Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-125/2024 24.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş "xxxx" MMC-nin nümayəndəsi X2, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin təhqiqatçısı X4 iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 28 dekabr 2023-cü il tarixli, 00100/02986 saylı inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarının ləğv edilməsi barədə "xxxx" MMC-nin direktoru X1 şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin rəis müavini X6 tərəfindən 00100-03354/23 nömrəli inzibati xəta haqqında iş materialları üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş 00100/02986 saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" Məhdud Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirləndirilərək barəsində Bakı şəhər Baş Gömrük İdarəsində inzibati icraat başlanılmışdır. xx.xx.2023-cü il tarixində isə 00100/02986 saylı inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilərək inzibati icraata xitam verilmişdir. İnzibati İcraata xitam verilərkən vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar ilk dəfə bu xəta törədildiyi üçün mövcud qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki; “İs materiallarına əlavə edilmiş mallara dair tərtib edilmiş ixrac bəyannaməsindən və Rəsmiləşdirmə Mərkəzindən daxil olmus 3-33-/3-1-035854/2023 savlı xx.xx.2023-cü il tarixli raportda görünür ki. "xxxx" MMC tərəfindən idxal edilmiş ümumi çəkisi 22440 kq olan özüvapışan kağızlar yükünün dəvəri ixrac bəyannaməsində 56100,00 ABS dolları göstərilmiş, nəticədə **********2841 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi üzrə əlavə yaranacaq gömrük ödənişlərinin məbləği idxal gömrük rüsmu üzrə 5514.12 manat ƏDV üzrə 7609.49 manat olmaqla ümumilikdə 13123.61 manat təşkil etmişdir. Beləliklə də, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC **********2841 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi üzrə ümumilikdə 13123.61 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır, Bununla da. "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Qeyd edir ki, tərəflərindən sözügedən xəta törədilməmişdir. Belə ki, "xxxx" MMC tərəfindən **********2841 nömrəli xx.xx.2023-cü il tarixli invoys sənədi ilə ölkəyə idxal edilmiş, ümumi çəkisi 22.440,00 kq olan “reklam və etiket özüyapışan (Slit Back) yükü Çin Respublikasının “PRİNT AND PAPER PTE LİMİTED” şirkətindən invoys sənədi əsasında 34.476,00 ABŞ dolları məbləğində ödəniş həyata keçirilməklə satın alınmışdır. Məhsulun gömrüyə bəyan etmək üçün Bakı Baş Gömrük İdarəsinə məlumat verilmişdir. Bakı Baş Gömrük İdarəsi sənədləri 34.476,00 ABŞ, bütün invoys və müqavilələrdə olduğu məbləğ kimi nəzərə alsa da bu məbləği sonradan ixrac bəyannaməsində zavodun yanlış yazdığı 56.100,00 ABŞ dollar məbləği ilə dəyişdirilməsini tələb etmişdir. Həmin ixrac bəyannaməsinə əsasən texniki səhv etdiyi, zavod tərəfindən Bakı Baş Gömrük İdarəsinin aİiyyə şöbəsinin əməkdaşları bu məsələni süründürməçilik mövqeyinə gətirib və təhqiqat bölməsinə yönləndirmişdir. Nəticədə 15 (on beş) gün avtomobil yük maşını gözlüyüb və 1500 ABŞ dollar cərimə, 500 ABŞ dollar əlavə xərclər yaranmışdır. Qeyd edək ki, bundan da əlavə olaraq Bakı Baş Gömrük İdarəsinin əməkdaşları bildirmişdilər ki, məhsul heç bir şey nəzərə alınmadan 56.100,00 ABŞ dollar olaraq hesablanıb vergisi, gömrük rüsumları tələb olunur. Biz isə bunun yanlış olduğunu bildirib, dəfələrlə daha öncə də eyni şirkət və digər şirkətlərimizin adından bu məhsulu eyni qiymətə Azərbaycana idxal etmişlər. Əlavə tələb olunan gömrük və vergi haqqı yanlış hesablanılmışdır və biz il sonu olduğu üçün məhsulları bəlli şirkətlərlə müqavilə bağladıqlarına görə müştəriyə çatdırmağa məcbur olduqları üçün bu məhsulların əlavə gömrük dəyəri hesablanmasına əsasən ödəniş etmiş və ərizə ilə də həmin orqana yazılı şəkildə bildirmişlər ki, bu mövzunu yaxın günlərdə məhkəmə orqanlarında mübahisələndirəcəklər. Göstərilənlərə əsasən Bakı şəhəri Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli, 00100/02986 saylı inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın ləğv edilməsi və "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təqsirsiz hesab edilib barəsində aparılan inzibati icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş "xxxx" MMC-nin nümayəndəsi X5 şikayəti müdafiə edərək göstərmişdir ki, "xxxx" şirkəti kağız idxalı və istehsalı ilə məşğul olur. Belə ki, məhsulun Çin ixrac bəyannaməsində texniki yanlışlıq olmuşdur. Zavod sonradan bu yanlışlığı düzəltmiş, bəyannamədə texniki yanlışlıq olması barədə gömrük orqanına məktub ünvanlanmışdır. Lakin gömrük orqanı qeyd edilən məktubu nəzərə almamışdır. Bundan əlavə, gömrük orqanı heç bir laboratoriya, ekspertiza təyin etmədən, yalnız şifahi şəkildə mallara baxış keçirmişdir. Hesab edir ki, gömrük orqanın bu hərəkətləri süni süründürməçilikdir. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin təhqiqatçısı X7 şikayətə etiraz edərək bildirmişdir ki, Rəsmiləşdirmə Mərkəzindən idarəyə raport daxil olmuş, Çin Xalq Respublikasından idxal edilən eyni mala dair invoys sənədində malların dəyəri 34000 manat, həmin mallara dair ixrac bəyənnaməsində isə malların dəyəri 51000 manat göstərilmişdir. Zavod sonradan texniki səhvlə bağlı gömrük orqanına müraciət etsə də, Rəsmiləşdirmə Mərkəzi texniki səhvi nəzərə almamış, malın dəyərini 51000 manat hesab etmişdir. Yaranmış 17.000 manata yaxın məbləğ şirkət tərəfindən ödənildiyindən icraata xitam verilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin rəis müavini X6 tərəfindən 00100-03354/23 nömrəli inzibati xəta haqqında iş materialları üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş 00100/0986 saylı qərarına əsasən ilk dəfə Azərbaycan Respublikası İnzibati Xətalara Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs "xxxx" MMC barəsində 00100-03354/23 nömrəli iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin qeyd hissəsinin 2-ci bəndi və İXM 53.1.10-cu maddəsinə əsasən xitam verilmişdir. Qərardan verilmiş şikayət əsassız olduğundan təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 00100/0986 saylı qərarından görünür ki, ilk dəfə Azərbaycan Respublikası İnzibati Xətalara Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs "xxxx" MMC barəsində 00100-03354/23 nömrəli iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin qeyd hissəsinin 2-ci bəndi və İXM 53.1.10-cu maddəsinə əsasən xitam verilmişdir. Beləliklə, məhkəmə "xxxx" MMC-nin şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023cü il tarixli, 00100/0986 saylı inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Həmçinin məhkəmə iclasında iştirak edən MMC-nin nümayəndəsi qeyd edilən qərarın ləğvi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Şikayətçinin həm şikayətində, həm də məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 00100/0986 saylı inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan "xxxx" MMC-nin direktoru X1 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 00100/0986 saylı inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-125/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-125/2024
24.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver