Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1250/2021 25.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ASC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs ASC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 29 may 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Səbail RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş 29 may 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ASC onun mülkiyyətində (istifadəsində) olan “X15 Rover minik” markalı, **-YY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, Şəxs ASC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi X2 RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş 29 may 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs ASC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən qanuni tədbirlər görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ASC-nin nümayəndəsi X4 inzibati xəta haqqında protokola etiraz edərək göstərmişdir ki, Şəxs ASC-nin mülkiyyətində olan **-YY-*** dövlət qeydiyyat nişanlı, “X15 Rover” minik markalı nəqliyyat vasitəsinin kim tərəfindən idarə olunması barədə Bakı şəhəri Səbail rayon Polis İdarəsi tərəfindən Şəxs ASC-yə müraciət ünvanlansa da, həmin müraciətin kim tərəfindən qəbul edilməsini əks etdirən sənəd iş materiallarına əlavə olunmamışdır. Aidiyyəti qurum tərəfindən xəbəmaməyə istinad edilsə də, xəbəmamənin yalnız üz qabığı əlavə edilmiş, lakin xəbəmamənin kim tərəfindən qəbul edilməsini özündə əks etdirən arxa hissəsi əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Eyni zamanda 26.05.2021-ci il tarixli, 124nömrəli müraciət məktubunun həqiqətən də Bakı şəhəri Səbail rayon Polis İdarəsi tərəfindən tərtib olunması öz əksini tapmır. Belə ki, müraciət məktubunun Səbail RPİ DYPŞ-nin İTU inspektoru, polus baş-lntı Rəşad Əliyev tərəfindən imzalanması öz əksini tapsa da, müraciət məktubu Bakı şəhəri Səbail rayon Polis İdarəsinin blankmda tərtib olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 27.09.2003-cü il tarixli 935 nömrəli fərmanı ilə təsdiq edilmiş ‘‘Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” Təlimatın 24-cü bəndinə əsasən sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir. Həmin təlimatın 32-ci bəndinə əsasən əgər sənəd təşkilatın blankmda tərtib edilməmişdirsə, ona möhür vurulmalıdır. Hazırki iş üzrə Bakı şəhəri Səbail RPİ tərəfindən Şəxs ASC-yə müraciət ünvanlanmış məktub rəsmi blankda olmamaqla bərabər, imzalayan şəxs tərəfindən möhürlənməmişdir. Bu isə iş materiallarına əlavə edilmiş müraciətin həqiqiliyini şübhə altına alır. Digər tərəfdən Bakı şəhəri Səbail rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş 26.05.2021- ci il tarixli, 124 №-li məktubda inzibati icraatla bağlı işin araşdırılması üçün səlahiyyətli nümayəndənin 31.05.2021-ci il tarixindək yaxınlaşması qeyd olunsa da, göstərilən tarix nəzərə alınmadan 29.05.2021-ci il tarixində İXP ******* saylı İnzibati Xəta haqqında protokol tərtib edilmişdir. Nəticə etibarı ilə araşdırılma yekunlaşmadan iş üzrə artıq protocol tərtib olunmuş və sonradan baxılması üçün məhkəməyə göndərilmişdir. X6 Məcəlləsinin 101.3 və 102.5-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 101.3-cü maddəsinə əsasən inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Həmin Məcəllənin 102.5-ci maddəsinə əsasən inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. Nəzərə alsaq ki, hazırki iş üzrə inzibati araşdırılma aparılmışsa bu zaman hüquqi şəxsin nümayəndəsinin iştirakı, dinlənilmə hüququ təmin edilməli, izahatı alınmalı, hüquqları və vəzifələri izah edilməli, protokolun məzmunu barəsində öz müalahizələrini təqdim etmək, habelə protokolu imzalamaq, imzalamaqdan imtina etmək səbəbləri göstərmək kimi hüquqları təmin edilməli idi. Lakin bunların heç bir təmin edilməmişdir. Nəticədə Şəxs ASC-nin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİİ hissəsində nəzərdə tutulan tələblər, habelə İXM-nin 100.1, 100.1.7, 100.2 və 100.4-cü maddəsinin tələbləri pozulmuşdur. Qeyd etmək zəruridir ki, Şəxs ASC tərəfindən 22.06.2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinə 02/1140 №-li məktub ünvanlanaraq Şəxs ASC-nin mülkiyyətində olan nəqliyyat vasitələrinin hansı şəxslər tərəfindən idarə olunması barədə rəsmi məlumat verilmişdir. Bu məlumata əsasən bildiririk ki, Şəxs ASC-nin mülkiyyətində olan **-YY-*** dövlət qeydiyyat nişanlı, “X15 Rover” minik markalı nəqliyyat vasitəsinin kim tərəfindən idarə olunması barədə həm Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində, həm də Səbail RPİ-də məlumat mövcud olmuşdur. Belə olan halda də Səbail RPİ tərəfindən yenidən məlumat tələb edilməsi və bunun vaxtında verilməməsi əsasında Şəxs ASC-nin barəsində protokolun tərtib edilməsi əsassızdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs ASC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Səbail RPİ-nin Şəxs ASC-yə ünvanladığı sorğunun DİNnin DYPİ-nin portalının çıxarışından görünür ki, cəmiyyətə onun mülkiyyətində (istifadəsində) olan “X15 Rover minik” markalı, **-YY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən 01.05.2021-ci il tarixdə saat 13:38-də Bakı şəhəri Zorge-Xəqani küçəsinin kəsişməsində yol nişanlarının tələblərinə riayət edilmədiyindən Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə məlumat verilməklə, qeyd edilən inzibati xətanı törətmiş sürücü barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbir görülməsi məqsədilə 5 gün müddətində Səbail RPİ-yə məlumat verilməsi ondan tələb edilmiş və göstərilən müddət ərzində məlumat verilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nin yuxarıda qeyd olunan sorğusu 16 may 2021-ci il tarixdə Şəxs ASC-nin məsul şəxsi (Məmmədova) tərəfindən imzalanmaqla qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs ASC tərəfindən Baş X16i İdarəsinə ünvanlanmış 12.06.2020-ci il tarixli sürücülər barədə məlumatdan görünür ki, “X15 Rover minik” markalı, **- YY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X7 (ABN 450931) və X5 (AF 013148) qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Courier Service MMC-yə məxsus surətli poçt xidmətinin qaiməsindən görünür ki, Şəxs ASC tərəfindən Baş X16i İdarəsinə 16.06.2020-ci il tarixdəməktub göndərilmiş və həmin məktub Baş X16i İdarəsinin nümayəndəsi tərəfindən 16.06.2020-ci il tarixdə qəbul edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs ASC mülkiyyətində (istifadəsində) olan nəqliyyat vasitəsinin sürücüsünün Azərbaycan Respublikasının İXM-nin 327.1-ci-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti üzrə qərar qəbul edilməsi üçün həmin avtomobilin sürücüsü barədə məlumat əldə etmək məqsədi ilə Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-si tərəfindən Şəxs ASC-nin rəhbərliyinə sorğu göndərilmiş və həmin sorğu 16 may 2021-ci il tarixdə Cəmiyyətin məsul şəxsi (Məmmədova) tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Qeyd edilən sorğuda məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq inzibati xəta törətmiş sürücü bərəsində məlumat cəmiyyət tərəfindən nə Səbail RPİ-nə, nə də ki, məlumatın vaxtında verilməsinə dair təsdiqedici sənədlər məhkəməyə təqdim edilməmişdir. Bununla da, Şəxs ASC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Şəxs ASC-nin rəhbərliyinə 16 may 2021-ci il tarixdə sorğu göndərilsə də, məhkəmə iclasında iştirak edən nümayəndə tərəfindən 2020-ci il üçün sorğuya cavab məktubu sübut kimi təqdim edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqişəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115 və 347-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs ASC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1250/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1250/2021
25.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver