Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1280/2020 30.06.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakimi Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Məmmədova Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1994-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmayan, Salyan rayonu, Yeddi Oymaq kəndində qeydiyyatda olan, müvəqqəti olaraq Bakı şəhəri, Badamdar qəsəbəsi ,3-cü yaşayış massivi, özbaşına tikilidə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Səbail rayon Polis İdarəsinin 41-ci PB-dən daxil olmuş inzibati xəta haqqında protokola əsasən Şəxs xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində 41-ci PB-nin əməkdaşlarının Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində baş vermiş oğurluq hadisələri ilə bağlı həmin ərazidə xidmət apararkən onların qanuni tələblərinə tabe olmamış, tabesizlik göstərərək qaçmışdır və polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə gətirilmişdir. Bununla da Şəxs AR İXM-nın 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş şəxs Şəxs özünü inzibati xəta törətməkdə təqsirli bilərək göstərmişdir ki, o, Salyan rayonu, Yeddi Oymaq kəndində qeydiyyatda olsa da, Bakı şəhərində rəngsazlıqla məşğul olur və müvəqqəti olaraq 3-cü yaşayış massivində yerləşən evdə həm yaşayır , həm də ona nəzarət edir. xx.xx.2020-ci il tarixdə saat 19:00 radələrində həmin ərazidə polis işçilərini görüb onların çağırışına məhəl qoymadan qaçmış, polis işçiləri qaçaraq onu saxlamış və bölməyə gətirmişlər. Polis əməkdaşlarından qaçmağının səbəbi iki saat əvvəl psixatrop maddə qəbul etməsi olmuşdur. Onun yaşadığı evə Aslan adlı şəxs xalası oğlunun əmlakı adından bir neçə əşya gətirib qoymuşdur. Həmin əşyaların oğurluq olmasını bilməmişdir və o, oğurluq hadisəsində iştirak etməmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə inzibati xəta törətmiş şəxsin izahatını və şahid ifadəsini dinləyib və inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs əməlində AR İXM-nın 535.1-ci maddəsinin tərkibi mövcuddur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 göstərmişdir ki, o sahə inspektorudur. xx.xx.2020-ci il tarixdə saat 19:00 radələrində Səbail RPİ-nin 41-ci Polis Bölməsinin inzibati ərazisində xidmət aparan zaman 3-cü yaşayış massivində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar həmin ərazidə özünü şübhəli aparan bir şəxs görmüş, həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərkən, həmin şəxs onların qanuni tələblərinə tabe olmayaraq qaçmağa başalmışdır. Digər polis əməkdaşı Aqil Sadıqov qaçaraq onu saxlamış, həmin şəxs polis bölməsinə dəvət olunmuş, orada şəxsiyyyətini müəyyən edilmiş və bu barədə müvafiq raport tərtib etmişlər. Beləliklə tərtib edilmiş protokolla, raportla və məhkəmə iclasında verilmiş ifadə ilə Şəxs inzibati xətanı törətməsi faktı tam sübuta yetirilir. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müzakirə edərkən məhkəmə aşağıdakı qənaətə gəlir. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inizbati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inizbati xəta törədən şəxsin şəxsiyyətini və işin faktiki hallarını nəzərə alaraq Şəxs AR İMX-nın 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh verilməsini məqsədə uyğun hesab edir. Məhkəmə həmçinin hesab edir ki, inzibati qaydada tutmanın əvvəli Şəxs faktiki tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən 20:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4, 114- 115-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən saat 20:00-dan hesablansın. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №3(009)-1280/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1280/2020
30.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver