Məhkəmə qərarları › İş №3(009)-1247/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1247/2020

19.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1247/2020 19.06.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakimi Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Məmmədova Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1987-ci ildə Neftçala rayonunda anadan olmuş, azərabycanlı, Neftçala rayonu, M.Ə.RƏsulzadə küçəsi, 12B saylı evin 18 saylı mənzilində qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu ,N.Yusifbəyli küçəsi, ev 17-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli MN№0633056 seryialı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2020-ci il tarixdə vətəndaş Qurbanova Könül Çərkəz qızına məxsus “Samsunq A3” markalı mobil telefonu Səbail rayonu, Salyan yolu küçəsində yerləşən “Leyla” kafesində oğurlamışdır. Bununla da Şəxs AR İXM-nın 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında ifadəsi alınmış Şəxs özünü inzibati xəta törətməkdə təqsirli bilərək göstərmişdir ki, anasının işlədiyi kafeyə gedərək ondan pul istəmiş, lakin anası ona pul vermədiyi üçün və pula ehtiyacı olduğu üçün Könülün telefonunun götürmüşdür. Telefonu satıb özü maddi ehtiyaclarını ödəmişdir. Telefonu götürəndən sonra anasına dərhal bu barədə məlumat vermişdir. Ziyanı qaytarmamışdır, lakin 3 gün olar ki, ev təmiri ilə bağlı iş götürmüşdür, həmin yerdə işləyib ziyanı ödəyəcəkdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs Qurbanova Könül Çərkəz qızı öz ifadəsində göstərmişdir ki, Şəxs anası onun işlətdiyi kafedə qab yuyan kimi işləyir. Dəfələrlə Vüqar kafeyə gələrək həm anasına, həm ona narahatçılıq yaratmış, pul tələb etmiş, bir dəfə də telefon oğurlamış, lakin o şikayət etməmiş, onda Vüqar telefonu qaytarmışdır. Hazırda Vüqar oğurladığı telefona görə ziyanı ödəməmişdir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs əməlində AR İXM-nın 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbdiq edilməlidir. İş üzrə Səbail RPİ-nin 8-ci Polis Bölməsinin baş təhqiqatçısı Mahir Feyzullayevin xx.xx.2020ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarına əsasən toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş və Qurbanova Könül Çərkəz qızına məxsus əmlakı oğurlamış naməlum şəxsin gələcəkdə yeri müəyyən edildikdə barəsində AR İXM-nın 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün təhqiqat orqanının rəhbərinə təqdim edilməsi qərara alınmışdır. İş üzrə Səbail RPİ-nin 8-ci PB-nin sahə inspektoru Zaur Hacıyevin xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında qərardada əsasən Qurbanova Könül Çərkəz qızına oğlurluq yolu ilə 300 manat maddi ziyan vurmuş naməlum şəxs(lər)in barəsində AR İXM-nın 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə inzibati icraat başlanılmışdır. İş üzrə Şəxs Səbail RPİ-nin 8-ci PB-nə ünvanlandığı xx.xx.2020-ci il tarixli izahatdan görnür ki, Şəxs xx.xx.2020-ci il tarixdə X1 işlədiyi Səbail rayonu, Salyan yolu küçəsində yerləşən, “Leyla” kafesinə getmiş, orada anasına yaxınlaşaraq maddi vəziyyətinin aşağı olduğu üçün 50 manat pul istəmişdir. Anası ona pul vermədiyi üçün, o üzünü çevirib çıxıb gedərkən gözü kafenin içində olan soyuducunun üstünə qyoulmuş mobil telefona sataşmışdır. O həmin telefonu gizlin götürmüş və həmin yerdən uzaqlaşmışdır. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd edilən Məcəllənin 227-ci maddəsiən əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə məhkəmə Şəxs əməlində AR İXM-nın 227-ci maddəsinin tərkibinin olmasını, işin hallarını, vrulmuş maddii ziyanın ödənilməməsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona AR İXM-nın 227-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3, 114- 115-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək barəsində 1(bir) ay müddətində inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən sat 17:30-dan hesablansın. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar