Məhkəmə qərarları › İş №3(009)-1248/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1248/2024

12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1248/2024 12.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs MMC-nin nümayəndəsi Nümayəndə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 03 may 2024-cü il tarixli 00100-01036/** EP ***8774 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/004915 saylı, xx.xx.2024-cü il tarixli raporta əsasən, İran İslam Respublikasından Şəxs MMC-nin (VÖEN: **********) ünvanına 73E94910/73E95010 nömrəli nəqliyyat vasitəsi ilə, 021110 saylı, 29.01,2024-cü il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********0297 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı bəyan edilmiş malların texniki göstəricilərinin müəyyən edilməsi məqsədilə X1 idarəsinə müraciət olunmuş, həmin İdarədən GM**********71 saylı, xx.xx.2024-cü il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən 021110 saylı, xx.xx.2024-cü il tarixli invoys üzrə idxal olunan 1-ci malın “Polietilen paket 25x35” adlı (CAS9002-88-4) əsaslı, qalınlığı 10.4 mikron (0. 010mm) olan, rəngsiz, şəffaf, üzəri çap olunmamış, düzbucaqlı formalı, qulpsuz torba olduğu məlum olmuşdur. Beləliklə, **********0297 sorğu nömrəli. xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsinin birinci mal mövqeyində bəyan edilmiş “18 mikron qalınlıqda (0.018mm) polietilen əsaslı torbalar (qənd, toz şəkər yığmaq üçün istifadə olunan) Miqdarı-871-12650kq yükünün Azərbaycan Respublikasının Ətraf Mühitin Mühafizəsi haqqında qanununun 46-cı maddəsinin tələblərinə əsasən, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq.çəngəl,qaşıq.bıçaq,boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və.digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağandır. Araşdırma zamanı "X2 Co” MMC-nin səlahiyyətli nümayəndəsinin izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, həmin polietilen əsaslı torbalar İran islam Respublikasındakı fərqli şirkətlərdən alınmışdır. Həmin torbaların hamısı 15 mikronan yuxarıdır. Nümunə qismində götürülmüş torbalar təsadüfi olaraq seçildiyindən götürülmüş torbaların bəziləri 15 mikrondan aşağı olmuşdur. Digər torbaların hamısı 15 mikrondan yuxarı olduğundan, onun iştirakı ilə yenidən həmin mallardan nümunə götürülərək təkrar ekspertizanın keçirilməsini xahiş etmişdir. İş üzrə araşdırma zamanı Şəxs MMC tərəfindən əlavə ekspertizanın keçirilməsi məqsədi ilə 3-33-1100/1-006808/24 saylı, xx.xx.2024-cü il tarixli vəsatətlə Bakı Baş Gömrük idarəsinəmüraciət olunmuş, həmin müraciət əsasında 3- 33-1100/2-001633/2024 nömeəli, xx.xx.2024-cü il tarixli məktubla əlavə ekspertiza keçirilməsi üçün X1 İdarəsinə müraciət edilmişdir, daha sonra X1 İdarəsindən Bakı Baş Gömrük İdarəsinə daxil olmuş GM**********51 saylı ekspert rəyinə əsasən **********0297 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsinin 1-ci mal mövqeyi üzrə bəyan olunan ekspertizaya təqdim olunmuş polietilen torbaların “polietilen paket 25x35 adlı “Banafsheh 25 x 40 cm” nişanlı, qalınlığı 17.1 mikron (0.0171 mm) olan polietilen (CAS 9002-88-4) əsaslı, rəngsiz, şəffaf, üzəri çap olunmamış, düzbucaglı formalı, gulpsuz torba, “polietilen paket 25x35 adlı “RAGA” nişanlı, qalınlığı 11.4 mikron (0.0114 mm) olan polietilen (CAS 9002-88-4) əsaslı, rəngsiz, şəffaf, üzəri çap olunmamış, düzbucaglı formalı, gulpsuz torba, “polietilen paket 25x35 adlı galınlığı 19.8 mikron (0.0198 mm) olam polietilen (CAS 9002-88-4) əsaslı, rəngsiz, şəffaf, üzəri çap olunmamış, düzbucaglı formalı, gulplu torba, “polietilen paket 25x35 adlı, galınlığı 42.4 mikron (0.0424 mm) olam polietilen (CAS 9003-07-0) əsaslı, rəngsiz, şəffaf, üzəri çap olunmamış, düzbucaglı formalı, gulpsuz torba olduğu müəyyən olunmuşdur. İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən Şəxs MMC tərəfindən **********0297 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsinin 1-ci mal mövgeyi üzrə bəyan edilmiş yükün içərisində “polietilen paket 25x35 adlı “RAGA” nişanlı, galınlığı 11.4 mikron (0.0114 mm) olan polietilen (CAS 9002-88-4) əsaslı, rəngsiz, şəffaf, üzəri çap olunmamış, düzbucaglı formalı, gulpsuz torba yükünün 1 yer- 13.9 kg olduğu məlum olmuş və həmin yükün Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli 678-İQ nömrəli Qanunu ilə təsdig edilmiş “Ətraf mühitin mühafizəsi” haggında Qanununun 46-cı maddəsinə əsasən qadağan olunmuş mallar siyahısına aid olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli “Ətraf mühitin mühafizəsi” haqqında 678-İQ nömrəli qanununun 46-cı maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Nəticədə "X2 CO" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi Nümayəndə qaydalarının pozulduğunu etiraf edərək, aşağı tənbeh verilməsini məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki "X2 CO" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş 20 fevral 2024-cü il tarixli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X1 İdarəsinin GM**********71№ ekspert rəyindən görünür ki, "X2 CO" MMC-nin ünvanına 021110 saylı 29.01,2024-cü il tarixli invoysun 1-ci mal mövqeyi üzrə idxal olunan yükdən təqdim edilmiş nümünə “Polietilen paket 25x35” adlı RAGA nişanlı, qalınlığı 10.4 mikron (0. 010 mm) olan, polietilen (CAS 9002-88-4) əsaslı, rəngsiz, şəffaf, üzəri çap olunmamış, düzbucaqlı formalı, qulpsuz torbadır. 2-ci mövqe. “Tor kisələr” adlı eni 2 mm olan, polietilen (CAS 9002-88-4) tərkibli yastı sintetik zolaqlardan tor şəkilli toxunmuş, düzbucaqlı formalı qablaşdırma kisəsi. İş materialına əlavə edilmiş 02 may 2024-cü il tarixli akta əsasən Şəxs MMC tərəfindən **********0297 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsinin 1-ci mal mövgeyi üzrə bəyan edilmiş yükün içərisində “polietilen paket 25x35 adlı “RAGA” nişanlı, galınlığı 11.4 mikron (0.0114 mm) olan polietilen (CAS 9002-88-4) əsaslı, rəngsiz, şəffaf, üzəri çap olunmamış, düzbucaglı formalı, gulpsuz torba yükünün 1 yer- 13.9 kg olduğu məlum olmuş və həmin yükün Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli 678-İQ nömrəli Qanunu ilə təsdig edilmiş “Ətraf mühitin mühafizəsi” haggında Qanununun 46-cı maddəsinə əsasən qadağan olunmuş mallar siyahısına aid olduğu müəyyən edilmişdir. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "X2 CO" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası 08 iyun 1999-cu il tarixli “Ətraf mühitin mühafizəsi haqqında” 678-İQ nömrəli Qanununun 46-cı maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağandır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə – inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Beləliklə, iş materiallarını araşıb məhkəmə hesab edir ki, "X2 CO" MMC tərəfindən Azərbaycan Respublikasını İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, "X2 CO" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117, 275.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə 3000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar