Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1249/2020 22.06.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Abbasova Gülnarə Güləli qızının katibliyi, Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu, Aşağı Yayçı kəndində anadan olmuş, ailəli, orta təhsilli, Naxçıvan MR, Şərur rayonu, Aşağı Yayçı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan MN seriyalı, ******* saylı, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə xüsusi karantin rejim qaydalarının tələblərini pozduğuna görə AR İXM-nin 211.1-ci maddəsi ilə YPXA-nın əməkdaşları tərəfindən protokol tərtib edilən zaman polisin ünvanına təhqiredici və nalayiq küçə söyüşləri söymüş, ona bu barədə irad bildirilsə də, polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləyərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri BPİ-nin Dövlət X6 bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patril xidməti inspektoru, polis baş serjantı X4 izahat verərək, bildirdi ki, o, xx xxxx 2020-ci il tarixdə, Badamdar qəsəbəsindəki stasionar postda xidmətdə olarlən təxminən saat 12.00 radələrində, **-BS-*** dövlət qeydiyyat nişanlı yük maşını tərəfindən saxlanıldı, yoxlama zamanı məlum oldu ki, sürücü Şəxs karantin qaydalarını pozaraq, evdən SMS-siz çıxmışdır. Sürücüyə AR İXM-nin 211-ci maddəsi ilə inzibati protokol tərtib olundu. O, sürücüyə protokol təqdim etdiyi zaman sürücü Şəxs polisin ünvanına təhqiredici və nalayiq küçə söyüşləri söydü. Ona bu barədə irad bildirilsə də, polisin qanuni tələbinə tabe olmadı. Bu səbəbdən həmin şəxs 41-ci Polis Bölmnəsinə aparıldı. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edərək bildirdi ki, o, xx xxxx 2020-ci il tarixdə, evdən SMS-siz çıxmış və idarə etdiyi **-BS-*** dövlət qeydiyyat nişanlı yük maşını polis tərəfindən saxlanıldıqda, karantin rejimi qaydalarını pozduğu üçün barəsəində inzibati protokol tərtib edilmişdir. O, şəkər xəstəsi olduğundan, əsəbiləşmiş və özünü saxlaya bilməyərək, polisin ünvanına nalayiq sözlər demişdir. O, əməlindən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1 maddələrinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən haldır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Həsənov X1 Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilib, ona cərimə növündə inzibati tənbeh təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №3(009)-1249/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1249/2020
22.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver