Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1282/2023 05.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Bakı şəhəri Səbail Rayon İcra şöbəsinin icra məmuru X1, Zərəçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxxxx 1975-ci il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş 22 iyun 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-1282/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Həmin qərardan narazı qalan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1471/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 3(009)-1282/2023 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Səbail rayon icra şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, borclu Şəxs borcun ödənilməsini təmin etmir. Ona olan borcunu tam ödənilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə vəsatət ünvanlayaraq bildirmişdir ki, səhhətində yaranmış xəstəliklərlə əlaqədar müxtəlif vaxtlarda müalicə almaq məcburiyyətində qalmışdır ve maddi imkansızlıqdan borcu tam ödəyə bilməmişdir. Lakin yaranmış vəziyyətə baxmayaraq bacısının köməyi sayəsində borcun 400 manat, 200 manat, 100 manat, 50 manat, 50 manat və 400 manat hissəsini ödəyə bilmişdir. Bundan əlavə əmək haqqında tutulma aparılmış cəmi məbləği bilmir. Məhkəmə qərarın icrasına hörmətlə yanaşaraq borcu tam qaydada ödəmək imakı olmadığından xx.xx.2023-cu il tarixdə Səbail icra şöbəsinə ərizə ilə müraciəti olmuş və Elnarə Axundova barəsində icra sənədini qalan borc məbləğinin əmək haqqısından tutulmasını şəxsən xahiş etmişdir. İcra məmurunun tələbi əsasında əmək haqqından tutulmasına göstəriş verilmişdir. Hazırda əmək haqqının hər ay 25% hissəsi Elnarə Axundovanın xeyrinə tutulur. Bakı şəhər Nərimanov rayon 34 saylı orta məktəbdə müəllimə işləyir. Aylıq əmək haqqısı 396 manat 67 qəpikdir. Onun digər yerdən gəliri yoxdur. Qeyd edilənlərin nəzərə alınmasını və işə onun iştirakı olmadan baxılmasını xahiş edir. Məhkəmə icra məmurunun zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12074/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu Şəxs 9266,67 manat borc məbləği tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-144/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Şəxs məcburi qaydada Səbail rayon İcra Şöbəsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-14/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Şəxs Azərbaycan Respublikası ərazisindən kənara sərbəst surətdə getmə hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, borclu Şəxs borcundan 22 iyun 2023-cü il tarixdə 400 (dörd yüz) manat ödəniş etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Apellyasiya məhkəməsinin 2(103)-12074/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu Şəxs 9266,67 manat borc məbləği tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qərara alınmışdır. İcra sənədi Bakı şəhəri Səbail rayon İcra şöbəsinə daxil olmuş və şöbə tərəfindən icraata başlanılmışdır. Hazırda Şəxs əmək haqqının 25 faizi məbləğində pul tutularaq tələbkara ödənilir. xx.xx.2023-cü il tarixdə Şəxs borcundan 400 (dörd yüz) manat ödəniş etmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibini yaradır. Hazırki işdən müəyyən edilmişdir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Borclu öz borcunu etiraf edir və mütəmadi ödənişlər etməyi öz öhdəsinə götürür. Habelə məhkəməyə təqdim edilmiş qəbzlə borclunun 400 manat məbləğində ödəniş etdiyi müəyyən olunur ki, qeyd olunanlar Şəxs hərəkətlərinin qərəzli olmadığını göstərir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd edilməlidir ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan borclu Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət şəxsin əməlində yoxdur. Yəni, məhkəmə qərarının icra edilməməsinə Şəxs psixi münasibəti qərəzli olmamışdır. Belə olan halda, konkret müəyyənləşdirilməmiş hansısa qeyri-müəyyən hərəkətin edilməməsinə görə şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi qanunsuzdur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 53, 114-115, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1282/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1282/2023
05.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver