Məhkəmə qərarları › İş №3(009)-1271/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1271/2020

17.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1271/2020 17.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X4 qızının katibliyi, Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsinə əsasən Şəxs MMC (VÖEN **********) barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx xxx 2020-ci il tarixdə tərtib olunmuş 00100-0680/20 saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 km, 6-cı küçə, mənzil 10 ünvanında qeydiyyatda olan “xxxxxxxxxxxx” MMC tərəfindən, avadanlıqlar yükünü xx.xx.2017-ci il tarixli **********5542, **********5567, **********5600, **********5620, **********5635, **********5649, **********5657, **********5664, **********5668 sorğu nömrəli gömrük bəyannamələri ilə “müvəqqəti idxal” xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Malların geriyə qaytarılma öhdəlik müddəti qeyd olunan bəyannamələrdə xx.xx.2018-ci il tarixədək müəyyən edilmişdir. Lakin yüklərin müvəqqəti idxal müddətinin bitməsinə baxmayaraq “xxxxxxxxxxxx” MMC tərəfindən qeyd olunan yüklər vaxtında Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamış, müvəqqəti idxal müddəti qanuna müvafiq qaydada vaxtında uzadılmamış və yaxud digər gömrük proseduru ilə rəsmiləşdirilməmişdir,“xxxxxxxxxxxx” MMC tərəfindən müqavilə üzrə islərin davam etdirilməsi ilə əlaqədar olaraq yuxarıda qeyd olunan malların müvəqqəti idxal müddəti sonuncu dəfə xx/xx/019781 saylı xx.xx.2019-cu il tarixli məktub ilə müraciət edilərək gömrük orqanı tərəfindən xx.xx.2020-ci ilədək uzadılmışdır. Lakin qeyd olunan yüklərin müvəqqəti idxal müddəti xx.xx.2020ci il tarixdə bitsədə, on üç gün sonra malların öhdəlik müddətinin yenidən uzadılması üçün xx/xx/010483 qeydiyyat saylı xx.xx.2020-ci il tarixli məktubla Bakı Bas Gömrük İdarəsinə müraciət olunmuşdur. Bununla da, “xxxxxxxxxxxx” MMC Böyük Britaniyadan müvəqqəti idxal etdiyi və Bakı Bas Gömrük İdarəsində xx.xx.2017-ci il tarixli **********5542, **********5567, **********5600, **********5620, **********5635, **********5649. **********5657, **********5664, **********5668 sorğu nömrəli gömrük bəyannamələri ilə “müvəqqəti idxal” xüsusi gömrük proseduru altında bəyan etdiyi avadanlıqların öhdəlik müddətinin uzadılması ilə bağlı müraciəti on beş günədək müddətə gecikdirilməklə İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində qeyd olunan inzibati xətanı törətdiyi məlum olmuşdur. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi X2, müvafiq sənədləri təqdim edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata Şəxs MMC-nin barəsində tərtib edilmiş protokol üzrə işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, **********5542, **********5567, **********5600, **********5620, **********5635, **********5649, **********5657, **********5664, **********5668 saylı yük gömrük bəyannamələri xx.xx.2017 tarixndə xxxxxxxxxxxx MMC nin adina BİPİ Eksploreyşn (Kaspian Si) Ltd ilə bağlanmış müqavilə əsasında xx.xx.2020-ci il tarixinədək müvəqqəti idxal xüsusi gömrük proseduru altında bəyan edilmiş. Bu YGB-ri hər il Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 193 saylı maddəsinə əsasən müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddəti uzadılmişdir. Cari ilin mart ayında uzadılmanın yenilənməsi üçün tələb olunan sənədlərdən BİPİ Eksploreyşn (Kaspian Si) Ltd tərəfindən xx.xx.2020 tarixli TG/RB/0286.20 saylı məktub alınmışdır. Vergilər Nazirliyi tərəfindən təqdim olunan ƏDV-yə 0 faiz dərəcə ilə cəb oluna sertifikatın vaxtı isə xx.xx.2020 tarixində bitdiyindən yeni sertifikatin alınması üçün müraciət olunmuş lakin Dünyada yayilmiş COVİD 19 pandemiyasi ilə əlaqədar yeni sertifikatin alınması prosesində ləngimə olmuş və yalniz xx.xx.2020 tarixndə yeni ƏDV-yə 0 faiz dərəcə ilə cəb oluna sertifikatı alınmışdır və xx.xx.2020 tarixndə xxxxxxxxxxxx MMC nin xx.xx.2020 tarixli 041/SD saylı müraciət məktubu ilə sözü gedən YGB -in vaxtının uzadılmasına görə Bakı Baş Gömrük İdarəsinə müraciət olunmuşdur. Əlavə məlumat üçün bildiririk ki, halhazırda müvəqqəti idxal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş avadanlıqlar dövlət əhəmiyyətli BİPİ Eksploreyşn (Kaspian Si) Ltd nəzarəti altında olan Şah Dəniz yatağının və digər avadanlıq isə Equinor Qarabağ Azərbaycan şirkətinin nəzarətində olan Qarabağ yatağında olan işlərə cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui- istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri - təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimaitəhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. Hüquq pozuntusunun tərkibinə daxildir: 1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. 2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. 4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Göründüyü kimi hüquq pozuntusunun obyektiv cəhətlərindən biri hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran hüquqazidd əməllə (hərəkət və ya hərəkətsizlik) onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499-cu maddəsinə görə Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmamasına görə, İXM-nin 499.1-ci maddəsinə görə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni, İXM-nin 499.1.1-ci maddəsinə əsasən on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə - fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105, 109.2 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərar təqdim olunduğu və ya alındığı andan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar