Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1282/2020 03.07.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Naxçıvan MR-sı, Culfa rayonu, Ərəfsə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Naxçıvan MR-sı, Culfa rayonu, Göydərə ərazi dairəsi, Göydərə kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən “Sahil” plazanın qarşısında YPX əməkdaşları dövlət nömrə nişansız “Yamaha” markalı motosiklı saxlayıb sənədlərini yoxlayan zaman sürücü Şəxs polis işçisinin qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında BB005456 nömrəli, xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 17:48-də inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru, polis mayoru X2 izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 17:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən “Sahil” plazanın qarşısında YPX əməkdaşları dövlət nömrə nişansız “Yamaha” markalı motosiklı saxlayıb sənədlərini yoxlayan zaman sürücü polis işçisinin qanuni tələblərinə tabe olmamış, qaçmağa cəhd göstərdiyindən polis əməkdaşları tərəfindən saxlanılaraq 9-cu polis bölməsinə gətirilmişdir. Bölmədə həmin şəxs özünü Şəxs kimi təqdim etmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən “Sahil” plazanın qarşısında YPX əməkdaşları onu “Yamaha” markalı motosiklı dövlət nömrə nişansız idarə etdiyi üçün saxlayıb sənədlərini yoxlayan aralarında söz mübahisəsi olmuş və bu zaman o, polis işçisinin qanuni tələblərinə tabe olmamışdır. Hazırda əməlindən səmimi peşman olduğunu, eləcə də bir daha belə inzibati xətaya yol verməyəcəyini bildirərək onun barəsində yüngül inzibati tənbeh növü seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin DYPİ-nin YPXA-nın MEBnin YPX inspektoru X5 izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 17:00 radələrində o və xidmət yoldaşı X6 Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən “Sahil” plazanın qarşısında dövlət nömrə nişansız “Yamaha” markalı motosiklı saxlayıb sənədlərini yoxlayan zaman sürücü onların qanuni tələblərinə qəsdən tabe olmamış, onlarla uzun müddət mübahisə etmiş, əl-qol hərəkətləri edərək hadisə yerindən qaçmağa cəhd göstərmişdir. Lakin həmin şəxs saxlanılaraq Səbail RPİ-nin 9-cu polis bölməsinə gətirilmişdir. Bölmədə həmin şəxs özünü Şəxs kimi təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin DYPİ-nin YPXA-nın MEBnin YPX inspektoru X6 şahid X3 ifadəsinə uyğun izahat vermişdir. Məhkəmə iclasında iş materiallarındakı CD diskdə olan video-görüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən “Sahil” plazanın qarşısında YPX əməkdaşları dövlət nömrə nişansız “Yamaha” markalı motosiklı saxlayıb sənədlərini yoxlayan zaman sürücü Şəxs polis işçisinin qanuni tələblərinə tabe olmamış, YPX inspektoruna qarşı əl-qol hərəkətləri edərək fiziki güc tətbiq etməklə onlarla uzun müddət mübahisə etmiş, hadisə yerindən qaçmağa cəhd göstərmişdir. Məhkəmə proses iştirakçılarının və şahidlərin izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 32.1.1-ci maddələrinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən haldır. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən “Sahil” plazanın qarşısında YPX əməkdaşları dövlət nömrə nişansız “Yamaha” markalı motosiklı saxlayıb sənədlərini yoxlayan zaman sürücü Şəxs polis işçisinin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə, Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halı, eləcə də xidmətdə olan polis əməkdaşına qarşı əl-qol hərəkətləri edərək fiziki güc tətbiq etməklə onlarla uzun müddət mübahisə etməsini nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etmir və onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsinin qanuni, əsaslı və ədalətli olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən, saat 17:48-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 20 (iyirmi) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən, saat 17:48-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılma məntəqəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №3(009)-1282/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1282/2020
03.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver