Məhkəmə qərarları › İş №3(009)-1265/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1265/2020

13.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1265/2020 13.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X4 qızının katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsindən daxil olmuş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə tərtib edilmiş İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.1997-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Bakı şəhəri, Səbail rayonu, Səlyan yolu küçəsi, ev 10 qeydiyyatda olan Şəxs tərəfindən, xx.xx.2020-ci il tarixdə saat 19:00-da Vaz21099 minik markalı, 10KF189 dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törədilmiş və Şəxs X2 Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yaranmışdır. Toplanmış materialdan görünür ki, xx.xx.2020-ci il tarixdə Səbail RPİ-nə, Səbail rayonu Bayıl qəsəbəsi R.Muxtarov küçəsi 51 saylı məktəbin qarşısında velosipedi idarə edən şəxsin VAZ-21099 markalı ** KF *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü tərəfindən vurulması barədə məlumat daxil olmuşdur. Yol-nəqliyyat hadisə yerinə, Səbail rayonu Badamdar şosessi küçəsi ilə Ö.F.Nemanzadə küçəsinin kəsişməsinə baxış keçirilərək protokol tərtib edilmiş, hadisə yerinə sxemi və fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Araşdırma zamanı Şəxs çğlu izahat verərək bildirmişdir ki, o, xx.xx.2020ci il tarixdə saat 19 radələrində etibarnamə əsasında idarə etdiyi VAZ-21099 markalı ** KF *** dövlət qeydiyyat nişanlı avtomaşınla Səbail rayonu Badamdar şosesi küçəsi ilə Ö.F.Nemanzadə küçəsinə doğru hərəkət edərkən həmin küçələrin kəsişməsində sol istiqamətə, yəni Ö.F.Nemanzadə küçəsinə dönmək istəyən zaman Badamdar şosessi küçəsi ilə yuxarı istiqamətdən hərəkət edən velosipedçi həmin küçə ilə düz istiqamətdə hərəkət edib idarə etdiyi avtomaşının qarşı tərəfdən sol hissəsinə dəyməsi nəticəsində velosipedçi yerə yıxılmışdır.O, dərhal avtomaşını saxlayıb velosipedçiyə yaxınlaşıb ona öz köməkliyini göstərib onu idarə etdiyi avtomaşına əyləşdirib TTYS-na aparmışdır.TTYS-da həmin şəxsə ilkin tibbi yardım göstərib onu 3 saylı şəhər klinik xəstəxanasına aparmışlar.Xəstəxanada həmin şəxsə tibbi yardım göstərib evə buraxmışlar.Hadisə zamanı idarə etdiyi avtomaşınla kəsişmədə Ö.F.Nemanzadə küçəsinə dönərkən surəti saatda 5-10 km/saat olmuşdur.Həmin vaxt spirtli içki qəbul etməmişdir.Hava qaranlıq olduğundan velosipedi görməmişdir. Onun avtomaşını idarə etmək üçün müvafiq sənədləri var. Vət.X3 izahatında bildirmişdir ki, o, xx.xx.2020-ci il tarixdə saat 18.30 radələrində idarə etdiyi velosipedlə Səbail rayonu Badamdar şosessi küçəsi ilə üzü aşağı hərəkət edərək, həmin vaxt qarşı tərəfdən aşağı istiqamətdən hərəkət edən VAZ- 21099 markalı ** KF *** dövlət qeydiyyat nişanlı avtomaşın həmin küçə ilə Ö.F.Nemanzadə küçəsinin kəsişəmsinə çatıb qəflətən sol tərəfə Ö.F.Nemanzadə küçəsinə dönüb qarşısına çıxdığı üçün o, idarə etdiyi velosipedlə həmin maşina dəyib yerə yıxılmışdır. Sürücü dərhal avtomaşını saxlayıb maşından düşüb ona öz köməkliyini göstərib onu idarə etdiyi avtomaşına əyləşdirib yaxınlıqda olan TTYS-na aparmışdır.TTYS-da ona ilkin tibbi yardım göstərib onu 3 saylı şəhər klinik xəstəxanasına aparmışlar. Xəstəxanada ilkin tibbi yardım göstərib evə buraxmışlar.Hazırda səhhəti yaxşıdın, müalicəsini evdə davam etdirir. Təhqiqat zamanı VAZ-21099 markalı ** KF *** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilərək protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. Sərxoşluq halların bütün növlərini təyin edən tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluq vəziyyəti ayıqdır. Araşdırma zamanı xx.xx.2020-ci il tarixdə saat 19.14-dən saat 19.15-dək olan, Bakı şəhəri Səbail rayonu Ömər Faiq Neymanzadə küçəsində quraşdırılmış TŞ1- 091/1.2.3 və TŞ1-169/3 nömrəli viedo müşahidə kameraların video görüntüləri əldə olunması məqsədi ilə Azərbaycan Respublikası DİN-nin NHİX-nə sorğu göndərilmişdir. Məhkəmə-tibbi ekspertizanın 179 saylı xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, X1 almış olduğu xəsarətlər-baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, başın sağ təpə nahiyəsinin yumşaq toxumalarının əziyi, eləcə də sol əlin İV barmağının arxa səthinin və sol baldırın yuxarı 1/3-nin ön səthininsıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərann təsviri hissəsindən göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddilər. Yol-nəqliyyat hadisələrin məhkəmə ekspertizasının 8/395 saylı xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, 1.2a Təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən VAZ- 21099 markalı ** KF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 1.2b Velosipedçi yolnəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və onun hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən, yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətinə aid deyildir. Beləliklə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, sürücü Şəxs etibarnamə əsasında idarə etdiyi VAZ-21099 markalı ** KF *** dövlət qeydiyyat nişanlı avtomobillə Səbail rayon Badamdar şossesi ilə hərəkət edərək saatda 10-15 km/saat sürətlə yolayrıcından sola Ö.F.Neymanzadə küçəsinə dönərkən qarşıdan əks istiqamətdən gələn velosipedçi X1 yoluna çıxaraq ona yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Beləki ki, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən reissiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tər.əfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir.Mövcud şəraitdə sürücü Şəxs əks istiqamətdə öz hərəkət zolağı ilə hərəkət edən velosipedçinin yaxınlaşması şəraitində yolayrıcında dönmə əməliyyatı aparmaqla idarə etdiyi avtomobili sol tərəf hissəsinə çıxararaq velosipedçinin hərəkəti üçün təhlükəli şərait yaratmamalı, onun hərəkətinə üstünlüq verərək buraxmalı və sonra dönmə əməliyyatına başlamalı idi.Yəni hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədi ilə sürücü Şəxs əks istiqamətdə öz yolu ilə gələn velosipedçinin təhlükəsiz keçib getməsini təmin etməlidi.Lakin sürücü Şəxs həmin tələblərə əməl etmədiyindən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozmuşdur. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq inzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində protokol tərtib olunmuş şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi var və 200 (iki yüz) manat məbləğində cərimə edilməlidir. Qeyd olunan əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 116, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar