Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1267/2024 12.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, X1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin 23 aprel 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair X4 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin 23 aprel 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, bildirir ki, Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçisi Ruhin Mehdiyev xx.xx.2023-cü il tarixdə iş vaxtında avtomobilin zərbəsi ilə xəsarət almışdır. İşçinin qeyd olunan xəsarətlərdən dolayı 1 günlük əmək qabiliyyəti itmişdir, hal-hazırda da işçi Ruhin Mehdiyev əmək qabiliyyəti bərpa olunub. Qeyd olunan hadisəyə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X6 Xidmətinin Bakı şəhər İdarəsində inzibati araşdırma başlayıb və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X6 Xidmətinin Bakı şəhər İdarəsinin MN seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Səbail rayon MKTB-nin işçisi Mehdiyev R.Ş. oğlununxx.xx.2023-cü il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə işəgötürən tərəfindən işçilərin iş yerində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsi əsasına görə Azərbaycan Respublikası İXM-nin 199-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdilməsinə görə, barəmdə 1000 manat məbləğində tənbeh növü tətbiq edilmişdir. Qərar ona rəsmi olaraq xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Hesab edir ki, aşağıdakı əsaslara görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X6 Xidmətinin Bakı şəhər İdarəsində inzibati araşdırma başlayıb və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X6 Xidmətinin Bakı şəhər İdarəsinin MN seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı əsassız və qanunsuz olduğuna görə ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Səbail rayon MKTB-nin işçilərinin əməyin mühafizəsi ilə bağlı texniki təhlükəsizlik qaydalarına riayət edilməsi üçün texniki təhlükəsizliyə cavabdeh olan şəxslər tərəfindən qaydalara uyğun qaydada təlimatlandırılırlar. Həmçinin həmin gün Ruhin Mehdiyev də iş yerində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilmişdir, bu qaydalar hər gün də aidiyyəti şəxslər tərəfindən həyata keçirilir. Qeyd etmək istəyir ki, inzibati tənbeh vermə haqqında qərarda qeyd olunan hadisə başqa şəxsin (üçüncü şəxsin) yol hərəkəti qaydalarına riayət edilməməsi ilə, nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması ilə nəticələnən hadisənin törədilməsi ilə nəticələnərək həmin vaxt küçələrin təmizlənməsi işini həyata keçirən piyada Ruhin Mehdiyevi təqsirli hərəkətləri ilə vurmuşdur və bizdə olan məlumata görə dərəcəsi müəyyən edilə bilməyən xəsarət vurmuşdur. Qeyd olunan hadisə başqa şəxsin təqsirli hərəkətləri ilə törədilmişdir. Başqa şəxsin təqsirli hərəkətləri ilə (nəqliyyat vasitəsinin istisman qaydalarının pozulması) törədilmiş inzibati, cinayət və yaxud hansısa hüquqa zidd hərəkətlə bağlı mənim məsuliyyətim istisna edilməlidir. Eyni zamanda bildirir ki, işçi hadisə baş verən gün də sağlam şəraitdə, təhlükəsiz əməyin şəraiti ilə təmin edilmişdir. Səbail rayon MKTB-nin tabeliyində bir çox struktur vahidləri vardır (Mənzil- Kommunal İstismar Sahələri və sairlər). Qeyd olunan hadisə ilə də Səbail rayon MKTB-nin Bibiheybət sahəsi üzrə ərazisinin işçisinə xəsarət vurulmuşdur. Hər bir sahənin özünün vəzifəli şəxsləri vardır. Həmin şəxslər də texniki təhlükəsizlik qaydaları ilə bağlı hazırki iş üzrə üzərlərinə düşəni etmişdirlər. Həmçinin inzibati tənbeh vermə haqqında qərarda qeyd edilmişdir ki, guya onun tərəfindən işçilərin iş yerində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməyi nəticəsində qeyd olunan xəta törədilmişdir. Ancaq hadisə ilə onun təqsirliliyini müəyyən edən səbəbli nəticə əlaqəsi yoxdur. Hansı təqsirli hərəkətləri ilə o qeyd olunan hadisəni törədib? Göründüyü kimi nə inzibati tənbeh vermə haqqında qərarda təqsirli hərəkətləri ilə işçilərin sağlam şəraitdə işlə təmin edilməməsi əsaslandırılmayıb, nə də ki, qeyd olunan hallar sübuta yetirilməyib. Sadəcə əsassız olaraq bir cümlə ilə qeyd edilib ki, işəgötürən iş yerində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməyib.Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 23 aprel 2024-cü il tarixli MN ******* saylı qərarının ləğv edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X7 şikayətini müdafiə edərək, təmin olunmasını və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 23 aprel 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi Nümayəndə şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq, qərarın qanuni və əsaslı olduğunu bildirərək, X4 verdiyi şikayətin təmin olunmamasını və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul 23 aprel 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan 11 mart 2020-ci il tarixli Səbail rayon MKTB-nin peşə təlimatından görünür ki, süpürqəçi prospekt küçə və yolların ortasında və kənarlarındakı yaşıllıq ərazilərinin təmizlənməsi zamanı təhlükəsizlik nişan qoymadan və nəzarətsiz işləmək qadağandır. İş materiallarında olan 23 aprel 2024-cü il tarixli MN ******* saylı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Səbail MKTB-nin işçisi Mehdiyev R.Ş oğlunun xx.xx.2023-cü il tarixdə iş vaxtında xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə işəgötürən tərəfindən işçilərin iş yerində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməmişdir. X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan 11 oktyabr 2023-ci il tarixli Səbail rayon MKTB-nin Bibiheybət qəsəbəsi üzrə təmizlik xidmət sahəsinin briqadiri X3 izahatından görünür ki, xx.xx.2023-cü il tarixdə Mehdiyev R.Ş oğlun bədbəxt hadisə zamanı o, digər sahədə olmuşdur. Belə ki, iş materialları müəyyən edilib ki, Mehdiyev R.Ş yol kənarında briqadir nəzarəti olmadan təmizlik işi görən zaman iş yerində bədbəxt hadisə baş vermişdir. Odur ki, Mehdiyev R.Ş yol kənarında işlədiyi zamanı onun təhlükəsizliyi təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsinə əsasən işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə- yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin Qeyd hissəsində göstərilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin 23 aprel 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 3,12, 21, 76, 84, 128-130, 133-135, 194-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin 23 aprel 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1267/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1267/2024
12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver