Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-125/2022 26.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi ilə, “X4 X2 Sanayi iç və dış Ticaret Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “X4 X2 Sanayi iç və dış Ticaret Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 07 yanvar 2022-ci il tarixli 00100-0031/22 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən 01.12.2021-ci il tarixdə “X4 X2 Sanayi iç və dış Ticaret Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Filialı **********9291 sorğu nömrəli gömrük bəyənnaməsində Türkiyə Respublikasından 61K11845/78BF576 qeydiyyat nişanlı avtomaşının idxal etdiyi malların XİF MN kodunu düzgün bəyan etməyərək ümumilikdə 6908,38 manat gömrük ödənişlərindən yayınmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinə və “X4 X2 Sanayi iç və dış Ticaret Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Filialına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin və “X4 X2 Sanayi iç və dış Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının nümayəndələri məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin və “X4 X2 Sanayi iç və dış Ticaret Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Filialının nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “X4 X2 Sanayi iç və dış Ticaret Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş İpək yolu gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raporta əsasən idxalatçı “X4 X2 Sanayi iç və dış Ticaret Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Filialının (**********) ünvanına 61K11845/78BF576 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş və **********9291 saylı Gb ilə bəyan olunmuş yükə gömrük yoxlaması həyata keçirən zaman GİB**********002 saylı 25.11.2021 -ci il tarixli invoysun 42-54 -cü mövqeləri üzrə idxal olunmuş malın kodu şübhə yaratdığından, X1 İdarəsinə müraciət olunmuşdur. GB-nin 12-ci mal mövqeyində ‘Alüminium içi boş profillər” yükü ********** kodu altında bəyan edildiyi halda, X1 İdarəsinin 2200-013/003-25/006823 saylı 22.12.2021 tarixli cavab rəyinə əsasən GİB**********002 nömrəli invoysun 47-49, 50, 51, 52, 54-cü mövqeləri üzrə alminiumdan metal konstruksiyalar yükünə 7610 90 900 0 kod , 42-46, 53-cü mövqeləri üzrəsoyuq çəkmədən sonra başqa emala məruz qalmamış alüminium ərintisindən profillər yükünə ********** kodu verilmişdir. İnzibati xəta haqqında protokola əsasən **********9291 sorğu nömrəli 01,12.2021-ci il tarixli gömrük bəyannaməsinin 12-ci mal lövqevi ilə 4112 kq “Alüminium içi bos profillər” kimi bəyan edilmiş yükün XİF MN üzrə kodunun 30421 0009 deyil, X3 İdarəsindən daxil olmuş 2200-013/003-25/006823 aylı 22.12.2021-ci il tarixli cavab rəyinə əsasən GİB**********002 nömrəli invovsun 47-49, 50, 1, 52, 54-cü mövqeləri üzrə alminiumdan metal konstruksiyalar yükü 7610 90 900 0 kod, 42-46, 3-cü mal mövqeləri üzrə soyuq çəkmədən sonra başqa emala məruz qalmamış alüminium rintisindən profillər yükü ********** kod altında bəyan edildiyi təqdirdə “X4 X2 Sanayi iç və dış Ticaret Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən ödənilməli olan əlavə ömrük ödənişlərinin məbləği barədə Əməliyyat və Təhqiqat İdarəsinin təhqiqat şöbəsinə məlumat erilməsi üçün Gömrük Əməliyyatları İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinə 4/013/033343 saylı 27.12.2021-ci il tarixli raportla sorğu verilmiş, adı qevd olunan şöbədən daxil İmus 34/012/000149 səvlı 05.01,2022-ci il tarixli cavab raportuna əsasən **********9291 sorğu ömrəli 01,12.2021-ci il tarixli gömrük bəyannaməsinin bəvan edilmiş yüklərin XİF MN üzrə ********* saylı kod altında sinifləsdirildivi təqdirdə “X4 X2 Sanayi iç və dış Ticaret Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği: ********** kodu üçün idxal və ədv gömrük rüsumu üzrə 6908.38 azn təşkil edir. Həmçinin müəyyən edilmişdir ki, “X4 X2 Sanayi iç və dış Ticaret Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Azərbaycan Respublikasına idxal edilən, MGEİ-nin qeyd edilən gömrük ekspertizası rəyinə əsasən XİF MN 7610 90900 0 və 7604 29 900 9 kodu altında sinifləşdirilən alminiumdan metal konstruksiyalar və soyuq çəkmədən sonra başqa emala məruz qalmamış alminium ərintisindən profillər **********291 sorğu nömrəli 01.12.2021-ci il tarixli gömrük bəyənnaməsinin 12-ci mal mövqeyində qeyd olunan “Alminium içi boş profillər”in təsvirinə uyğun gəlib gəlməməsi öyrənmək üçün X1 İdarəsinə 1400-013/006- 25/009352 saylı 27.12.2021-ci il tarixli məktubla müraciət edilmiş, adı qeyd edilən idarədən daxil olmuş cavab məktubunda malların eynilik təşkil etdiyi və invoysda göstərilən mallarla eynilik təşkil etdiyi qeyd edilmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X4 X2 Sanayi iç və dış Ticaret Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, “X4 X2 Sanayi iç və dış Ticaret Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Filialına tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “X4 X2 Sanayi iç və dış Ticaret Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin 6908,38 manat məbləğinin yetmiş faizi məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 55, 114-115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X4 X2 Sanayi iç və dış Ticaret Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ödənilməli olan 6908,38 (altı min doqquz yüz səkkiz manat otuz səkkiz qəpik) manat gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş faizi) məbləğdə, yəni 4836 ( dörd min səkkiz yüz otuz altı) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-125/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-125/2022
26.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver