Məhkəmə qərarları › İş №3(009)-1244/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1244/2025

06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1244/2025 06.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon icra şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. 06 may 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-175/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədini borclu tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. 06 may 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əlavədən görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)-175/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs, 22 oktyabr 2024-cü il tarixdən başlayaraq 31 dekabr 2013-cü il təvəllüdlü X6, 21 oktyabr 2015-ci il təvəllüdlü X7 və 19 mart 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 2,04 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə icraata daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə aidiyyət orqanlara sorğular olunmuş, lakin borclunun adına daşınar və daşınmaz əmlak həmçinin ona məxsus bank hesabları aşkar edilməmişdir. İcra sənədinin icrası ilə bağlı borclu sonuncu dəfə xx.xx.2025-ci il tarixdə şöbədə olarkən izahatı alınmış, o verdiyi izahatında tələbkar ilə birgə yaşadığını, icra sənədi üzrə bu günədək ödəniş etmədiyini bildirmişdir. Hal-hazırda borclu Şəxs bü günə 4896 manat aliment borcu təşkil edir. Məhkəmə iclasında iştirak edən Səbail rayon icra şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək borclu şəxs Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş X8 izahatında bildirmişdir ki, Şəxs aliment borcunu ödəmir. Borcun hamısını birdəfəlik ödəməsini istəyir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirmişdir ki, hazırda işləmir, lakin işləsə, aliment borcunu ödəməyə hazırdır. xx.xx.2025-ci il tarixdə 500 manat məbləği tələbkar X5 ödəmişdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 175/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Şəxs, 22 oktyabr 2024-cü il tarixdən başlayaraq 31 dekabr 2013-cü il təvəllüdlü X6, 21 oktyabr 2015-ci il təvəllüdlü X7 və 19 mart 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 2,04 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 ödənilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli qərarla icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan tələbin könüllü icra edilməsi barədə xx.xx.2025-ci il tarixli bildirişə əsasən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-175/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən tələbin dərhal icra edilməsi, bu müddət ərzində tələb könüllü şəkildə icra edilməzsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X2 məhkəməy təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, məhkəmə iclası zamanı iş üzrə Şəxs 500 manat vermişdir və ona 10 gün möhlət vermişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Səbail Rayon Məhkəməsinin 2(009)-175/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs, 22 oktyabr 2024cü il tarixdən başlayaraq 31 dekabr 2013-cü il təvəllüdlü X6, 21 oktyabr 2015-ci il təvəllüdlü X7 və 19 mart 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 2,04 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə icraata daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə aidiyyət orqanlara sorğular olunmuş, lakin borclunun adına daşınar və daşınmaz əmlak həmçinin ona məxsus bank hesabları aşkar edilməmişdir. İcra sənədinin icrası ilə bağlı borclu sonuncu dəfə xx.xx.2025-ci il tarixdə şöbədə olarkən izahatı alınmış, o verdiyi izahatında tələbkar ilə birgə yaşadığını, icra sənədi üzrə bu günədək ödəniş etmədiyini bildirmişdir. Hal-hazırda borclu Şəxs bü günə 4896 manat aliment borcu təşkil edir. xx.xx.2025-ci il tarixdə yaranmış borc məbləğindən 500 manatı X2 hesabına ödəmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibini yaradır. Hazırki işdən müəyyən edilmişdir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Borclu öz borcunu etiraf edir və hissə-hissə aliment borcunu ödəyir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd edilməlidir ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan borclu Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan obyektiv cəhət şəxsin əməlində yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114-115, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar