Məhkəmə qərarları › İş №3(009)-1274/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1274/2020

30.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1274/2020 30.06.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, X1 Dövlət Əmək Müfəttişliyinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx xxxx 2020ci il tarixli, MN seriyalı ******* nömrəli qərardan verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X1 Dövlət Əmək Müfəttişliyinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx xxxx 2020ci il tarixli, MN seriyalı ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və ona əlavə olunmuş materialları nəzərdən keçirib hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələlərini həll edir. Hazırki iş üzrə məhkəməyə daxil olmuş şikayət ərizəsində şikayətçi Dövlət Əmək Müfəttişliyinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsini xahiş etsə də, həmin qərarın surətini iş materiallarına əlavə etməmişdir. Belə olan halda isə şikayətçinin qeyd etdiyi qərarın həqiqətən də mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Göstərilən hal isə, yəni şikayət verilmiş protokol üzrə qəbul edilmiş qərarın surətinin iş materiallarına əlavə edilməməsi hazırda işin məhkəmə icraatını rədd edən hal kimi qiymətləndirilməlidir. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Naziliyi Komersiya hüquqi şəxslərin Dövlət Reyestrindən Çıxarışa əsasən “xxxxxxxxx” MMC hüquqi şəxsdir və onun direktoru X2r. Şikayətdən isə görünür ki, “xxxxxxxxx” MMC-nin direktoru X4 barəsində Azərbycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzbiati xəta haqqında protokol tərtib edilmiş və o 700 manat məbləğində cərimə edilmişdir . Halbuki, Azərbycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi özü özlüyündə vəzifəli şəxslərin barəsində cərimə edilməsini ehtiva edir. Göründüyü kimi hazırda şikayətçi hüquqi şəxs olsa da, inzibati xəta haqqında protokol vəzifəli şəxs barəsində tərtib edilmişdir. Bununla da, işə baxılarkən aradan qaldırılması mümkün olmayan ziddiyyətlər yaranmışdır. Ona görə də şikayət geri qaytarılaraq həmin ziddiyyətlərin aradan qaldırılması istiqamətində inzibati xəta haqqında protokol tərtib etmiş şəxs tərəfindən araşdırma aparılmalıdır. Həmçinin qeyd edilməlidir ki, İXM-nin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Qanunvericilik inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayətlərin şikayət verən şəxsin yaşayış yeri üzrə rayon məhkəməsində baxılmasını müəyyənləşdirir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129-cu maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edir. İXM-nin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Hazırki işdən isə görünür ki, şikayətçi (“xxxxxxxxx” MMC-nin direktoru) X1 direktoru olduğu MMC-nin hazırki hüquqi ünvanı ünvan 1 mənzil 1-dir, şikayət isə MMC-nin əvvəlki hüquqi ünvanının olduğu yer üzrə məhkəməyə verilmişdir. Qeyd olunmalıdır ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış vəzifəli şəxs şikayəti öz yaşadığı ünvan üzrə verməli olduğu halda, hüquqi şəxsin əvvəlki ünvanının olduğu üzrə məhkəməyə vermişdir. Belə olan halda hazırkı şikayətə Səbail Rayon Məhkəməsində baxıla bilməz. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də, X1 Dövlət Əmək Müfəttişliyinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarından verdiyi şikayəti geri qaytarılmalı, həmçinin şikayətçiyə izah edilməlidir ki, qərarın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128- 129-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 Dövlət Əmək Müfəttişliyinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx xxxx 2020ci il tarixli, MN seriyalı ******* nömrəli qərardan verdiyi şikayət geri qaytarılsın. Qərarın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququnun olması şikayətçi X3 izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar