Məhkəmə qərarları › İş №3(009)-1258/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1258/2022

04.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1258/2022 04.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Səbail Rayon İcra Şöbəsinin icra məmuru Vasif Həsənlinin, Zərərçəkmiş Zərərçəkmiş şəxs və onun nümayəndəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, 30 avqust 1986-cı il tarixdə Xudat şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Səbail rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon İcra şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş 09 avqust 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqında protokol baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-1258/2022 saylı, 09 avqust 2022-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair başlanılmış iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Sözügedən qərardan zərərçəkmiş Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-1258/2022 saylı, 09 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında işin yenidən araşdırılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2067/2022 saylı, 23 avqust 2022-ci il tarixli qərarına əsasən, zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanılmış iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-1258/2022 saylı, 09 avqust 2022- ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-880/2022 saylı, 02 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən Zərərçəkmiş şəxs etibarnaməli sahibliyində olan “Volksvagen Passat” markalı ** ZN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs qaytarılması barədə icra sənədi hazırki vaxtadək üzrsüz səbəbdən icra edilməmişdir. Nəticədə borclu Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Səbail Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vasif Həsənli, borclu Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxsnun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs nümayəndəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Vəkil, “Volksvagen Passat” markalı ** ZN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Şəxs tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılmamasını, beləliklə Şəxs tərəfindən icra sənədinin hazırki vaxtadək üzrsüz səbəbdən icra edilmədiyini, həmçinin sözü gedən nəqliyyat vasitəsinin hal-hazırda Şəxs olmasını olmasını bildirərək Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs, nümayəndəsinin dedikləri razı olduğunu bildirərək Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, sözü gedən nəqliyyat vasitəsinin onun istifadəsində olmadığını, həmin nəqliyyat vasitəsinin sonuncu dəfə Zərərçəkmiş şəxs tərəfindən idarə olunduğunu, müvafiq icra sənədinin bu səbəbdən icra olunmamasını, həmçinin Zərərçəkmiş şəxs ona dəfələrlə hazırki mübahisə ilə bağlı barışıq əldə edilməsi üçün zəng etməsini bildirərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən ünvan 3 ünvanlanan ərizədə qeyd olunmuşdur ki, “xx.xx.2021-ci il tarixdə ünvan 4fisində ünvan 5 ünvanında qeydiyyatda olan Şəxs reyestrdə 7E-66043 nömrə ilə qeyd olunmuş etibarnamə vermişəm”. Həmin ərizədə qeyd olunanlar Bakı şəhəri 13 saylı notariat ofisi tərəfindən 25 dekabr 2021-ci ildə imzanın həqiqiliyi ilə təsdiq edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən, “Volksvagen Passat” markalı ** ZN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Şəxs 08 dekabr 2021-ci il tarixdə Bakı şəhəri 05 saylı notariat ofisində nəqliyyat vasitəsini idarə etmək məqsədilə etibarnamə verilmiş və həmin etibarnamənin üzərində əks olunmuş qeyddən görünür ki, həmin etibarnaməyə xitam verilmişdir. Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin icra məmuru X1 tərəfindən 14 iyul 2022-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu 14 iyul 2022-ci il tarixli bildirişlə məlumatlandırılmışdır. Şəxs, Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinə dəvət edilərək izahatı alınmış, 04 avqust 2022-ci il tarixli izahatda “Volksvagen Passat” markalı ** ZN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin onda deyil, tələbkarda olduğu qeyd edilmişdir. 08 avqust 2022-ci il tarixli borclunun əmlakının axtarılması haqqında qərardan görünür ki, “Volksvagen Passat” markalı ** ZN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin axtarışı elan edilmiş və qərar icra olunması üçün Baş Dövlət Yol Polis İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını və tələb olunaraq baxış keçirilmiş icra işini araşdıraraq belə qənəatə gəlir ki, Şəxs məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.3 və 32.2-ci maddələrinə əsasən, inzibati xəta törətmiş Şəxs himayəsində iki azyaşlı uşağının olması inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən haldır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxsnun hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi var və onun 500 (beş yüz) manat məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar