Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1265/2024 23.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 8-ci PB-nın polis sahə rəisi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 8-ci PB-si tərəfindən tərtib olunmuş 22 may 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 22 may 2024-cü il tarixdə sosial şəbəkədə ölkə prezidentini təhgir etmişdir və nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail RPİ-nin 8-ci PB-nın polis sahə rəisi X6 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olduğunu və birdaha analoji hallara yol vermiyəcəyini bildirərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 –ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan 22 may 2024-cü il tarixli Səbail RPİ-nin 8-ci PB-nin əməliyyat müvəkkili polis leytenantı Toğrul Abbasov tərəfindən təqdim edilən raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə xidməti zərurətlə əlaqədar sosial şəbədən istifadə edərkən “Tiktok” sosial şəbəkəsində bir nəfər xanımın ölkənin prezidenti cənab İlham Əliyevin ünvanına təhqiredici ifadələr işlətdiyinin şahidi oldu. Tərəfindən araşdırma nəticəsində həmin xanımın Şəxs olduğu müəyyən olunmuşdur. İş materiallarında olan elektron məhkəmə sisteminin çıxarışından görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X27, xx.xx.2009-cu il təvəllüdlü X25 və xx.xx.2012-ci il təvəllüdlü X17 anası Şəxsdır. Məhkəmə Şəxs yuxarıda qeyd edilən hərəkətləri sosial şəbəkədə təhqir xarakteri daşıyan hərəkətlər kimi qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsinə əsasən, informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə - fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanununun 13-2.3.9.-cu maddəsinə əsasən internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində informasiyanın yayılması təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlindən peşman olmasını və himayəsində üç uşağın olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32, 40, 43, 114-117, 128-130 və 388-1.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün muddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova Səbail rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 3(009)-558/2020 saylı icra vərəqəsi icra edilməsi üçün göndərilir. Qoşma: icra vərəqəsi Hakim Ülviyyə Şükürova İş № 3(009)-558/2020 10 mart 2020-ci il Səbail rayon İcra və Probasiya Şöbəsinə Səbail rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 3(009)-558/2020 saylı icra vərəqəsi icra edilməsi üçün göndərilir. Qoşma: icra vərəqəsi Hakim Ülviyyə Şükürova AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Ünvan: AZ 1003 Bakı şəhəri, tel: 491-20-67: faks: 491-32-15 M.Useynov küçəsi 5 www.sabailcourt.gov.az № 3(009)-749/2022 13 aprel 2022-ci il Səbail Rayon İcra Şöbəsinə X14 Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsi 18, mənzil 9 X23 ünvan 2 Bakı şəhəri Səbail rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 3(009)-749/2022 saylı qərarı məlumat üçün Sizə göndərilir. Qoşma: qərar 01 nüsxə, 03 vərəq Hakim Günel Səmədova № 3(009)-558/2020 25 fevral 2020-ci il Səbail rayon İcra və Probasiya Şöbəsinə X29 Bakı ş, Səbail ray, Y.Mürsəlov küç., dalan 3, ö/t, ev 96 Səbail rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 3(009)-558/2020 saylı qərarı məlumat üçün Sizə göndərilir. Qoşma: Hakim Ülviyyə Şükürova İş № 3(009)-558/2020 İNZİBATİ XƏTA HAQQİNDA İŞİN BAXİLMAĞA HAZİRLANMASİ HAQQİNDA QƏRARDAD 25 fevral 2020-ci il Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi X18 X21 İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : Səbail Rayon Məhkəməsinə X21 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material daxil olmuşdur. Müəyyən olunmuşdur ki, həmin materiala baxılması hakimin səlahiyyətinə aiddir. İşin hakim tərəfindən baxılmasını istisna edən hallar mövcud deyil. İnzibati xəta haqqında protokol və işin digər materialları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmişdir. İşin icraatını rədd edən və dayandıran hallar mövcud deyildir. İnzibati xəta haqqında işin mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdır. İnzibati xəta haqqında iş üzrə vəsatət və etirazlar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : X21 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair işin məhkəmə iclasında baxılması 25 fevral 2020-ci il tarixə saat 16:30-a təyin edilsin. Məhkəmə iclasının vaxtı və yeri barədə işdə iştirak edən şəxslərə məlumat verilsin. Hakim Ülviyyə Şükürova İş № 3(009)-558/2020 Səbail Rayon Məhkəməsi PROTOKOL ( məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə) 25 fevral 2020-ci il Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi X18 X21 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Səbail Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. X34 İş № 3(009)-749/2022 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri 13 aprel 2022-ci il Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Səbail rayon İcra şöbəsinin icra məmuru X24, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X11, X3 etibarnamə üzrə nümayəndəsi X19 iştirakları ilə, X20 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Səbail Rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 16:00-da başlandı. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq inzibati xəta haqqında işi elan edir. Məhkəmə iclasının katibi məruzə edərək bildirir ki, məhkəmə iclasına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X20, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Səbail Rayon İcra Şöbəsin icra məmuru X31 və X3 etibarnamə üzrə nümayəndəsi X28 gəlmişlər. Sədrlik edən proses iştirakçılarının şəxsiyyətini müəyyən edir: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: X20, 20 oktyabr 1976-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan. Tələbkar: X3 etibarnamə üzrə nümayəndəsi X28, xx.xx.1960-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 2 ünvanında qeydiyyatda olan. Protokolu tərtib etmiş şəxs: Səbail rayon İcra şöbəsinin icra məmuru X31. Sədrlik edən məhkəmə tərkibini və məhkəmə iclas katibini elan edir: Sədrlik edən: Səmədova Günel Kamil qızı. Məhkəmə iclas katibi: X26. Sədrlik edən elan proses iştirakçılarına hakimə və məhkəmə iclas katibinə etiraz etmək hüququnu, bunun üçün qanunla nəzərdə tutulmuş əsasları və qaydanı izah edir: Etiraz daxil olmur. Sədrlik edən proses iştirakçılarının prosessual hüquq və vəzifələrini izah edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: - Hüquq və vəzifələrim aydındır. Protokolu tərtib etmiş şəxs: - Hüquq və vəzifələrim aydındır. Tələbkar: - Hüquq və vəzifələrim aydındır. Sədrlik edən inzibati xəta haqqında protokolu və digər sənədləri elan edir. Sədrlik edən proses iştirakçılarının hər hansı vəsatətlərinin olub-olmamasını soruşur. Vəsatət daxil olmur. Sədrlik edən çıxış üçün inzibati xəta haqqında protokol tərtib etmiş şəxsə söz verir: İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatı: Protokolu müdafiə edirəm, Səbail Rayon Məhkəməsinin 2(009)-1076/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu X10 18915 manat alınaraq tələbkar X12 verilməlidir. İcra sənədi üzrə xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası barədə bildirişlə birlikdə borcluya göndərilmişdir. Borclu icra sənədində göstərilən tələbi təmin etmədiyindən onun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə aidiyyatı təşkilatlara sorğu ilə müraciət edilmiş, lakin tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Borclu xx.xx.2021-ci il tarixli izahatında borc məbləğini tam olaraq ödəyə bilmədiyini, yaranmış borc məbləğini yalnız hissə-hissə ödəyəcəyini və bununla bağlı məhkəməyə müraciət edəcəyini bildirmişdir. Məhkəmənin 8(009)-21/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə icra sənədi üzrə borc məbləğinin hər ay 100 manat olmaqla ödənilməsi barədə ərizə təmin edilməmişdir. Həmin qərardaddan verilmiş şikayət isə təmin edilməmişdir. Səbail Rayon Məhkəməsinin 8(009)-79/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Borclu və tələbkarın etibarnamə üzrə nümayəndəsi xx.xx.2022-ci il tarixində şöbəyə dəvət edilmiş, lakin borc məbləğinin hissə-hissə ödənilməsi ilə bağlı tərəflər arasında razılıq əldə edilməmişdir. Borclu həmin tarixli izahatında yeni işə düzəldiyini növbəti aylardan 300-500 manat ödəniş edə biləcəyini bildirmişdir. Hazırki tarixədək borclu tərəfindən borc məbləğindən cəmin 370 manat ödəniş edilmiş, icra sənədi üzrə 18645 manat borc mövcuddur. Nəticədə borclu X20 AR İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir. Göstərilənlərə əsasən X11 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edirəm. Sədrlik edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxsə sualların olub olmamasını aydınlaşdırır. Sual daxil olmur. Sədrlik edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə söz verir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Hazırda heç bir yerdə işləmirəm, psixoloji vəziyyətim ilə əlaqədar müalicə alıram, ona görə də maddi vəziyyətim borcu birdəfəlik ödəməyə imkan vermir. May ayında əmək fəaliyyətinə başlayacağam və ondan sonra borcumu ödəyəcəyəm. Bir neçə dəfə Azərpoçt vasitəsilə tələbkara borc məbləğindən hissə-hissə ödəniş etməyə çalışsam da tələbkar həmin ödənişləri qəbul etməmişdi, mən isə maddi vəziyyətim ilə əlaqədar icra sənədini icra edə bilməmişdim. Göstərilənləri nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edirəm. Sədrlik edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə sualların olub olmamasını aydınlaşdırır. Sual daxil olmur. Sədrlik edən tələbkar X2 söz verir. Tələbkar X1 izahatı: aramızda yaranmış borc məsələsi 2 ildir ki, uzanır. Maddi vəziyyətim ilə əlaqədar borcun birdəfəlik ödənilməsini tələb edirəm, lakin borclu bu günədək icra sənədini icra etməmişdir. İcra sənədinin icrasının təmin edilməsini tələb edirəm. Tələbkara suallar verilmir. Sədrlik edən inzibati xəta haqqında iş materiallarını araşdırır. Sədrlik edən proses iştirakçılarından vəsatətlərin olub-olmamasını araşdırır. Vəsatət daxil olmur. Sədrlik edən müşavirə otağına gedir, qayıdıb qərarı elan edir, qərardan şikayət və ya protest vermək hüququ və qaydaları izah olunur. Sədrlik edən məhkəmə iclasını bağlı elan edir. Məhkəmə iclası saat 16:15-də başa çatdı. Protokol 13 aprel 2022-ci il tarixdə tərtib olundu. SƏDRLİK EDƏN: KATİB:
Məhkəmə qərarları › İş №3(009)-1265/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1265/2024
23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver