Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1268/2023 12.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədova Nərmin Namiq qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X1 iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 19 iyun 2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs 15000.00 İngilis funt sterlinqi vəsaiti 10 iyun 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 15000.00 İngilis funt sterlinqi məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 11 iyun 2023-cü il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X3 protokola etiraz təqdim edərək bildirmişdir ki, inzibati xəta hadisəsi baş verməmiş, 15000.00 İngilis funt sterlinqi avans ödəniş üzrə xidmətlər göstərilmişdir. Köçürmə əməliyyatı aparmış banka əməliyyatın aparılması zamanı təqdim edilmiş 09 iyun 2021-ci il tarixli ödəniş tapşırığından, eləcə də həmin tapşırığın tərtib edilməsinə əsas olmuş xx.xx.2021-ci il tarixli hesab-fakturadan və 03.2021-ci il tarixli müqavilədən də göründüyü kimi Şəxs tərəfindən 10 iyun 2021-ci il tarixində xaricə köçürülmüş 15000.00 ingilis funt sterlinqi məbləğində vəsait barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Universitetlə "THE X2 Ltd" arasında bağlanmış "VİRTUAL QUALİTY EDUCATİON İMPACT FORUM 2021" adlı beynəlxalq tədbirin "Qərbi Kaspi Universiteti" tərəfindən keçirilməsi və bu tədbirə ev sahibliyi edilməsi məqsədilə köçürülmüş məbləğ olmuşdur.Yuxarıda qeyd edilən tərəflər arasında rəsmiləşdirilmiş müqaviləyə əsasən 2021-ci ildə virtual, 2022-ci ildə isə əyani formada keçirilməsi razılaşdırılmış beynəlxalq tədbir üçün Universitet "THE X2 Ltd" təşkilatına ümumilikdə 120.000 (yüz iyirmi min) ingilis funt sterlinqi məbləğində vəsait köçürməli idi. Hazırda barəsində protokol tərtib edilmiş köçürmədən öncə də Universitet tərəfindən sözügedən təşkilata müxtəlif vaxtlarda müqavilə əsasında köçürmələr edilmişdir ki, bu köçürmə də razılıq üzrə həmin köçürmənin davamıdır. Bildirmişdir ki, bütün bu qeyd edilənləri təsdiq edən sənədlər xx.xx.2021-ci il tarixində tərəflərindən bank xidməti göstərən müvafiq banka təqdim edilmişdir. Bunun əksi mümkün deyildir. Çünki həmin sənədlər təqdim edilmədən hər hansı bir bank xaricə köçürmə əməliyyatını aparmır və bu tip əməliyyatları aparmaqdan imtina edirlər. Həmçinin bildirmişdir ki, 19 iyun 2023-cü il tarixli Protokola birlikdə baxılması üçün göndərilmiş sənədlərə nəzər saldıqda aydın olur ki, inzibati xəta haqqında protokolu tərtib edən Mərkəzi Bank tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnə inzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı barəsində hər hansı məlumat verilməmiş və bu barədə hər hansı bir bildiriş göndərilməmişdir. Halbuki səlahiyyətli orqan barəsində inzibati xəta haqqında iş aparılan şəxsi işin aparıldığı yer və vaxt barəsində lazımi qaydada məlumatlandırmaq vəzifəsi daşıyır. Həm inzibati xəta haqqında protokoldan, həm də həmin protokola əlavə edilmiş sənədlərdən də göründüyü kimi protokolu tərtib etmiş Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 61, 64, 100 və 106-cı maddəsinin imperativ tələbləri kobud şəkildə pozulmuşdur. Bu isə tərtib edilmiş protokolun əsassızlığına və qanunsuzluğuna dəlalət etməklə onun ləğv edilməsi üçün bir səbəbdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan ödəniş tapşırığından görünür ki, xx.xx.2021-ci il tarixdə Şəxs tərəfindən 15000.00 İngilis funt sterlinqi məbləğində qabaqcadan ödəniş etməklə xaricə köçürülmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli akta əsasən 15000.00 İngilis funt sterlinqi məbləğində avans ödəniş üzrə xidmətlər təşkil edilmiş və tamamlanmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs tərəfindən 15000.00 İngilis funt sterlinqi məbləğində xarici valyutada olan vəsait köçürmə haqqında ərizəyə əsasən bankda olan hesabından 10 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, həmin köçürmə üzrə 15000.00 İngilis funt sterlinqi dəyərində xidmətlər 2022ci il tarixdə, yəni qanunla müəyyən edilmiş müddətdə xidmətlər göstərilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində xidmətlər göstərildiyi üçün Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinəəsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinəəsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X4 20 fevral 2020-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir”. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyil. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1268/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1268/2023
12.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver