Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1254/2022 14.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X6 iştirakları ilə, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbehvermə haqqında 04 mart 2022-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair X6 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 04 mart 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X7 tərəfindən 04 mart 2022-ci il tarixdə MN seriyalı ******* nömrəli qərarı ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271 -ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Həmin qərarın surətini 2022-ci il 29 iyul tarixdə Abşeron Rayon İcra şöbəsinin icra məmuru vasitəsilə əldə etmişdir. Adı çəkilən qərarda göstərilmişdir ki, o Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü Y/M karyer ərazisinə **-BT-*** dövlət qeydiyyat nişanlı, qaz yük avtomobili vasitəsilə müxtəlif növ istehsal tullantılarının boşaldaraq ətraf mühiti çirkləndirmişdir. Bildirmək istəyir ki, **-BT-*** dövlət qeydiyyat nişanlı, qaz yük avtomobili onun sahiblik və istifadəsində olmamışdır. Belə ki, həmin avtomobil baş etibarnamə vasitəsilə təxminən 2012-ci il tarixdə onun istifadəsinə verilmiş və 2013-ci il tarixdən yenidən baş etibarnamə vasitəsilə başqa bir şəxsin sahiblik və istifadəsinə verilmişdir. Odur ki, həmin nəqliyyat vasitəsindən başqa şəxs istifadə edərək yuxarıda adı çəkilən Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü Y/M karyer ərazisinə müxtəlif növ istehsal tullantılarını boşaltmışdır. Bu səbəbdən hesab edir ki, inzibati tənbeh haqqında qərar qanunsuz və əsassız yerə tərtib edildiyindən ləğv olunmalıdır. Qeyd olunanlara əsasən 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 04 mart 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X11 şikayətə uyğun izahat verərək həmçinin bildirmişdir ki, qeyd edilən “Qaz- 33021” yük avtomobili onun tərəfindən baş etibarnamə əsasında alınmış və 1 il müddət keçmədən baş etibarnamə əsasında başqa şəxsə satmışdır. Belə olduğu təqdirdə səlahiyyətlər digər şəxsə ötürüldüyündən onun etibarnamə üzrə səlahiyyətlərinə xitam verilməli idi. Belə ki, 2013-cü il tarixdən etibarən inzibati tənbehvermə haqqında qeyd edilən qərarda göstərilmiş avtomobili idarə etməmiş və inzibati xətanı o törətməmişdir. Qeyd olunanlara əsasən 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 04 mart 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mükün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 04 mart 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərar ləğv edilməli və iş baxılması üçün yenidən 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 04 mart 2022-ci il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarına əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü Y/m karyer ərazisinə **-BT-*** dövlət nömrə nişanlı “Qaz” yük avtomobili vasitəsi ilə müxtəlif növ istehsal tullantıları boşaldılaraq qalaqlanmışdır. X1 Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi görə barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş ** BT *** nömrəli “Qaz 33021” yük avtomobili üzərində aparılmış qeydiyyat məlumatlarına əsasən qeyd edilən avtomobilin sahibi X3 tərəfindən xx.xx.2011-xx.xx.2017-ci il tarixədək, xx.xx.2012-ci il tarixdən xx.xx.2028-ci il tarixədək X9 etibarnamə verilmişdir. Eyni zamanda X8 xx.xx.2008-ci il tarixdən xx.xx.2028-ci il tarixədək etibarnamə verilmişdir. Bundan əlavə xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək X4, xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək X2, xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək X5 qeyd edilən avtomobillə bağlı etibarnamə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli, ƏN-İİİ 998347 nömrəli etibarnamədən müəyyən edilir ki, mülkiyyətçi X3 adından çıxış edən X11 tərəfindən X4 Qaz- 33021, ** BT *** nömrəli avtomobili sürücülük hüququ olduqda idarə etmək , qeydiyyatdan çıxarmaq, qeydiyyata salmaq, bağışlamaq ipoteka qoymaq, onun üzərində sərəncam vermək, bu tapşırıqları yerinə yetirilməsi ilə bağlı ərizə vermək və digər hətəkərlərin həyata keçirilməsi üçün etibarnamə vasitəsi ilə verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü Y/m karyer ərazisinə **-BT-*** dövlət nömrə nişanlı Qaz yük avtomobili vasitəsi ilə müxtəlif növ istehsal tullantıları boşaldılaraq qalaqlanmışdır. X1 Azərbaycan Respublikası İXMnin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi görə barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, aparılan inzibati iş üzrə icraat zamanı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, məhkəmə iclasında barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs avtomobili 2013-cü il tarixdə etibarnamə ilə satdığını bildirmiş, həmçinin X4 onun tərəfindən verilmiş etibarnamənin sürətini məhkəməyə təqdim etmiş, həmçinin inzibati xəta hadisəsinin törədildiyi zaman avtomobilin onun mülkiyyətində istifadəsində olmadığını bildirmişdir. Qeyd olunanların əksinə olaraq inzibati tənbehvermə barədə qərar qəbul etmiş orqan tərəfindən istinad etdiyi hallara dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X6 iştirakı ilə yenidən əsaslı qərar qəbul olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda barəsində inzibati iş üzrə icraat aparılan şəxsin qeyd edilən inzibati xətanı törətməsini konkret olaraq müəyyən etmək mümkün olmamış və beləliklə də inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbləri səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 04 mart 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən halların tam araşdırılmaması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması kimi qiymətləndirilməlidir. İXM-nin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən isə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, şikayət qismən təmin edilməli, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 04 mart 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 04 mart 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1254/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1254/2022
14.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver