Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1246/2020 18.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X11 qızının katibliyi, şikayət vermiş şəxsin səlahiyyətli nümayəndəsi X10 və Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin səlahiyyətli nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2020ci il tarixli qərarının ləğv edilməsinə dair “xxxxx” Birgə Müəssisəsinin baş direktoru X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X5 Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin MN ******* saylı xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən “xxxxx” BM baş direktoru X5 Azərbaycan Respublikası İXM-in 192.4-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən, barəsində 1000 AZN məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Qərarın surətini poçt vasitəsi ilə xx.xx.2020-ci il tarixdə rəsmi qaydada əldə etmişlər. Hesab edirlər ki, “xxxxx” BM-in baş direktoru X1 barəsindəki Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğundan ləğv edilməli və onun barəsində Azərbaycan Respublikası İXM-in 192.4-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. ƏƏSMN yanında DƏMX Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsinə əsasən “xxxxx” BM-in baş direktoru X1 barəsində Azərbaycan Respublikası İXM-in 192.4-ci maddəsi ilə həmin idarə tərəfindən xx.xx.2020-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilməsi olmuşdur. Həmin inzibati protokola əsasən “xxxxx” BM-in baş direktoru X5 vətəndaş X3 əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol vermişdir. “xxxxx” BM-in baş direktoru X1 barəsində Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol vətəndaş X3 əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabın ona vaxtında, yəni sonuncu iş günü işçiyə ödənilməməsi ilə bağlı tərtib edilmişdir. Tərtib edilmiş inzibati protokola əsasən inzibati xəta hadisəsi xx.xx.2020-ci il tarixdə baş vermişdir. Əmək Məcəlləsinin tələblərinə görə, işçi ilə son haqq-hesab sonuncu iş günü-işdən azad edildiyi gün, yəni xx.xx.2020-ci il tarixdə aparılmalı idi. İşçi X9 ilə işəgötürən “xxxxx” BM arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə 61/K saylı əmrlə xitam verilsə də, həmin işçi ilə bağlı son naqq-hesab xx.xx.2020-ci il tarixdə aparılmışdır. Son haqq-hesabın həmin tarixdə aparılmasına səbəb, işçinin 2020-ci ilin fevral ayı ərzində 3 gün işə çıxması, işlədiyi günlərin məvacibi ilə birlikdə son haqq-hesabın layihənin digər əməkdaşları ilə birlikdə mart ayında ödənilən əməkhaqqı ödənişləri zamanı aparılması olmuşdur. ƏƏSMN yanında DƏMX Bakı şəhər İdarəsinə təqdim olunmuş sənədlərdən aydın görsənir ki, işçi X6 ödənilmiş son haqq-hesab düzgün hesablanmışdır. İşçi X6 ödənilmiş son haqq-hesab Əmək Məcəlləsinin tələblərinə uyğun hesablanmışdır və hesablama ilə bağlı heç bir pozuntuya yol verilməmişdir. Həmçinin, vətəndaş X3 ƏƏSMN yanında DƏMX-nə ünvanladığı şikayət ərizəsində son haqq-hesabın vaxtında ödənilməməsi və ümumiyyətlə, hər hansı ödəncin (əmək haqqı, məzuniyyətə görə ödəniş və s.) vaxtında həyata keçirilməməsi ilə bağlı hər hansı tələbi və şikayəti olmamışdır. “xxxxx” BM-in baş direktoru X1 barəsində xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsinə əsas olmuş inzibati xəta haqqında protokolda qeyd edilmiş Azərbaycan Respublikası İXM-İn 192.4- cü maddəsində də göstərilir ki, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verildikdə əməl inzibati məsuliyyətə səbəb olur. Tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən "xxxxx” BM-in baş direktoru X1 barəsində Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsinin tələblərinə görə, işçinin əmək haqqının ödənilməsində qanun pozuntusuna xx.xx.2020-ci il tarixdə yol verilmişdir. “xxxxx” BM-in baş direktoru X1 barəsində xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsinə əsas olmuş Azərbaycan Respublikası İXM-in 192.4-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə törədilmiş inzibati xəta İnzibati Xətalar Məcəlləsinin 38.1-cı maddəsinin 2-ci cümləsində nəzərdə tutulan və inzibati tənbehin 01 il ərzində verilməsi mümkün olan inzibati xətalar kateqoriyasına aid deyil. İnzibati xətanın xx.xx.2020-ci il tarixdə törədildiyi nəzərə alınsa, həmin tarixdən 3 ay sonrakı müddət xx.xx.2020-ci il tarixdə artıq bitmişdir. ƏƏSMN yanında DƏMX Bakı şəhər İdarəsi tərəfindən “xxxxx” BM-in baş direktoru X1 barəsində MN ******* saylı inzibati xəta haqqında protokol qanunvericilikdə nəzərdə tutulan müddət ötürüldükdən sonra xx.xx.2020-ci il tarixdə tərtib edilmişdir. Həmçinin, ƏƏSMN yanında DƏMX Bakı şəhər İdarəsi tərəfindən "xxxxx" BM-in baş direktoru X1 barəsində çıxarılmış xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar da İnzibati Xətalar Məcəlləsinin 38.1-cı maddəsinin 1-ci cümləsində nəzərdə tutulan 03 aylıq müddət bitdikdən 01 ay sonra qəbul edilmişdir. Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Bakı şəhər İdarəsi tərəfindən “xxxxx” BM-in baş direktoru X1 barəsində xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən, inzibati məsuliyyətə cəlb etmə müddətinin ötürüldüyü həmin İdarənin rəhbərinin diqqətinə çatdırılsa da, Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın davam edən inzibati xəta olduğundan, İXM-in 38.2-ci maddəsinə əsasən davam edən inzibati xətalara münasibətdə cəlb etmə müddətinin xətanın aşkara çıxarıldığı gündən hesablandığı və bu əsasla da inzibati məsuliyyətə cəlb etmə müddətinin keçmədiyi bildirilmişdir. Belə olan halda, hesab edir ki, "xxxxx" BM-in baş direktoru X1 barəsində tərtib edilmiş Azərbaycan Respublikası İXM-İn 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta heç bir halda davam edən inzibati xəta hesab edilə bilməz. Bundan başqa Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Bakı şəhər İdarəsi xx.xx.2020-ci il tarixli **********3 saylı məktubla “xxxxx” BM-nə müraciət edərək X3 şikayət ərizəsinin araşdırılması ilə bağlı müvafiq sənədlərin 07 gün müddətində İdarəyə göndərilməsini xahiş etmişdir. Qeyd olunan müraciət “xxxxx” BM-nə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Müraciətə cavab olaraq “xxxxx” BM-in xx.xx.2020-ci il tarixli AZF- 2020/202/L saylı məktubu ilə tələb olunan sənədlər ƏƏSMN yanında DƏMX Bakı şəhər İdarəsinə göndərilmişdir. Göstərilənlərdən aydın olur ki, qanunvericiliyin tələblərinə əsasən fakt aşkar ediləndən ən geci 2 gün müddətində inzibati protokol tərtib edilməli idi. Lakin “xxxxx” BM-in xx.xx.2019-cu il tarixli məktubu ilə müvafiq sənədlər ƏƏSMN yanında DƏMX Bakı şəhər İdarəsinə təqdim olunsa da, müfəttişlik tərəfindən 23 gün sonra xx.xx.2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və bununla da İnzibati Xətalar Məcəlləsinin tələblərini kobud şəkildə pozulmuşdur. Yuxarıda sadalanan bütün xüsusatlar onu deməyə əsas verir ki, “xxxxx” BM baş direktoru X1 barəsində çıxarılmış Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1, 53.0.6,105.1,114.2.1 və 134.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmədən, “xxxxx” BM baş direktoru X1 barəsində çıxarılmış Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarını ləğv edilməsini və H.Q.Həsənovun barəsində Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxsin səlahiyyətli nümayəndəsi X10 şikayəti müdafiə edərək, “xxxxx” BM baş direktoru X1 barəsində çıxarılmış Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və H.Q.Həsənovun barəsində Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin səlahiyyətli nümayəndəsi X7 şikayət əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıraraq, proses iştirakçılarını dinləyərək hesab edir ki, X5 barəsində qəbul edilmiş inzibati xəta haqqında qərar ləğv edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin MN ******* saylı, xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, X5 tərəfindən vətəndaş X4 əmək və məzuniyyət haqqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilmişdir. Nəticədə X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələbləri pozulmuşdur. İş materiallarında olan inzibati xəta haqqında xx xxx 2020-ci il tarixli, ******* saylı protokolun surətindən görünür ki, X5 tərəfindən vətəndaş X4 əmək və məzuniyyət haqqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilmişdir. Nəticədə X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələbləri pozulmuşdur. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli, 61/K saylı əmrdən çıxarışdan görünür ki, Azf-095 layihəsinin qaynaqçı köməkçisi X3 əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən ARƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) son haqq-hesab ödənilməklə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş X9 tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanlanmış ərizədən görünür ki, ərizə xx.xx.2020-ci il tarixdə tərtib edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin məcəllənin 172.4-cü maddəsinə əsasən İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü məddəsinə əsasən, İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui- istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. Hüquq pozuntusunun tərkibinə daxildir: 1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. 2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. 4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Göründüyü kimi hüquq pozuntusunun obyektiv cəhətlərindən biri hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran hüquqazidd əməllə (hərəkət və ya hərəkətsizlik) onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə görə İnzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Həmin məcəllənin 100.4-cü maddəsinə görə protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə görə bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Məhkəməyə göndərilmiş şikayətin materiallardan görünür ki, “xxxxx” Birgə Müəssisəsinin əməlindəki inzibati xətanın törədilməsi faktı xx.xx.2020-ci il tarixdən hesab edilməli, həmin tarixdən inzibati tənbeh vermə haqqında qərar qəbul edilənədək isə 3 (üç) aydan çox müddət keçmişdir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, inzibati tənbeh vermək haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra qəbul edildiyindən, “xxxxx” Birgə Müəssisəsinin baş direktoru X1 barəsində çıxarılmış Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X1 barəsində Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxxx” Birgə Müəssisəsinin baş direktoru X1 barəsində çıxarılmış Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X1 barəsində Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1246/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1246/2020
18.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver