Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1264/2024 30.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından QƏRARDAD BAKİ ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ İş № 3(009)-1264/2024 Bakı şəhəri 29 may 2024-cü il Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, X6 Bakı şəhəri DYPİ-nin polis kapitanı X1 tərəfindən tərtib edilmiş 10 fevral 2024cü il tarixli, TP ******* nömrəli qərarından verdiyi şikayət üzrə işin baxılmağa hazırlanması zamanı, M Ü Ə Y Y Ə N E T D İ M: X9 Bakı şəhəri DYPİ-nin polis kapitanı X1 tərəfindən tərtib edilmiş 10 fevral 2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, X9 qardaşı X7 məlumat vermişdir ki, 10MR900 dövlət nömrə nişanlı X12 markalı minik avtomobilində 10 fevral 2024-cü il tarixində saat 12:47- də Bakı şəhəri, Dilarə Əliyeva küçəsində hərəkət etdiyi zaman həmin ərazidə yerləşən videomüşahidə kamerası yol hərəkəti qaydalarını "pozduğuma" görə İnzibati Xətalar Məcəlləsinin 327.4-ci maddəsi ilə mənə protokol tərtib edilib ki, bu da 150 AZN və həmçinin 4 bal cərimənin tətbiqini nəzərdə tutub. Bu barədə məlumat DYP-dan telefon zəngi vasitəsilə bildirilib (kamera vasitəsi ilə qeydə alınması) və məsələ ilə əlaqədar o, DYP-a dəvət olunub və ona inzibati protokol və qərar verilib. Müvafiq protokoldan irəli gələn TP ******* nömrəli qərar isə 26 fevral tarixində video qeydiyyat vasitəsi ilə aşkar edilsə də, elektron qaydada deyil, məhz iddia edilən qayda pozuntusundan 16 gündən sonra inspektor tərəfindən protokol tərtib edilərək mənim adıma rəsmiləşdirilmişdir və qərar çıxarılmışdır. O, orada şəxsən və rəsmi sayt vasitəsi ilə şikayət edərək bildirsədə ki, həmin vaxt mən avtomobili idarə etməmişəm və sadəcə sonuncu etibarnamə onun adınadır, DYP inspektoru bunu nəzərə almamış və protokol ilə qərarı onun adına tərtib edərək onu məsuliyyətə cəlb etmişdir. Qeyd olunanları nəzərə alaraq, o Bakı şəhəri DYP İdarəsinə gedərək adı çəkilən qərarı və yol hərəkəti qaydalarını pozduğunu təsdiq edən foto-video görüntüləri təqdim edilməsini sorğu edib. Lakin buna baxmayaraq, ona yalnız qərar verilmiş, hər hansı təstiqedici materiallar isə təqdim olunmamış və SMS Radar tətbiqindəki şəxsi kabinetə yüklənməmişdir. Eyni zamanda, aldığı sms vasitəsilə ona bildirilmişdir ki, cari ilin 5 aprel tarixindən etibarən cəriməyə dəbbə hesablanacaq. İXP ******* saylı 10 fevral 2024-cü il tarixi protokolun və ondan irəli gələn qərarını ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. İş materiallarından və şikayət ərizəsindən görünür ki, inzibati tənbeh vermə haqqında qərar 10 fevral 2024-cü il tarixdə qəbul edilsə də, şikayət məhkəməyə 23 may 2024-cü il tarixdə daxil olmuşdur. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X9 şikayətində qərarı nə vaxt aldığını göstərməmiş, qeyd edilən qərarın rəsmi qaydada ona verildiyini təsdiq edən heç bir sənəd əlavə etməmişdir. Ona görə də həmin qərardan şikayət vermə müddətinin buraxılıb-buraxılmamasını müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən hesab edirəm ki, X6 Bakı şəhəri DYPİ-nin polis kapitanı X1 tərəfindən tərtib edilmiş 10 fevral 2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109 və 114, 126,130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X6 Bakı şəhəri DYPİ-nin polis kapitanı X1 tərəfindən tərtib edilmiş 10 fevral 2024-cü il tarixli, TP ******* nömrəli qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova İş № 3(009)-731/2021 PROTOKOL ( məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə) 19 mart 2021-ci il Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı X2 Bakı şəhəri DYPİ-nin polis mayoru X3 tərəfindən tərtib edilmiş TP ******* nömrəli qərarından verdiyi şikayətin geri qaytarılması barədə qərardadı qəbul etdim. Hakim Günel Səmədova AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Ünvan: AZ 1003 Bakı şəhəri, tel: 491-68-25: faks: 491-32-15 M.Useynov küçəsi 5 www.sabailcourt.gov.az İş № 3(009)-731/2021 19 mart 2021-ci il X4 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 19 B, mənzil 5 Səbail rayon Məhkəməsinin 3(009)-731/2021 saylı,19 mart 2021-ci il tarixli qərardadına əsasən şikayət və ona əlavə olunmuş sənədlər Sizə qaytarılır. Qoşma: qərardad -02 vərəq, 01 nüxsə, şikayət və ona əlavə olunmuş sənədlər Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1264/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1264/2024
30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver