Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1260/2025 03.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Uğur Fatimə Mehmet qızının katibliyi, protokol tərtib etmiş orqanın nümayəndəsi X3, barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsi tərəfindən tərtib olunmuş 09 aprel 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(003)-715/2025 saylı qərardadı ilə Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 12:50 radələrində Xəzər rayon stansiyası ərazisində Şəxs MMC-yə məxsus “Ford Tranzit” yük markalı **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobilin reyslə bağlı texniki müayinə və sonuncunun tibbi müayinədən keçmədiyi aşkar olunmuşdur. Nəticədə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş orqanın nümayəndəsi X5 bildirmişdir ki, reysqabağı texniki müayinənin və sürücülərin reysqabağı tibbi müayinəsi üçün müvafiq məntəqələrin müəyyən edilməsi, həmçinin bu sahədə nəzarəti həyata keçirmək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin vəzifəsi olaraq müəyyən edilmişdir. Sağlamlıq vəziyyətı tibbi tələblərə uyğun olmayan sürücülər nəqliyyat vasitəsinin idarə edilməsinə buraxılmırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını verinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qavdaları”nın 1.2-ci bəndini (Bu Qaydanın müddəaları avtomobil nəqliyyatı ilə kommersiya məqsədli müntəzəm və geyri-müntəzəm sərnişin daşımalarını, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını, habelə beynəlxalq və ölkədaxili yük daşımalarını yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlara şamil edilir.) Göründüyü kimi kommersiya fəaliyyəti göstərilməsi məhz, kommersiya məqsədli müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarına aiddir. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci madəssinin 1.0.9 bəndində daşıyıcının açıqlaması ətraflı şəkildə qeyd olunub. Daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar başa düşülür. Sahibkar daşıdığı mala görə ayrıca haqq almasada, o bu daşımanı malın satışı üçün həyata keçirir və bu satışdan təbii ki gəlir əldə edir. Belə olduqda bu formada fəaliyyət həyata keçirən hüquqi şəxslər əldə edəcəyi gəliri hesablayaraq yükdaşımadan əlavə haqq tələb etmirlər. Sözügedən MMC qanuni əsaslarla fəaliyyət göstərir, məhsullarına qanuni əsaslarla, qiymət formalaşdıraraq, satışını həyata keçirir. Göründüyü kimi, MMC gəlir etmək üçün satışını təşkil etdiyi məhsulların istehsalçıdan alıcıya çatdırılmasını (daşınmasını) qanuni əsaslarla, qiymət formalaşdıraraq həyata kecirir. Bu zaman o həmin daşımanı ümumi istifadədə olan yollardan istifadə etməklə dasıyır. Onu da xüsusilə qeyd etmək istərdik ki, məlum olduğu kimi, məhsulların satış qiymətlərinin formalaşdırılması zamanı həmin məhsulların həm istehsal, həm də daşıma zamanı çəkilən xərclər nəzərə alınmaqla formalasdırılır. (benzin pulu, sürücüyə ödənilən əmək haqqı və sair). “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci madəssinin 1.0.4 bəndində avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalar - sərnişin və ya yük daşınması müqaviləsi yaxud digər qanuni əsaslarla, daşınma haqqı ödənilməklə yerinə yetirilən daşımalar; -bu halda daşınma haqqı artıq qiymətin formalaşmasında nəzərə alınmış olunur. Əgər hüquqi şəxs yükdaşımadan haqq almadığına görə ziyana düşsəydi, xidmətini bu formada qətiyyən həyata keçirməzdi. Mübahisə edilməyən bir faktdır ki, əgər hüquqi şəxs daşıdığı yükdən gəlir əldə etməsəydi o bu daşımanı həyata keçirməzdi. Yuxarıda qeyd etdiyimiz kimi, həmçinin o da mübahisə edilməyən bir faktdır ki, yükdaşıyan daşıdığı məhsulların daşınması zamanı bütün xərcləri (benzin pulu, sürücünün əmək haqqını və sair) nəzərə alır. Digər tərəfdən qeyd etmək istəyirik ki, İXM-nin 326-cı maddəsi yolda təhlükəsizliyin və yol hərəkət iştirakçılarının insanların həyat və sağlamlığının qorunmasının təmin edilməsi məqsədilə ümumi qaydada haqq müqabilində olub-olmamasını fərqini qoymadan sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə tənbeh nəzərdə tutulur. Bundan başqa İXM-də nəzərdə haqq müqabilində və ödənişsiz əsası ilə ayrı-ayrı normalar İXM-də nəzərdə tutulmadığınnan 326-cı maddəsi ilə bütün sərnişin və yük daşımalara aid münasibətləri tənzimləməklə bu xidmətləri həyata keçirənlər üzərində hər tərəfli yanaşmada, Şəxs MMC bir başa İXM 326-cı maddəsinin təsiri dairəsinə düşür. Məlum olduğu kimi, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanunun 4.0.5-ci maddəsinə əsasən ölkədaxili yük daşımaları-Azərbaycan Respublikasının hüdudları daxilində yerinə yetirilən yük daşımalarıdır. Sözüqədən Qanun 26.3-cü maddəsinə əsasən Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşmalarını yerinə yetirən daşıyıcılar sərəncamlarında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, sürücülərinin reysqabağı tibbi müayinəsini müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təşkil etməlidirlər. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanun avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması xidmətlərinin göstərilməsi, həmçinin avtomobil nəqliyyatının infrastruktur obyektləri ilə əlaqədar dövlət orqanları (qurumları), daşıyıcılar, infrastruktur obyektlərinin sahibləri və avtomol nəqliyyatı xidmətlərinin istehlakçıları arasında yaranan hüquqi və iqtisadi münasibətlərə tətbiq olunur. Onu da xüsusilə qeyd etmək istərdik ki, Qanunverici sözügedən Qanunun məhz kimlərə şamil edilməməsini bir başa Qanunun 3.2-ci maddəsində təsbid etmişdir. Həmin 3.2-ci maddəsinə əsasən Bu Qanunun müddəaları aşağıdakılara şamil edilmir. Həmin Qanunun 3.2.4-cü maddəsinə əsasən hüquqi şəxslərin və fərdi sahibkarların xidməti istifadəsi üçün nəzərdə tutulmuş minik avtomobilləri ilə yerinə yetirilən daşımalardır. Həmin Qanunun 3.2.5-ci maddəsinə əsasən hüquqi səxslərin və fərdi sahibkarların ümumi istifadədə olan avtomobil yollarına çıxmadan yerinə yetirdiyi texnoloji və təsərrüfatdaxili (müəssisələrin, obyektlərin daxilində avtobus nəqliyyatı ilə daşımalarına. Həmin Qanunun 60-cı maddəsinə əsasən bu Qanunun və avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələblərinə riayət etməyən avtomobil daşıyıcıları, yükgöndərənlər, yükalanlar, daşımaların təşkilatçıları, sərnişinlər və digər şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinəyət Məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyətə cəlb olunurlar. Göründüyü kimi, Şəxs sözügedən Qanunun 3.2 ci maddəsində sadalananlara hər-hansı bir aidiyyəti yoxdur. Hüquqi aktlardan da göründüyü kimi, Şəxs yükdaşıma həya keçirdərkən sözügedən sahənin tənzimləyən hüquqi aktlara riayyət etməliydi. Beləliklə hesab edirik ki, Azərbaycan Respublikası İXM-nin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tərtib olunmuş 09 aprel 2025-ci il tarixli, MN ******* protokol mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən, Şəxs MMC-i inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil bildirmişdier ki, Şəxs fəaliyyət göstərdiyi avtomobillər üçün hissələrin, qovşaqların və ləvazimatların topdan satışı sahəsində daha da böyük uğurlar əldə etməsi üçün daim əzmlə çalışır. Şəxs MMC Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi-şəxslərlərdən biri olmaqla, MMCdə hazırda 30 (otuz) nəfərə yaxın işçi çalışır. Azərbaycan Respublikasının İqtisadiyyat Naziriliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi əsas fəaliyyət növü kimi qeydiyyat ******* nömrə ilə avtomobillər üçün hissələrin, qovşaqların və ləvazimatların topdan satışı nəzərdə tutulub. Fəaliyyət istiqamətlərində daşıma fəaliyyəti qeyd olunmamışdır. Şəxs MMC idxal etdiyi avtomobil ehtiyyat hissələrini balansında-mülkiyyətində olan vaqon konteynerlərlə təmin edilmiş saxlanma-yerləşmə şəraitinə əməl etməklə əvvəlcədən verilən sifarişlərə uyğun olaraq satış müəsssisələrinə çatdırır. Şəxs MMC-də bütün işçilər, o, cümlədən sürücü vəzifəsində çalışan sürücülər əmək fəaliyyətini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə əsasən tərəflər arasında bağlanan əmək müqaviləsi əsasında icra edirlər. İşəgötürənin, yəni Şəxs MMC-nin əmək müqaviləsi ilə fəaliyyət göstərən işçilərinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurmasının qarşısının alınması, onlara etibar edilən malların qorunması və təhlükəsiz şəraitdə satış müəssisələrinə çatdırılması ilə bağlı tərəflər könüllü olaraq tam maddi məsuliyyət haqqında yazılı müqavilə bağlayırlar. Bu hal da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri ilə tənzimlənir. Normativ hüquqi aktlar Azərbaycan Respublikasının Qanunun 2.5-ci maddəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normalarının üstünlüyü heç bir halda inkar oluna bilməz. Bu əsaslar da Nəqliyyat haqqında və Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının Qanunlarına münasibətdə də tətbiq olunur və olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən AVTO PROFİ MMC- nin bütün işçilərinin, o, cümlədən işçi olan sürücülərinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün, yəni digər hüquqi və fiziki şəxslərə münasibətdə, hüquqi və fiziki şəxslər qarşısında tam məsuliyyət daşıyır, həmçinin işçilərin əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı onların vurduğu zərərin əvəzinin tam ödəməsi kimi vacib bir öhdəliyi də mövcuddur. Bu öhdəlik, hüquqi və mülki məsuliyyət Nəqliyyat haqqında, Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarına münasibətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normalarının daha üstün hüquqi qüvvəyə malik olması heç bir halda mübahisə predmeti ola bilməz və mübahisələndirilə bilməz. Daşıyıcılarla müqayisədə, daşıma fəaliyyəti ilə məşğul olmayan hüquqi və fiziki şəxslərin da ayrıca və daha da hüquqi və mülki məsuliyyətli öhdəlikləri müəyyən olunub. İdxal edtdikləri məhsullar xüsusi saxlanma şəraiti tələb edən məhsullar kateqoriyasına daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 850.1 -ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 851 -ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu verdən təyinat verinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. Nəqliyyat haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən “daşıyıcı” - haqq müqabilində sərnişin, baqaj, yük və poçt daşımaları üzrə xidmətləri göstərən, mülkiyyət icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi və ya fiziki şəxsdir. Avtomobil nəqliyyat haqqında Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsinə əsasən daşıyıcı - daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar nəzərdə tutulur. Avtomobil nəqliyyat haqqında Azərbaycan Respublikasının Qanunun 1.0 4 avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalar - sərnişin və ya yük daşınması müqaviləsi yaxud digər qanuni əsaslarla, daşınma haqqı ödənilməklə yerinə yetirilən daşımalar; 1.0.5 avtomobil nəqliyyatı ilə təsərrüfat ehtiyacları üçün daşımalar - hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə işçilərinin və ya yüklərinin daşınması məqsədilə və öz hesabına yerinə yetirilən daşımalar. Bu cür daşımalar üçün istifadə olunan avtonəqliyyat vasitələri həmin hüquqi şəxslərin və ya fərdi sahibkarların işçiləri« tərəfindən idarə olunmahdır göstərilib. 17.1 Avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalar sərnişin və yük daşımaları haqqında müqavilə, sərnişin və yük daşımalarının təşkil olunması haqqında müqavilə, icarə (kirayə) müqaviləsi, habelə avtomobil daşıyıcıları ilə avtomobil nəqliyyatı ilə daşımaların sifarişçiləri (sərnişinlər, yükgöndərənlər, sərnişin və yük avtomobil daşımalarının təşkilatçıları) arasında bağlanan digər müqavilələr əsasında yerinə yetirilir. 17.2 Ən azı iki nəqliyyat növündən istifadə edilməklə yerinə yetirilən sərnişin və yük daşımaları (qarışıq daşımalar) daşıyıcılarla daşımaların sifarişçiləri (təşkilatçıları) arasında bağlanılan müqavilələr əsasında yerinə yetirilir. Həmin Qanunun 37.1. Avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsinə görə avtomobil daşıyıcısı yükgöndərən tərəfindən ona tapşırılmış yükü haqq müqabilində olduğu yerdən təyinat məntəqəsinə çatdırmağı və onu yükalana və ya yükü almağa səlahiyyəti olan şəxsə təhvil verməyi, yükgöndərən, yükalan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə yükün daşınmasına görə müəyyən olunmuş daşınma haqqını ödəməyi öhdəsinə götürür. Bir sözlə bu Qanun haqqı ödənilən kommersiya məqsədli daşımalar ilə, haqqı ödənilməyən satış məqsədi olan çatdırmalan tamamilə ayırır, bu normalar arasında fərq asanlıqla müəyyən olunur, bunu görməmək mümkünsüzdür, daşıyıcının kimlər olması, daşıyıcı kimi avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalar edən hüquqi və fiziki şəxslər sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil etmələrini müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı ilə təsdiq edilən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydalarına əsasən 1.1 Bu Qayda “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır, mülkiyyət növündən, təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi qaydasını müəyyən edir. 1.2 Bu Qaydanın müddəaları avtomobil nəqliyyatı ilə kommersiya məqsədli müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarını, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını, habelə beynəlxalq və ölkədaxili yük daşımalarını yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlara şamil edilir.2.2 Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onlarm mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarına əsasən 1.1. “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları” “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun), habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq hazırlanmışdır. Bu Qaydalar avtomobil daşıyıcıları (bundan sonra - daşıyıcılar) tərəfindən avtonəqliyyat vasitələri ilə yüklərin beynəlxalq və ölkədaxili daşınmasının təşkilini və yerinə yetirilməsini, ayrı-ayrı yük növlərinin daşınmasına dair tələbləri müəyyən edir, habelə yükgöndərənlə (yükalanla) daşıyıcı arasında yaranan qarşılıqlı münasibətləri tənzimləyir, onların hüquq, vəzifə və məsuliyyətini müəyyənləşdirir. 3.4. Avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsinə görə daşıyıcı ona tapşırılmış yükü təyinat məntəqəsinə çatdırmalı və onu yükalana və ya yükü almağa səlahiyyəti olan şəxsə təhvil verməli, yükgöndərən, yükalan və ya onlarm səlahiyyətləndirdiyi digər şəxs isə yükün daşınması üçün müəyyən edilmiş daşınma haqqını ödəməlidir. Göstərdiyimiz bu hüquq normaları yalnız daşıyıcılara münasibətdə yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onlarm səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini-haqqını ödəməyi öhdəsinə götürən şəxs və şəxslər olmasına münasibətdə tətbiqi nəzərdə tutulub, lakin Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan X1ra verilən bu səlhiyyətlərdən sui-istifadə edərək, kütləvi şəkildə yük daşıma fəaliyyəti ilə məşğul olmayan bütün hüquqi və fiziki şəxslər barədə cərimə tətbiq edirlər. Avtomobil Nəqliyyatı haqqında Respublikasının Qanunu Azərbaycan Respublikasının arazisində avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının hüquqi, təşkilati və iqtisadi əsaslarını mUə>yən edir, bu sahədə dövlət orqanları (qurumları), daşıyıcılar və avtomobil nəqliyyatı ilə sərnişin ə ; ilk daşımaları üzrə xidmətlərin istehlakçıları arasında yaranan münasibətləri tənzimləyir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələbinə uyğun olaraq inzibati xəta haqqında protokolun predmeti olan AVTO PROFİ MMC -nin balansmdamülkiyyətindəki Ford Tranzit yük markalı, ** JH *** Dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 18 iyul 2023-cü il tarixdə Xüsusi fərqlənmə nişanı verilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 221.4.9-cu maddəsinə əsasən vergi ödəyicilərinin mülkiyyətində olan avtomobil nəqliyyatı vasitələri ilə öz sahibkarlıq fəaliyyətini təmin etmək üçün işçilərinin və özünə məxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyat vasitələri sadələşdirilmiş vergiyə cəlb edilmir və bu nəqliyyat vasitələri üçün "Xüsusi fərqlənmə nişanı" alınır. Azərbaycan Respublika fəaliyyət göstərən hüquqi şəxslər kommersiya və qeyri-kommersiya hüquqi şəxslər kimi fəaliyyət göstərirlər. Avtomobil nəqliyyat haqqında Azərbaycan Respublikasının Qanunun 3.1-ci maddəsində bu Qanun avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması xidmətlərinin göstərilməsi, həmçinin avtomobil nəqliyyatının infrastruktur obyektləri ilə əlaqədar dövlət orqanları (qurumları), daşıyıcılar, infrastruktur obyektlərinin sahibləri və avtomobil nəqliyyatı xidmətlərinin istehlakçıları arasında yaranan hüquqi və iqtisadi münasibətlərə tətbiq olunur. Bu Qanun əsas məqsədində qeyd olunur ki, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması xidmətləri yalnız daşıyıcılar tərəfindən icra olunur. Daşıyıcının anlayışı və hüquqi mənası tərəfimizdən yazılı etirazda geniş şəkildə izah olunub. Yuxarıda istinad etdiyim bütün hüquq normalarında daşıyıcının anlayışı verilib, daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu verdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürən şəxs və şəxslər olması nəzərdə tutulub, lakin AVTO PROFİ MMC satış fəaliyyəti haqqı ödənilən daşıma fəaliyyəti olmadığından Daşıyıcı hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlandmasmın və sürücülərin tibbi müayinəsinin təşkil edilməməsi Sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Bu maddənin tələbi sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsini təşkil etməyən hüquqi və fiziki şəxslər üçün nəzərdə tutulub. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tərtib edilən inzibati xəta haqında 09 aprel 2025-ci il tarixli MN ******* nömrəli protokolda AVTO PROFİ MMC-nin müəyyən haqq müqabilində hansı qaydada sərnişin və yük daşımalarını yerinə yetirməsini aşkar etməyib və bu barədə protokolda müvafiq qeydlər aparmayıblar. Bütün hüquq normalarından məlum olur, Şəxs MMC-nin satış (idxal) fəaliyyəti haqqı ödənilən Daşıma fəaliyyəti olmadığından bu Qanun və qərarlar avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi qaydası və ya qaydaları Şəxs MMC barəsində tətbiq edilə bilmədiyindən, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetirildiyindən həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarına əlavə edilmiş diskdə olan videogörüntüdən müəyyən edilir ki, “Ford Tranzit” yük markalı **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsinin Yükdaşımalar şöbəsinin inspektorunun tələbinə əsasən avtomobil texniki vəziyyətinin yoxlanılması və onun tibbi müayinədən keçməsinə dair arayış təqdim edilmir. İş materiallarında olan Şəxs MMC-nin 21 noyabr 2024-cü il tarixli etibarnaməsindən görünür ki, X2 xx.xx.2025-ci il tarixədək “Ford Tranzit” yük markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Azərbaycan Respublikasının hüdudlarında idarə etməyi həvalə edilib. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şəxs MMC-nin mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326cı maddəsinə əsasən sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası “Avtomobil nəqliyyatı haqqında” Qanunun 26.2-ci maddəsinə əsasən Sərnişin və yük daşımaları ilə məşğul olan hüquqi və fiziki şəxslər daşımaların təhlükəsiz yerinə yetirilməsinə, ətraf mühitin mühafizəsinə dair Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarının tələblərinə riayət etməlidirlər. Həmin Qanunun 26.3-cü maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşmalarını yerinə yetirən daşıyıcılar sərəncamlarında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, sürücülərinin reysqabağı tibbi müayinəsini müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təşkil etməlidirlər. Həmin Qanunun 60-ci maddəsinə əsasən həmin qanunun və avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələblərinə riayət etməyən avtomobil daşıyıcıları, yükgöndərənlər, yükalanlar, daşımaların təşkilatçıları, sərnişinlər və digər şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydaları”nın 2.2-ci bəndinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını təmin etməlidirlər. Həmin qaydalara əsasən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması hüquqi və fiziki şəxslər tərəfindən əmək və ya mülki hüquq müqavilələri əsasında həyata keçirilir. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının nəticələrinə əsasən daşıyıcıya və ya avtonəqliyyat vasitələrinin sürücülərinə müayinə məntəqəsinin möhürü ilə təsdiq edilmiş arayış verilir. Arayışın forması Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilir. Texniki vəziyyətinin reysqabağı yoxlanılması barədə arayış olmadan avtonəqliyyat vasitələri daşımalara buraxılmır. Həmin qaydaların digər bəndlərinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı tibbi müayinədən keçmələrini təmin etməlidirlər. Sürücülərin reysqabağı tibbi müayinəsi müvafiq tibb müəssisələri tərəfindən qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Müvafiq tibb müəssisələri tərəfindən sürücülərin reysqabağı tibbi müayinəsi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə aparılır. Reysqabağı tibbi müayinə hüquqi və fiziki şəxslər tərəfindən əmək və və ya mülki hüquq müqavilələri əsasında həyata keçirilir, reysqabağı tibbi müayinənin nəticələrinə görə forması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən sürücünün reysqabağı tibbi müayinə kitabçasında müayinə məntəqəsinin möhürü ilə təsdiq edilmiş qeydlər aparılır. Nazirlər Kabinetinin qeyd edilən qərarından göründüyü kimi, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını yalnız Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrində qanunvericiliyə uyğun olaraq təşkil etməlidirlər. Eyni zamanda, avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının nəticələrinə əsasən daşıyıcıya və ya avtonəqliyyat vasitələrinin sürücülərinə müayinə məntəqəsinin möhürü ilə təsdiq edilmiş arayış verilməlidir. Bundan başqa, yuxarıda qeyd edilən qərarın tələblərinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı tibbi müayinədən keçmələrini yalnız Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə aparılmasını təmin etməlidirlər. Eyni zamanda, reysqabağı tibbi müayinənin nəticələrinə görə forması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən sürücünün reysqabağı tibbi müayinə kitabçasında müayinə məntəqəsinin möhürü ilə təsdiq edilmiş qeydlər aparılmalıdır. Məhkəmə tərəfindən araşdırılmış işin faktiki halları ondan ibarətdir ki, Şəxs MMC-i mülkiyyətində olan “Ford Tranzit” yük markalı **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin reysqabağı texniki vəziyyətinin yoxlanılmasını Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə deyil, şirkətin ərazisində fəaliyyət göstərən məntəqədə təşkil etmişdir. Eyni zamanda, avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının nəticələrinə əsasən avtonəqliyyat vasitələsinin sürücüsünə müayinə məntəqəsinin möhürü ilə təsdiq edilmiş arayış verilməmişdir. Bundan başqa, “Ford Tranzit” yük markalı **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 reysqabağı tibbi müayinəsi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə deyil, şirkətin ərazisində fəaliyyət göstərən tibb hissəsinin əməkdaşları tərəfindən aparılmış və sürücünün reysqabağı tibbi müayinə kitabçasında müayinə məntəqəsinin möhürü ilə təsdiq edilmiş qeydlər aparılmamışdır. Nəticə etibarı ilə Şəxs MMC-i tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi baş vermişdir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və müvafiq maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digərictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 18.3-cü maddəsinə hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs MMC-nin əməlində İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngüləşdirən hallar və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC İXM-nin 326-cı maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh olaraq həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117, 128-130 və 326-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2000 (iki min) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-1260/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1260/2025
03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver