Məhkəmə qərarları › İş №3(009)-1275/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1275/2024

05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1275/2024 05.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, X1, Nümayəndəsi və vəkili Nümayəndə1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin səlahiyyətli nümayəndəsi X8 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin 06 may 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair X5 vəkili Nümayəndə1 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X5 vəkili Nümayəndə1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin 06 may 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, bildirir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin E.Fətullayevin müraciəti əsasında qəbul etdiyi 06 may 2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında" qərarına əsasən X10 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə vəzifəli şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra "İXM") 192.1-ci maddəsinə müvafiq olaraq 4.000 (dörd min) manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, qərar qanunsuz və əsassızdır. Ona görə də ləğv edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə aparılan şəxs X10 "Pino” proqram təminatının hazırlanması dair zərurət yarandığından X9 ilə bu xidmətin, yəni web developer xidmətinin göstərilməsi üçün qarşılıqlı olaraq razılığa gəlmişdir. X9 özünü bu sahədə peşəkar şəxs kimi təqdim etmişdir. Buna baxmayaraq N.Manafov tam əmin olmadığından sonuncuya hazırlanacaq proqram təminatı ilə bilgilələrini yoxlamaq və əmin olmaq üçün bağlı pilot test tapşırıqları vermişdir. Test tapşırıqları icrası ləngimiş və keyfiyyətsiz olduğu qənaətinə gəlindiyi üçün onun fəaliyyətini bəyənməmiş, qarşılıqlı olaraq xidmətdən imtina barədə təklifini irəli sürmüş və təkidlə ilk gündən olduğu kimi E. Fətullayevə test müddətində sərf etdiyi əməyə görə müqavilə bağlanılıb ödənişin olunması üçün VÖEN və ya şəxsiyyət vəsiqəsinin gətirməsini təklif etmişdir. Lakin, E.Fətullayev test işi üçün pulun nağd verilməsini tələb etmiş və nağd verilməsə şikayət edəcəyini bildirirək hər hansı rəsmi müqavilədən imtina etmişdir. Buna baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin E.Fətullayevin müraciəti əsasında qəbul etdiyi 06 may 2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında" qərarına əsasən X10 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə vəzifəli şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra "İXM") 192.1-ci maddəsinə müvafiq olaraq 4.000 (dörd min) manat məbləğində cərimə edilmişdir. E.Fətullayev X13 Xidmətinə müraciət edərək, bildirmişdir ki, guya web developer xidmətinin göstərilməsi üçün “Koli kargo” şirkətində 22 gün əmək müqaviləsi olmadan işləmişdir. Protokolda isə Əmək Müffətlişliyi ümumiyyətlə cəmi 6 gün kimi hesablama aparmışdır. X2 "xxxx" MMC şirkəti ilə hər hansı əmək müqaviləsi və səlahiyyəti yoxdur. Bundan başqa E. Fətullayev qeyd edir ki, ona başqa işlər tapşırılmış, onların icrasından imtina etmiş, məhz ona görə də işdənskənarlaşdırılmışdır. Və böhtan ataraq vergidən yayınıldığını iddia etmişdir. Sual olunur o, hansı andan işə götürən/işçi münasibətlərində olmuşdur? E.Fətullayevin xidmət göstərməli idi və həmin xidmət başlamadan test tapşırığında X10 narazı qaldığı üçün xidmətin icrasından imtina etmişdir. Əgər E.Fətullayev bu qədər əmək müqaviləsinin bağlanmağının marağında idisə, niyə bunu 22 gün işlədikdən sonra tələb etmək yadına düşmüşdü və pulu niyə israrla nağd tələb edirdi? E.Fətullayev özü də şikayətdə etiraf edir ki, ona xidmətin göstərilməsi həvalə edilmişdir. Eyni zamanda göstərdiyi qısa müddətli xidmətə görə onun haqqının ödənilməsindən X10 imtina etməmişdir, əksinə rəsmi ödəniş etməsi üçün ondan VÖEN və şəxsiyyət vəsiqəsini tələb etmişdir. Məhkəmənin diqqətinə çatdırıram ki, web developer xarakteristikasına uyğun olaraq xidmətdir. Bu sahəni bilən şəxslər tərəfindən bu xidmət icra edilir. Vəkilin müvəkkilinə hüquqi xidmət göstərməsi kimi. Qərarın dəlilləri tam qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir: Şirkət ilə E.Fətullayev arasında əmək münasibətləri deyil, mülki hüquq münasibətləri olmuşdur. a) Hər iki Müqavilə bərabər hüquqlu tərəflər arasında bağlanılmışdır və Müqavilələrin predmetini "Pino Proqram” təminatının hazırlanması xidməti təşkil edir. Əmək münasibətləri yazılı qaydada bağlanılmalı olan əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazıh müqavilədir. Əmək Məcəlləsi ilə əmək münasibətlərinə verilmiş anlayışa əsasən, bu münasibətlərin xarakterik cəhətləri olaraq, ilk növbədə, bir tərəfin fiziki şəxs olması, onun, yəni işçinin müəssisə daxili intizam qaydalarına tabe olması, əmək müqaviləsi üzrə şərtləşdirilmiş əmək funksiyalarını müvafiq iş yerində şəxsən yerinə yetirməsi çıxış edir. Münasibətlərin digər subyekti olan işəgötürən isə işçini müvafiq işlə, habelə sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin etməli və onun əməyinin qarşılığını (əmək haqqını) ödəməlidir. Əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyəttabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s. ilə mülki münasibətlərdən fərqlənir. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır. Əmək münasibətlərindən fərqli olaraq, mülki hüquq münasibətləri isə əsasən istər hüquqi, istərsə də faktiki cəhətdən tərəflərin bərabərliyinə əsaslanan münasibətlərdir və mülki qanunvericiliyin təməl prinsiplərindən biri olaraq mülki hüquq subyektlərinin bərabərliyi qəbul edilmişdir. Məhz bu səbəbdəndir ki, mülki münasibətləri tənzimləyən mülki hüquq normaları mahiyyətcə daha çox dispozitiv xarakterli olmaqla, tərəflərin azad iradə ifadəsi ilə müəyyən etdikləri müqavilə şərtləri üzrə tənzimetməyə üstünlük verir. Mülki-hüquqi müqavilələrin predmetiyerinə yetiriləcək işin və ya xidmətin nəticəsidir. Əmək münasibətlərinin predmetini isə işçinin əmək fəaliyyəti təşkil edir. İşçinin əmək fəaliyyəti müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olduğu halda, mülki- hüquqi müqavilələrdə icraçının fəaliyyəti, adətən müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olmadan, birdəfəlik və ya dövrü xarakter daşıyır”. Bundan başqa E.Fətullayevin iş rejimi, iş qrafiki olmamışdır. Bundan başqa E.Fətullayev göstərdiyi xidmətlər qarşılığında qaimə təqdim etməli idi. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, "Əmək Məcəlləsinin 70-ci maddəsi isə əmək müqaviləsinin məhz işəgötürən tərəfindən ləğv olunmasının əsaslarını müəyyən etmişdir. Göründüyü kimi, işçi ilə əmək müqaviləsi yalnız onunla əmək müqaviləsini bağlamış işəgötürən tərəfindən qanunvericiliyə müvafiq olaraq ləğv oluna bilər”. Bundan əlavə, Konstitusiya Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli Qərarına əsasən, "Mülki-hüquqi müqavilələr müddətli və ya nəzərdə tutulan işin və xidmətin nəticəsi gözlənilən tarixədək bağlandığı halda, əmək müqavilələri müddətsiz və yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda müddətli bağlanır”. Konstitusiya Məhkəməsi 20 oktyabr 2023-cü il tarixli Qərarında bildirmişdir ki, "...Mülki müqavilə tərəfləri qismində istər fiziki, istərsə də hüquqi şəxslər çıxış edə bildiyi halda, əmək müqaviləsində bir tərəf (işçi) yalnız fiziki şəxs olur və bu münasibətlərin əsasında müstəsna olaraq fiziki şəxsin əməyi durur...Əmək müqavilələrində işçi əmək funksiyasım şəxsən icra etməli və işəgötürəndən əmək funksiyası ilə bağlı daxil olan tapşırıqları yerinə yetirməli olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçı müqavilədə müəyyən olunan formada nəticə ilə yekunlaşan konkret işi və ya xidməti yerinə yetirməlidir". Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair" 17 iyul 2023-cü il tarixli Qərarında qeyd etmişdir ki, "...Belə ki, əmək hüququnda yalnız vurulmuş faktiki (həqiqi) ziyanın ödənilməsi nəzərdə tutulur, işçi yalnız qanunda nəzərdə tutulmuş hallarda tam maddi məsuliyyətə cəlb olunur. Bir qayda olaraq, işçi bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Qeyd edilən Konstitusiya Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, "Əmək müqavilələrində işçi müəssisədaxili intizam qaydalarına və iş vaxtı rejiminə mütləq tabe olduğu və onları pozduqda intizam tənbehinə məruz qaldığı halda, mülki-hüquqi müqavilələr üçün bu cür tənbehlər xas deyil...Beləliklə, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun, sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti göstərməklə, müqavilənin daha zəif və asılı tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alındığı halda, mülki hüquq normaları, əsasən tərəflərin bərabərliyinə, mənafelərinin qarşılıqlı təmin olunmasına əsaslanır”. N.Manafov ilə E.Fətullayev arasındakı əməkdaşlıq hər iki tərəfin sərbəst iradəsi əsasında bağlanılmış xidmət müqaviləsi çərçivəsində mülki hüquq münasibətləri olub əmək münasibətlərindən kəskin şəkildə fərqlənməkdədir. 2) İdarə obyektiv və tam araşdırma aparmadan qərar qəbul etmişdir. Belə ki, İdarə tərəflər arasında mülki yoxsa əmək münasibətinin olub-olmaması ilə bağlı tam araşdırma aparmamış, təqdim olunan iş materialları qeyri-obyektiv qiymətləndirmişdir. İdarənin araşdırma aparan zaman aşkar etdiyi halların heç biri N.Manafov ilə E.Fətullayev arasında mülki yox məhz əmək münasibətinin olmasım təsdiqləyəcək hüquqi əsası yoxdur. Bundan əlavə, N.Manafov sənədlərlə tanış olmadan və iştirakı olmadan iş üzrə materialları qiymətləndirmiş və protokol tərtib etmişdir. İş materialları heç bir vaxt N.Manafov-a rəsmi tələbi də olsa, göndərilməmişdir. Azərbaycan Respublika Konstitusiya Məhkəməsinin Plenumu 20 oktyabr 2023-cü il tarixli Qərarında işin faktiki hallarının qiymətləndirilməsinin əhəmiyyətini vurğulamışdır. Qərarda Konstitusiya Məhkəməsi bildirmişdir ki, "...Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin olub olmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir". Buna baxmayaraq, İdarə sadəcə E.Fətullayevin irəli sürdüyü “dəlillər”ə istinad edərək araşdırma aparmış, tərəflər arasındakı münasibətin faktiki halları və Müqavilələrin xarakterini obyektiv qiymətləndirməmiş və nəticədə tərəflər arasında əmək münasibətlərinin olduğu qənaətinə gəlmişdir. E.Fətullayev tərəfindən istinad olunan mənbəyi bəlli olmayan “Whatsapp” mobil tətbiqi vasitəsilə aparılan yazışmalar mötəbər sübut olaraq qəbul edilə bilməz. Avropa İnsan Hüquqları Mfehkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Xüsusil qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 06 may 2024-cü il tarixli MN ******* saylı qərarının ləğv edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X10 şikayətin təmin olunmasını və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 06 may 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi və vəkili Nümayəndə1 şikayət ərizəsinə uyğun izahat verərək, şikayətin təmin olunmasını və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 06 may 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi X12 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq, qərarın qanuni və əsaslı olduğunu bildirərərk, X5 verdiyi şikayətin təmin olunmamasını və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul 06 may 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 06 may 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, vətəndaş X9 fiziki şəxs X5 tərəfindən “əmək müqaviləsi” Əmək Məcəlləsində nəzərdə tutulan qaydada hüquqi qüvvəyə minmədən xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərində 18.12.203-cü il tarixdə developerproqramist vəzifəsində işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan vots ap çıxarışından görünür ki, 01 dekabr 2023-cü il tarixdə X10 və X6 arasında olan sms yazışmada X20 Manafovdan altıncı günlər iş günü olub olmamasını soruşmuş, Nicat Manafov cavab olaraq altıncı gün iş günü olduğunu və Emil Fətullayevin işə gəlməsini bildirmişdir. Habelə sms yazışmada X4 anbarda işləmək ilə bağlı öz etirazını bildirmiş, Nicat Manafov isə bu komanda ruhu və koməklik olduğunu cavab olaraq ona bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmədə X10 və X6 arasında olan sms yazışmanın araşdırma zamanı X10 yazışmanı ona məxsus olduğunu təsdiq etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X10 tərəfindən “əmək müqaviləsi” Əmək Məcəlləsində nəzərdə tutulan qaydada hüquqi qüvvəyə minmədən xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərində 18.12.203-cü il tarixdə developer-proqramist vəzifəsində işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Beləliklə də, X5 vəzifəli şəxs olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddənin tələblərinin pozaraq inzibati xətanı törətməsi faktı iş materialları ilə sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin Qeyd hissəsində göstərilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin 06 may 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 3,12, 21, 76, 84, 128-130, 133-135, 194-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 vəkili Nümayəndə1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin 06 may 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar