Məhkəmə qərarları › İş №3(009)-1251/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1251/2024

21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1251/2024 21.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41ci Polis Bölməsinin sahə inspektoru X9, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, "xxxx" MMC-də direktor vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş 21 may 2024cü il tarixli, MN ******* inzibati xəta haqqında protokolu və onlara əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhər Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin sahə inspektoru X11 inzibati xəta haqqında protokolları müdafiə edərək göstərmişdir ki, Şəxs 2024-cü ilin aprel ayında müxtəlif vaxtlarda X1 işlətdiyi Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 3/5 ünvanında yerləşən “Araz Supermarket”-dən 02 ədəd 01 kiloqramlıq “westgold” kərəyağı, X3 məxsus şəxsiyyət vəsiqəsi, içərisində 61 manat 50 qəpik, övladlarına məxsus şəxsiyyət vəsiqələri olan pul kisəsi, X6 məxsus “Hyundai” markalı avtomobilin yan güzgüsünü oğurlamışdır. Halhazırda Şəxs zərərçəkmiş şəxslərə dəymiş maddi zərəri tam ödəmişdir və onlardan heç birinin Şəxs barəsində şikayət və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, əməlindən peşmandır, zərərçəkmiş şəxslərlə barışmasını, dəymiş zərəri ödəməsini və ona qarşı şikayət və tələblərinin olmamasını nəzərə alaraq məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 izahatında bildirmişdir ki, Şəxs dəymiş ziyanı ödəməsini, barışmalarını və ona qarşı heç bir şikayət və tələbinin olmamağını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş məhkəmə iclasında iştirak etməyən zərərçəkmiş şəxslər X8 və X10 məhkəməyə ərizə təqdim edərək bildirmişdirlər ki, Şəxs tərəfindən onlara dəymiş ziyan tam şəkildə ödənildiyi üçün barışmışlar və şəxs barəsində heç bir şikayət və tələbləri yoxdur. Bu səbəbdən məhkəmə prosesinin iştirakları olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından olan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin təhqiqatçısı Xətai Nəsirov tərəfindən qəbul edilmiş qərarla X1 müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. 17 aprel 2024-cü il tarixli qərarla X5 müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. 20 aprel 2024-cü il tarixli qərarla X2 şikayət ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir 20 may 2024-cü il tarixli BB 005553 saylı protokola əsasən Şəxs 20 may 2024-cü il tarixdə inzibati qaydada tutulmuşdur. 18 aprel 2024-cü il tarixli qərardadla X6 qarşı törədilmiş xırda talama hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan qaydada inzibati icraat açılmışdır. 20 aprel 2024-cü il tarixli qərardadla X3 qarşı törədilmiş xırda talama hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan qaydada inzibati icraat açılmışdır. 21 may 2024-cü il tarixli qərardadla X4 qarşı törədilmiş xırda talama hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan qaydada inzibati icraat açılmışdır. 21 may 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs vətəndaş X1 işlətdiyi Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 3/5 ünvanında yerləşən “Araz Supermarket”-dən 02 ədəd 01 (bir) kiloqramlıq “westgold” kərəyağı oğurlayaraq inzibati xəta törətmişdir. 21 may 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə vətəndaş X6 məxsus “Hyundai” markalı avtomobilin yan güzgüsünü oğurlayaraq inzibati xəta törətmişdir. 21 may 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə X3 məxsus şəxsiyyət vəsiqəsi, içərisində 61 manat 50 qəpik (altmış bir manat əlli qəpik), övladlarına məxsus şəxsiyyət vəsiqələri olan pul kisəsini oğurlayaraq inzibati xəta törətmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər X7, X10 və X2 ərizələrindən görünür ki, onlara dəymiş ziyan tamamilə ödənilmişdir, Şəxs ilə barışmışdırlar, ona qarşı şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə görə bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 114-115, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar