Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1259/2022 10.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakimi Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi, Səbail Rayon İcra Şöbəsinin icra məmuru Aslan Astanovun Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Tələbkar H.Ə.Qafarovun iştirakları ilə, xx.xx.1971-ci ildə Türkiyə Respublikasında anadan olmuş, işləməyən, Bakı, şəhəri, Səbail rayonu, Buxta küçəsi, dalan 1, ev 20B mənzil 15-də müvəqqəti qeydiyyatda olan və yaşayan X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon İcra Şöbəsinin icra məmuru Aslan Astanovun tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Səbail Rayon İcra şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş MN №0392338 saylı inzibati xəta haqında protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əlavəyə əsasən Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6088/2021 saylı, xx.xx.2021 -ci il tarixli icra sənədinə əsasən borclu Şəxs və Mehmet Doğandan cəmi 39863,75 manat alınaraq tələbkar X1 ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilrək tələbin könüllü icrası barədə bildirişlə birlikdə borcluya göndərilmişdir. Borclu icra sənədində göstərilən tələbi təmin etmədiyindən onun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə aidiyyəti təşkilatlara sorğu ilə müraciət edilmiş, lakin tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Borclu icra məmurunun çağırışı üzrə gələməkdən yayındığından, borclu barəsində xx.xx.2022-ci il tarixində axtarış işi açılmışdır, borclu polis əməkdaşları tərəfindən təhvil verildikdən sonra tələbkarla aralarında razılıq əldə olunmuşdur. Əldə olunmuş razılığa əməl edilmədiyindən tələbkarın müraciəti əsasında borclu şöbəyə dəvət edilmiş, izahatında gələcəkdə borc məbləğindən hər ay 1500 manat ödəniş edə biləcəyini bildirmiş, xeyrinə olan məhkəmə qərarına əsasən ödənilməli olan 360000 manat alınan kimi ilk olaraq həmin borcu ödəyəcəyini bildirmişdir. Hazırda icra sənədi üzrə qalıq 30560 manat borc mövcuddur. Nəticədə borclu Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 528 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Səbail rayon İcra şöbəsinin icra məmuru Aslan Astanovun inzibati xəta haqqında protokolda göstərilənləri təsdiq etmişdir. İcra məmuru həmçinin göstərmişdir ki, mövcud iş məhkəmə icraatında olarkən borclu tərəfindən tələbkara 4000 manat ödəniş edilmiş, qalan borcun 100 manat ödənilməsinə dair vəd verilmiş, bununla bağlı tələbkarla anlaşılma imzalanmışdır. Qərar qəbul edilərkən bu halın nəzərə alınmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, məhkəməyə qədər borun 9435 manatını ödəmiş, maddi imkanı olmadığına görə borcu tam bağlaya bilməmişdir. Lakin hazırda tələbkar Həsən Qafarovla anlaşma adlı sənəd imzalamış, 4000 manat ona ödəniş etmiş, hər gün 100 manat ödəmək şərti ilə borcun bağlanmasına dair vəd vermişdir. Əgər üzərinə götürdüyü bu öhdəliyi də icra etməsə icra məmuru tərəfindən tərtib ediləcək protokol əsasında inzibati məsuliyyətə cəlb edilməsi ilə razılaşacaq. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış icra sənədi üzrə tələbkar X2 göstərmişdir ki, yaranmış borcun hissə-hissə ödənilməsinə dair borclu ilə əvvəllər də razılıqa gəlsələr də borclu bu razılığı pozmuş, ödəniş etməmişdir. Hazırda borclu ilə anlaşma tərtib edilərək imzalanmışdır, borclu ona 4000 manat pul ödəmiş, yerdə qalan borcu hər gün 100 manat olmaqla ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Əgər bu öhdəlik də gələcəkdə yerinə yetirilməyəcəkdirsə onda borclu barəsində tam qanuni tədbir görülməsini tələb edəcək. Hazırda borclu ilə arasında imzalanmış “Anlaşılma”nı nəzərə alaraq qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, borclu Şəxs icra sənədi üzrə tələbkara olan borcun 9435 manatını ödədikdən sonra, hazırki iş məhkəmə icraatında olan ərəfədə daha 4000 manat ödəniş etmiş və qalan borcu hər gün 100 manat ödəmək şərti ilə üzərinə öhdəlik götürmüş, tələbkarla bununla bağlı “Anlaşılma” adlı sənəd imzalamış və tələbkar borclunun bu təklifi ilə razılaşmışdır. Belə olan halda, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs əməlində hazırki baxılan iş üzrə inzibati xəta tərkibi mövcud deyil. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət şəxsin əməlində yoxdur. Yəni, məhkəmə qərarının icra edilməməsinə Şəxs psixi münasibəti qərəzli olmamışdır. Hazırda o, borcun 4000 manatını ödəməklə, yerdə qalan məbləği gündəlik ödənişlər həyata keçirməklə üzərinə öhdəlik götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, Murad Alyarın əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 53, 114-115, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanmış inzibati icraata əməldə inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №3(009)-1259/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1259/2022
10.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver