Məhkəmə qərarları › İş №3(009)-1245/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1245/2022

05.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1245/2022 05.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Bakı şəhəri Səbail Rayon İcra şöbəsinin icra məmuru X3, X1, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1986-cı il tarixdə Gədəbəy rayonunda anadan olan, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi 143 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Səbail Rayonu İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayonu İcra şöbəsindən tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail Rayon İcra şöbəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləmiş və əlavə olaraq bildirmişdir ki, Səbail Rayon Məhkəməsinin 2(009)-1318/2021 saylı, 26 avqust 2021- ci il tarixli icra vərəqəsi ilə müəyyən edilmiş Şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq, 06 mart 2014-cü il təvəllüdlü X11 və 06 iyun 2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq X7 ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə icraata daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq icra olunması üçün borcluya, məlumat üçün məhkəməyə və tələbkara göndərilmişdir. Bundan əlavə borclu Şəxs icra şöbəsinə gələrək qərar və bildirişin surəti ona rəsmi qaydada təqdim edilmiş və buna baxmayaraq, icra sənədinin icrası təmin olunmamışdır. Borclu icra sənədinin icrasını təmin etmədiyindən, onun əmlak vəziyyəti ilə bağlı aidiyyəti qurumlara sorğular edilmiş, həmçinin “Elektron-İcra” informasiya sistemindən əldə olunmuş məlumata əsasən borclunun adına hər hansı daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Borcluya dəfələrlə icra sənədinin icrası ilə bağlı xəbərdarlıqlar göndərilmiş, icra sənədinin icrası təmin edilməmişdir. icra sənədinin icrası ilə bağlı icra məmurunun xx.xx.2022-ci il tarixli borclunun axtarılması haqqında qərarı icra olunması üçün Səbail rayon Polis İdarəsinə göndərilmiş, axtarış işi açılmışdır. 01,03,.2022-ci il tarixdə borclu Alıyev X13 rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şöbəyə təhvil verilmiş və həmin tarixli izahatında məhkəmə əmrindən xəbərdar olduğunu bildirmiş, aliment borcunu birdəfəyə ödəməyə imkanın olmadığını qeyd etmişdir. Borclu Şəxs icra sənədinin icrasından yayındığından barəsində xx.xx.2022-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Borcludan həmin tarixdə iltizam alınmış, o iltizaminda hər ay aliment borcundan 400 manat ödəniş edəcəyini öz üzərinə götürmüş və Səbail Rayon Məhkəməsinin 01,03.2022-ci il tarixli qərarı ilə MN ******* saylı inzibati xəta haqqında protokola xitam verilmişdir. Həmin tarixdə borclu Şəxs tələbkar X6 xeyrinə 500 manat məbləğində aliment borcundan ödəniş etmişdir. Bundan əlavə icra sənədinin icrasının təmini məqsədilə xx.xx.2022-ci il tarixdə borclu Şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatla müvafiq məhkəməyə müraciət olunmuş və Səbail Rayon Məhkəməsinin 8(009)-127/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Daha sonra aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs "xxxx" ASC-də mühafizəçi vəzifəsində işlədiyi və 300 manat məbləğində əmək haqqı aldığı məlum olmuş və aliment borcunun ödənilməsi üçün xx.xx.2022-ci il tarixdə əmək haqqına yönəldilmişdir. İcra sənədinin icrası bir daha təmin edilməmiş, yenidən icra məmurunun xx.xx.2022-ci il tarixli borclunun axtarılması haqqında qərarı icra olunması üçün Səbail rayon Polis İdarəsinə göndərilmiş və axtarış işi açılmışdır. Borclu xx.xx.2022-ci il tarixdə Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şöbəyə təhvil verilmiş və verdiyi izahatında aylıq gəlirinin az olduğunu və aliment borcunu ödəyə bilmədiyini qeyd etmişdir. iş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir. Hal-hazırda aliment borcu 2653 (iki min altı yüz əlli üç)manat məbləğində təşkil edir. Göstərdiklərini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, aldığı maaş ona aliment məbləğini tam şəkildə ödəməyə imkan vermir, lakin yığılan aliment borcunu hissə-hissə ödəməyə hazır olduğunu bildirdi. Məhkəmədən barəsində həbs ilə bağlı olmayan başqa bir inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar X12 bildirmişdir ki, yığılan aliment borcunu tam məbləğdə borcludan tələb edir. Əks-halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli İnzibati xəta haqqında MN ******* nömrəli protokoldan görünür ki, borclu Şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(005)-1318/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. İş materiallarına əlavə edilmiş MN ******* saylı protokola əlavədən görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)-1318/2021 saylı, 26 avqust 2021- ci il tarixli icra vərəqəsi ilə müəyyən edilmiş Şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq, 06 mart 2014-cü il təvəllüdlü X11 və 06 iyun 2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq X7 ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə icraata daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq icra olunması üçün borcluya, məlumat üçün məhkəməyə və tələbkara göndərilmişdir. Bundan əlavə borclu Şəxs icra şöbəsinə gələrək qərar və bildirişin surəti ona rəsmi qaydada təqdim edilmiş və buna baxmayaraq, icra sənədinin icrası təmin olunmamışdır. Borclu icra sənədinin icrasını təmin etmədiyindən, onun əmlak vəziyyəti ilə bağlı aidiyyəti qurumlara sorğular edilmiş, həmçinin “Elektron-İcra” informasiya sistemindən əldə olunmuş məlumata əsasən borclunun adına hər hansı daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Borcluya dəfələrlə icra sənədinin icrası ilə bağlı xəbərdarlıqlar göndərilmiş, icra sənədinin icrası təmin edilməmişdir. icra sənədinin icrası ilə bağlı icra məmurunun xx.xx.2022-ci il tarixli borclunun axtarılması haqqında qərarı icra olunması üçün Səbail rayon Polis İdarəsinə göndərilmiş, axtarış işi açılmışdır. 01,03,.2022-ci il tarixdə borclu Alıyev X13 rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şöbəyə təhvil verilmiş və həmin tarixli izahatında məhkəmə əmrindən xəbərdar olduğunu bildirmiş, aliment borcunu birdəfəyə ödəməyə imkanın olmadığını qeyd etmişdir. Borclu Şəxs icra sənədinin icrasından yayındığından barəsində xx.xx.2022-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Borcludan həmin tarixdə iltizam alınmış, o iltizaminda hər ay aliment borcundan 400 manat ödəniş edəcəyini öz üzərinə götürmüş və Səbail Rayon Məhkəməsinin 01,03.2022-ci il tarixli qərarı ilə MN ******* saylı inzibati xəta haqqında protokola xitam verilmişdir. Həmin tarixdə borclu Şəxs tələbkar X6 xeyrinə 500 manat məbləğində aliment borcundan ödəniş etmişdir. Bundan əlavə icra sənədinin icrasının təmini məqsədilə xx.xx.2022-ci il tarixdə borclu Şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatla müvafiq məhkəməyə müraciət olunmuş və Səbail Rayon Məhkəməsinin 8(009)-127/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Daha sonra aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs "xxxx" ASC-də mühafizəçi vəzifəsində işlədiyi və 300 manat məbləğində əmək haqqı aldığı məlum olmuş və aliment borcunun ödənilməsi üçün xx.xx.2022-ci il tarixdə əmək haqqına yönəldilmişdir. İcra sənədinin icrası bir daha təmin edilməmiş, yenidən icra məmurunun xx.xx.2022-ci il tarixli borclunun axtarılması haqqında qərarı icra olunması üçün Səbail rayon Polis İdarəsinə göndərilmiş və axtarış işi açılmışdır. Borclu xx.xx.2022-ci il tarixdə Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şöbəyə təhvil verilmiş və verdiyi izahatında aylıq gəlirinin az olduğunu və aliment borcunu ödəyə bilmədiyini qeyd etmişdir. iş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir. Hal-hazırda aliment borcu 2653 (iki min altı yüz əlli üç)manat məbləğində təşkil edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 32.1.1 maddələrinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən haldır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Alıyev X9 Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilib, ona inzibati həbs növündə inzibati tənbeh təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 05 avqsut 2022-ci il tarixdən hesablansın. Qərarın icrasına nəzarət Azərbaycan Respublikası DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan X10 X2 tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar