Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1248/2023 07.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, “Yapılar İnşaat Ticarət Limited Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “Yapılar İnşaat Ticarət Limited Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyinin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş 17 iyun 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, “Yapılar İnşaat Ticarət Limited Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyi onun mülkiyyətində (istifadəsində) olan “Hyundai H1” markalı, 10JZ133 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 (beş) gün müddətində verməmişdir. Bununla da, “Yapılar İnşaat Ticarət Limited Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyi barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Yapılar İnşaat Ticarət Limited Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyi və inzibati xəta haqqında protokol tərtib etmiş orqanın hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin tərəflər məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3.-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Yapılar İnşaat Ticarət Limited Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyinin və inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “Yapılar İnşaat Ticarət Limited Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyinin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Səbail RPİ DYPŞ-nin “Yapılar İnşaat Ticarət Limited Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyinə ünvanladığı sorğunun DİN-nin DYPİ-nin portalının çıxarışından görünür ki, onun mülkiyyətində (istifadəsində) olan Hyundai H1 markalı, 10JZ133 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən 14 fevral 2023-cü il tarixdə saat 14:42-də, Bakı-Şamaxı-Xaldan yolu 110.8 km, Xaldan istiqamətində yolda müəyyən edilmiş hərəkət sürətini 16 km/saat həddində aşmasına görə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə məlumat verilməklə, qeyd edilən inzibati xətanı törətmiş sürücü barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbir görülməsi məqsədilə 5 (beş) gün müddətində Səbail RPİ-yə məlumat verilməsi ondan tələb edilmiş və göstərilən müddət ərzində məlumat verilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nin yuxarıda qeyd olunan sorğusu 28 fevral 2023-cü il tarixdə “Yapılar İnşaat Ticarət Limited Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən imzalanmaqla qəbul edilmişdir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 3(009)-1247/2023 saylı 07 iyul 2023-cü il tarixli qərarından görünür ki, “Yapılar İnşaat Ticarət Limited Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyinin balansında olan Hyundai H1 markalı, 10JZ133 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən 14 fevral 2023cü il tarixdə saat 14:42-də, Bakı-Şamaxı-Xaldan yolu 110.8 km, Xaldan istiqamətində yolda müəyyən edilmiş hərəkət sürətini 16 km/saat həddində aşmasına görə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə məlumat verilməklə, qeyd edilən inzibati xətanı törətmiş sürücü barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbir görülməsi məqsədilə 5 (beş) gün müddətində Səbail RPİ-yə məlumat verməməsi ilə bağlı “Yapılar İnşaat Ticarət Limited Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 (beş) gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 53.1.7-ci maddəsinə əsasən ibarəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, “Yapılar İnşaat Ticarət Limited Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyinin balansında olan Hyundai H1 markalı, 10JZ133 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən 14 fevral 2023-cü il tarixdə saat 14:42-də, Bakı-Şamaxı-Xaldan yolu 110.8 km, Xaldan istiqamətində yolda müəyyən edilmiş hərəkət sürətini 16 km/saat həddində aşmasına görə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə məlumat verilməklə, qeyd edilən inzibati xətanı törətmiş sürücü barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbir görülməsi məqsədilə 5 (beş) gün müddətində Səbail RPİ-yə məlumat verməməsi ilə bağlı eyni hadisə ilə əlaqədar Səbail RPİ DYPŞ tərəfindən xx.xx.2023-cü il tarixdə ******* saylı və xx.xx.2023-cü il tarixdə ******* saylı 2 fərqli inzibati xəta haqqında protokollar tərtib edilmiş, xx.xx.2023-cü il tarixli ******* saylı protokol üzrə “Yapılar İnşaat Ticarət Limited Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilmişdir.Bu fakt “Yapılar İnşaat Ticarət Limited Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyinin eyni hadisə ilə bağlı təkrar inzibati məsuliyyətini istisna edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “Yapılar İnşaat Ticarət Limited Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyi barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9, 18, 40, 43, 53, 114-115 və 347-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “Yapılar İnşaat Ticarət Limited Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1248/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1248/2023
07.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver