Məhkəmə qərarları › İş №3(009)-1252/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1252/2022

24.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1252/2022 24.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, “X3” MMC-nin nümayəndəsi X7, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X4 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin inzibati tənbehvermə haqqında 08 iyul 2022-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 08 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, “X3” MMC-nin Baş direktoru kimi Azərbaycan Respublikasının qanunvericiliyinin, xüsusilə miqrasiya məcəlləsinin tələblərini yaxşı bilən və əməl edən vətəndaşdır. Belə ki, Türkiyə Respublikasının vətəndaşı, X6 Universitetinin “Tibb” fakültəsini bitirən xx.xx.1990-cı il təvəllüdlü Armağan Mustafa Azərbaycan Respublikasında haqqı ödənilməklə əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsi alınmış və xx.xx.2021ci il tarixindən etibarən “X3” MMC-də ortoped vəzifəsində çalışmışdır. Lakin, tərəfindən xx.xx.2022-ci il tarixdə Armağan Mustafanın ərizəsi əsasında onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 133 nömrəli əmr imzalanmışdır. Aşağıdakı səbəblərdən dolayı barəsində tərtib olunan MN ******* nömrəli protokol əsassızdır və onun əsasında çıxarılmış qərar ləğv olunmalıdır:

1. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 71-ci maddəsinin birinci bəndinə əsasən Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslə işəgötürən arasında bağlanılmış əmək müqaviləsi vaxtından əvvəl pozulduqda, işəgötürən bu barədə 5 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir, Buna uyğun olaraq Armağan Mustafa ilə bağlanılmış 4059FFƏ000100 nömrəli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmiş və 31 may 2022-ci ildə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə bununla bağlı rəsmi müraciət olunmuşdur və bu müraciəti Miqrasiya Məcəlləsinin 71-ci maddəsinin tələblərinə uyğun olaraq göstərilən müddəti ötürməməklə, yəni 5-ci iş günündə edildiyi üçün heç bir qanun pozuntusuna yol verilməmişdir.

2. Həmçinin DMX-nin Miqrasiya Nəzarəti Baş İdarəsinin Qanunsuz miqrasiya hallarının aradan qaldırılması idarəsinin Miqrasiya rejiminə nəzarət şöbəsinin rəisi kiçik miqrasiya xidməti müşaviri Rüfət İbrahimov tərəfindən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli protokol və inzibati xəta haqqında işin baxılmağa hazırlanması haqqında qərardad tərtib olunmuş və işin baxılması xx.xx.2022-ci il tarixə təyin olunmuş, lakin bizə inzibati xəta haqqında işin baxılmağa hazırlanması haqqında məktub göndərilsə də, məktub tərəfimizdən elə xx.xx.2022-ci il tarixdə alındığı üçün iştirak edə bilməmişlər. İştirak etməməkləri üzrlü səbəbdən olduğu halda, Dövlət Miqrasiya Xidmətinin müvafiq vəzifəli şəxsi prosessual pozuntuya yol verərək, iştirakı olmadan işə baxmış və inzibati tənbehvermə haqqında qərar çəxarmışdır, hansı ki, İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılmalıdır. Barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilərkən onun iştirakı təmin olunmadığı üçün İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hüquqları kobud şəkildə pozulmuşdur. Qeyd olunanlara əsasən X2 inzibati məsuliyyətə cəlb olunmağım barədə Azərbaycan Respublikası DMX-nin Miqrasiya Nəzarəti Baş İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* nömrəli protokolun etibarsız hesab edilməsi və onun əsasında çıxarılmış inzibati xəta haqqında iş üzrə qərarının ləğv olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X9 şikayətə etiraz edərək inzibati tənbehvermə haqqında 08 iyul 2022-ci il tarixli, MN ******* saylı qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən “X3” MMC-nin nümayəndəsi X10 şikayəti müdafiə edərək inzibati tənbehvermə haqqında 08 iyul 2022-ci il tarixli, MN ******* saylı qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 08 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərar ləğv edilməli və iş baxılması üçün yenidən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə göndərilməlidir. Belə ki, iş materiallarında olan 28 iyun 2022-ci il tarixli, MN ******* nömrəli “İnzibati xəta haqqında” protokolun surətinə əsasən Armagan Mustafa ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verildiyi, bu barədə 5 iş günü müddətinə işəgötürən tərəfindən DMX-ya məlumat verilmədiyi aşkar edilmişdir. X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 578.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan 08 iyul 2022-ci il tarixli, MN ******* nömrəli “İnzibati tənbehvermə haqqında” qərarın surətinə əsasən Armagan Mustafa ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verildiyi, bu barədə 5 iş günü müddətinə işəgötürən tərəfindən DMX-ya məlumat verilməmişdir. X1 Azərbaycan Respublikası İXM-nin 578.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi görə barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 9/QD nömrəli qərardada əsasən X8 barəsində inzibati xəta haqqında işə baxılması xx.xx.2022-ci il tarixə təyin edilməsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və nümyəndəsinin işə baxılmasında iştirakının təmin edilməsi üçün dəvət olunması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş ******* nömrəli iş icazəsinə əsasən Türkiyə Respublikası vətəndaşı Armagan Mustafaya 02 sentyabr 2021-ci il tarixdə müvafiq iş icazəsi verilmiş və icazənin etibarlılıq müddəti xx.xx.2022-ci il tarixədəkdir. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 133 nömrəli əmrin surətinə əsasən Armagan Mustafa ilə bağlanmış 4059FFO000100 nömrəli əmək müqaviləsinə AR ƏM 68.2-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş 31 may 2022-ci il tarixli, 208 nömrəli Azərbaycan Respublikasının Miqrasiya Xidmətinə ünvanlanmış məktubuna əsasən Armagan Mustafanın ərizəsi əsasında onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. AR Miqrasiya Məcəlləsinin 71.5-ci maddəsinə əsasən DMX tərəfindən xx.xx.2021-ci il tarixli iş icazəsi əsasında fəaliyyət göstərən Armagan Mustafanın əmək müqaviləsinin vaxtından əvvəl pozulması diqqətə çatırılmışdır. Həmçinin iş materiallarına əlavə edilmiş Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş 9/QD nömrəli qərardadın və inzibati xəta haqqında protokolun göndərildiyi məktubun zərfindən müəyyən olunur ki, sözügedən sənədlər xx.xx.2022-ci il tarixdə X5 çatmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Armagan Mustafa ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verildiyi, bu barədə 5 iş günü müddətinə işəgötürən tərəfindən DMX-ya məlumat verilmədiyinə görə X8 Azərbaycan Respublikası İXMnin 578.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi görə barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, aparılan inzibati iş üzrə icraat zamanı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş 9/QD nömrəli qərardadın və inzibati xəta haqqında protokol xx.xx.2022-ci il tarixdə X5 çatmışdır. Belə olan halda isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işə baxılması yeri və müddəti vaxtında bildirilməmiş, işin baxılmasında iştirak etməsi məhdudlaşmışdır. İXM 61-ci maddəsində nəzərdə tutulan hüquqları pozulmuşdur. Göstərilən səbəbdən də, mübahisələndirilən qərar qanunvericiliyin tələbi pozulmaqla qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin X2 və ya nümayəndəsinin iştirakı ilə yenidən əsaslı qərar qəbul olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə qeyd edir ki, tərtib edilmiş inzibati tənbehvermə haqqında qərar barəsində inzibati iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan qəbul edilmiş, bu səbəbdən barəsində inzibati iş üzrə icraat aparılan şəxsin Miqrasiya Məcəlləsinin 71-ci maddəsinə əsasən 5 iş günü müddətində Dövlət Miqrasiya Xidmətinə məlumat verilməsi barədə qeyd etdiyi hallar araşdırılmamış və beləliklə də inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbləri səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən 08 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən halların tam araşdırılmaması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması kimi qiymətləndirilməlidir. İXM-nin 578.5-ci maddəsinə əsasən əcnəbi və ya vətəndaşlığı olmayan şəxslə işəgötürən arasında bağlanılmış əmək müqaviləsi vaxtından əvvəl pozulduqda, bu barədə 5 iş günü müddətində işəgötürən tərəfindən müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə görə- vəzifəli şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən isə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki,şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 08 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

X2 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 08 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə göndərilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar