Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-127/2021 11.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru, polis mayoru Rahib Zeynalovun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X2 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Şəki şəhərində anadan olmuş, subay, ünvan 1 ünvanında yaşayan X2 Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən X5 barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan MN seriyalı, ******* saylı, xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X5 xx xxxxxx 2021-ci il tarixdə, saat 22:05 radələrində Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsində polis əməkdaşları ona yaxınlaşmış, lakin o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, X5 xx.xx.2021-ci il tarixdə, saat 22:05-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 2/369 saylı, xx.xx.2021-ci il tarixli sərxoşluq halların bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, X3 orta dərəcəli alkoqol sərxoşluğu aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru, polis mayoru Rahib Zeynalov inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləyərək, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 törətdiyi inzibati xətanı etiraf edərək, bildirmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə, saat 22:05 radələrində Fəvvarələr Meydanında polis əməkdaşları ona yaxınlaşmış maskadan düzgün istifadə etmədiyi üçün cərimə edilən zaman o əsəbləşmiş və bu səbəbdən polis əməkdaşları ilə hündürdən danışdığını bildirmişdir. Sonunda əməlindən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail RPİ-nin Post Patrul Bölüyünün polis nəfəri X6 ifadə verərək bildirmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə, saat 22:05 radələrində Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsində xidmət apardığı zaman digər post patrul xidməti əməkdaşları onları Firuzə restoranının qarşısına köməyə çağırıblar. Ora yaxınlaşanda göz ilə görünən dərəcədə sərxoş vəziyyətdə olan 2 nəfər şəxsin nəlayiq küçə söyüşləri söydüklərini görmüşlər. Onlara yaxınlaşaraq avto patrula əyləşmələrini bildirdikdə polis əməkdaşlarına müqavimət göstərərək qanunun tələblərini pozmuşdur. Bu səbəbdən raport tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail RPİ-nin Post Patrul Bölüyünün polis nəfəri X7 ifadə verərək bildirmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə, saat 22:05 radələrində Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsində xidmət apardığı zaman digər post patrul xidməti əməkdaşları onları Firuzə restoranının qarşısına köməyə çağırıblar. Ora yaxınlaşanda göz ilə görünən dərəcədə sərxoş vəziyyətdə olan 2 nəfər şəxsin nəlayiq küçə söyüşləri söydüklərini görmüşlər. Onlara yaxınlaşaraq avto patrula əyləşmələrini bildirdikdə polis əməkdaşlarına müqavimət göstərərək qanunun tələblərini pozmuşdur. Bu səbəbdən raport tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən haldır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilib, ona cərimə növündə inzibati tənbeh təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İnzibati xəta törətmiş X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (yüz əlli) manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-127/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-127/2021
11.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver