Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1283/2020 03.07.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Səbuhi Əhmədovun, Zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Səbuhi Əhmədov tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol Məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Səbuhi Əhmədov bildirmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-6351/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməli, aliment məbləği xx.xx.2019-cu il tarixdən hesablanılmalıdır. İcra sənədi xx.xx.2019-cu il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə aidiyyəti təşkilatlara sorğu ilə müraciət edilmişdir. Şəxs yaranmış aliment borcunun onun əmək haqqının 70 faizindən tutulması üçün xx.xx.2019-cu il tarixli təkliflə 132-134 nömrəli Təhsil Kompleksinə müraciət olunmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyi 132-134 nömrəli Təhsil Kompleksi tərəfindən daxil olmuş xx.xx.2020-ci il tarixli məktubda Şəxs xx.xx.2019-cu il tarixində öz xahişi ilə işdən azad edildiyi və aliment üzrə borcundan cəmi 365 manat tutulduğu göstərilmişdir. Borclu Şəxs xx.xx.2020-ci il tarixli izahatında aliment borcunu ödəyə bilmədiyini, ödəməməyinin səbəbini ölkədə baş verən “covid-19” pandemiyası ilə bağlı işsiz olduğunu qeyd etmişdir. Tələbkar X2 xx.xx.2020-ci il tarixli ərizə ilə şöbəyə müraciət edərək 700 manat aliment borcunun olduğunu bildirmişdir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X2 bildirmişdir ki, borclu Şəxs ona ödəməli olduğu aliment borcundan 100 manat ödəniş etmiş və qalan borcun ödənilməsi ilə bağlı ona vaxt verməklə razılığa gəldiklərini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, o, məhkəmə qərarına hörmətlə yanaşır və borcu ödəməkdən yayınmır, lakin karantin rejimi olduğundan qazancı olmamış, bu səbəbdən borcundan ödəniş edə bilməmişdir. Hazırda aliment borcundan 100 manat ödədiyini, qalan borcun ödənilməsi üçün ona vaxt verilməklə tələbkarla razılığa gəldiyini bildirmiş və iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 2(001)-6351/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməli, aliment məbləği xx.xx.2019-cu il tarixdən hesablanılmalıdır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, borclu Şəxs borcundan xx.xx.2020-ci il tarixdə 100 (yüz) manat ödəniş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6351/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməli, aliment məbləği xx.xx.2019-cu il tarixdən hesablanılmalıdır. İcra sənədi Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinə daxil olmuş və şöbə tərəfindən icraata başlanılmışdır. X4 əldə olunmuş məlumata əsasən borclunun adına daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Hazırda (xx.xx.2020-ci il tarixdə) Şəxs borcundan 100 (yüz) manat ödəniş etmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə İXM-nin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulduğunu, xx.xx.2020-ci il tarixdə Şəxs borcundan 100 (yüz) manat ödəniş etməsini, eləcə də hazırda borclunun yaşadığı şəhərin ərazisində xüsusi karantin rejiminin müəyyən edildiyini nəzərə alaraq, Şəxs izahatında göstərdiyi “hazırda qazancı olmadığı üçün aliment borcunu ödəyə bilmədiyi” dəlilini ağlabatan hesab edir və belə qənaətə gəlir ki, xüsusi karantin rejimi səbəbi ilə işləmədiyini və qazancının olmadığı, bu səbəbdən də aliment borcunu ödəyə bilmədiyini, məhkəmə araşdırması zamanı borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsin əəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddələrinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №3(009)-1283/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1283/2020
03.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver