Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1251/2025 08.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ seriyalı 10036038 nömrəli inzibati tənbehvermə haqqında qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ seriyalı 10036038 nömrəli inzibati tənbehvermə haqqında qərarından verdiyi şikayət baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)-1606/2025 saylı qərardadı ilə X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin EQ seriyalı 10036038 nömrəli, 30 may 2022-ci il tarixli qərarından şikayəti və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(074)-170/2025 saylı qərardadı ilə X1 Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2022-ci il tarixli, EQ 10036038 nömrəli İnzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə olunmuş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, iş materiallarında olan şikayətdən görünür ki, hadisə Bakı istiqaməti, “Gəlin Qaya” restoranının yaxınlığında baş vermişdir. Halbuki həmin ərazi Bakı şəhəri Səbail rayonunun inzibati ərazisinə aid deyil. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, Bakı-Şamaxı yolu, Bakı istiqamətində “Gəlin Qaya” restoranının yaxınlığı Bakı şəhəri Binəqədi rayonunun inzibati ərazisinə aiddir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-2780/2024 saylı qərarından görünür ki, hazırkı material üzrə inzibati tənbeh vermə haqqında qərara əsasən inzibati xəta hadisəsi “Bakı ist.” ünvanında törədilmişdir. Eləcə də, iş materiallarına əsasən müəyyən edilir ki, inzibati xətanı qeydə alan texniki vasitənin (kameranın) nömrəsi 2254, yerləşdiyi ünvan isə “NTS8-Bakı-Şamaxı yolu, Gəlin Qaya restoranının qarşısı, Bakı” kimi qeyd olunmuşdur. Lakin məhkəmə tərəfindən həmin ünvanın konkret olaraq hansı rayonda yerləşdiyini təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir. Belə olan halda inzibati xəta haqqında materiala hansı məhkəmə tərəfindən baxılmalı olmasını iş materiallarına əsasən müəyyən etmək mümkün deyildir. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair qəbul edilmiş 06 noyabr 2022-ci il tarixli, EQ 12052989 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə dair material inzibati xətanın törədilmə yerinin müəyyən edilməsi məqsədilə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ‘Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair ” 04 noyabr 2020-ci il tarixil qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və ya onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir Lakin Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(074)-170/2025 saylı qərardadı ilə işə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərmişdir. Göründüyü kimi işin məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsində fikir ayrılığı yaranır. Yuxarıda qeyd edilən hallara Şamaxı Rayon Məhkəməsinin qərardadında qiymət verilmədiyindən, məhkəmənin qərarındakı həmin mövqe ilə razılaşmaq olmaz. Buna görə də həmin hallar fikir ayrılığının yaranmasına səbəb olur. Bu fikir ayrılığı qərarın qanuniliyinə və əsaslılığına hüquqi qiymət vermə kimi qəbul edilə bilməz. Yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apellyasiya məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110, 129.1.3-cü maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Şamaxı Rayon Məhkəməsindən daxil olmuş X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ seriyalı 10036038 nömrəli inzibati tənbehvermə haqqında qərarından verdiyi şikayətə baxılmasının ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1251/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1251/2025
08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver