Məhkəmə qərarları › İş №3(009)-1244/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1244/2022

04.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1244/2022 04.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Abdullayev Şahin Zülfüqar oğlu, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, subay, Abşeron rayoun, Xırdalan şəhəri, məhəllə 7, ev 15-də qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsindən daxil olmuş materiallara baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : Bakı şəhər Səbail rayon Polis İdarəsinin 39-ci Polis Bölməsinin sahə inspektoru tərəfindən Şəxs barəsində AR İXM-nın 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair xx.xx.2022-ci il tarixli MNN1354257 seriyalı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması qaydasında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, protokol aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Hakim qeyd edir ki, inzibati xəta haqqında protokola barəsində inzibati icraat başlanılmış şəxsin şəxsiyyətini təsdiq edən sənəd əlavə olunmamış, eyni zamanda onun fərdi identifikasiya nömrəsi göstərilməmişdir. AR İXM-nın 100.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilməlidir. Həmçinin həmin Məcəllənin 100.1.10.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar da göstərilməmişdir. Belə ki, Şəxs izahatında zərəçəkmiş şəxsin telefonu oğurlanan vaxt xəstəliyi ilə bağlı xəstəxanada müalicədə oldğunu bildirsə də, bu hal araşdırılmamış zəruri olan məlumat kimi qiymət verilərək protokola qeyd edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlanmaq mümkün olmadıqda, hakim işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən hakim hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və AR İXM-nın 109-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsindən daxil olmuş xx.xx.2022-ci il tarixli MNN1354257 seriyalı protokol və ona əlavə olunmuş sənədlər natamam olduğundan qərardadın əsaslandırıcı hissəsində göstərilən səbəblərə görə geri qaytarılsın. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar