Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1263/2024 21.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Səbail rayon Prokurorunun köməkçisi Nümayəndə2, İnzibati xəta haqqında iş üzrə icraat başlanılmış şəxs Şəxs qızının nümayəndəsi, vəkil Nümayəndə1u iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon Prokurorluğu tərəfindən məhkəməyə daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon Prokurorluğu tərəfindən tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar və ona əlavə edimiş sənədlər baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlanılmış şəxs Şəxs nümayəndəsi, vəkil Nümayəndə1 iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Səbail rayon Prokurorunun köməkçisi Kərimova X1 Günay Valihəd qızı barəsində müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. İş materiallarında əlavə edilmiş 16 may 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarından görünür ki, Şəxs Valihəd qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə iş üzrə icraata başlanılmış, Şəxs Valihəd qızı hüquqları və vəzifələri izah edilmiş, toplanmış materialın aidiyyəti üzrə Səbail rayon məhkəməsinə göndərilməsi qərar alınmışdır. İş materialları müəyyən edilmişdir ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar 16 may 2024-cü il tarixdə tərtib olunmuşdur. İş materialları müəyyən edilmişdir ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar və ona əlavə edimiş sənədlər Səbail Rayon Məhkəməsinə 23 may 2024-cü il tarixdə təqdim olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar inzibati xətalar haqqında qanunvericilikdə qeyd olunan müddətlər ötürülərək tərtib olduğundan, məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar və ona əlavə edimiş sənədlər baxılmadan Səbail rayon Prokurorluğuna geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinin tələbləri pozulduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon Prokurorluğu tərəfindən tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar və ona əlavə edimiş sənədlər baxılmadan Səbail rayon Prokurorluğuna geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.1 və 109-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon Prokurorluğu tərəfindən tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar və ona əlavə edimiş sənədlər baxılmadan Səbail rayon Prokurorluğuna geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1263/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1263/2024
21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver