacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, Bakı Şəhər Bakı şəhər X8 İdarəsinin 02 avqust 2022-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X2 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X8 İdarəsinin 02 avqust 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X8 İdarəsinin 02 avqust 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1243/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1243/2022
09.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver