Məhkəmə qərarları › İş №3(009)-1284/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1284/2020

03.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1284/2020 03.07.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru, polis mayoru X6, Zərərçəkmiş şəxslər X2 və X5, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə X1 pul xırdalamaq adı ilə 100 manat, xx.xx.2020-ci il tarixdə X3 pul xırdalamaq adı ilə 50 manat almaqla dələduzluq etmişdir. İş materiallarında olan Səbail RPİ-nin 8-ci PB-nin baş təhqiqatçısı, polis baş leytenantı Rahib Cəfərov tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qərarlarla fakt üzrə cinayət işi başlanması rədd edilmişdir. Həmin qərarların təsviri hissəsindən görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə X1 pul xırdalamaq adı ilə 100 manat, xx.xx.2020-ci il tarixdə X3 pul xırdalamaq adı ilə 50 manat almaqla dələduzluq etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru, polis mayoru X10 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləyərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X4 izahatında bildirmişdir ki, xx.xx.2020ci il tarixdə, saat 14:30 radələrində satıcı kimi işlədiyi, Səbail rayonu, Q.Abbasov küçəsi 40 yerləşən “Tort ləvazimatları” dükanında olan zaman bir nəfər tanımadığı şəxs dükana daxil olmuş, həmin şəxs ondan 100 manat pulu 20 manatlıqlarla xırdalamasını istəmiş, o, da həmin şəxsə beş ədəd 20 manatlıq əskinaz verdikdən sonra onun fikrinin yayınmasından istifadə edərək dükanı tərk edərək çıxıb getmişdir. Göstərdiklərini nəzərə alaraq Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X7 izahatında bildirmişdir ki, xx.xx.2020ci il tarixdə, saat 11:30 radələrində icarə əsasında işlətdiyi Səbail rayonu, A.İsmayılov küçəsində yerləşən “Faberlic” dükanında olan zaman bir nəfər şəxs ona yaxınlaşaraq 50 manatı xırdalamasını istəmiş, o, da həmin şəxsə beş ədəd 10 manatlıq əskinaz verdikdən sonra onun fikrinin yayınmasından istifadə edərək dükanı tərk edərək çıxıb getmişdir. Göstərdiklərini nəzərə alaraq Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edərək, əməlindən səmimi peşman olduğunu, eləcə də hazırda dəymiş 50 manat zərəri ödədiyini, 100 manat zərəri isə maddi vəziyyəti düzəldiyi halda dərhal ödəyəcəyini nəzərə alaraq, onun barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli Səbail RPİ-nin ÇPA-nın 4-cü PB-nin polis nəfərləri S.Rzayev, M.Yaqubov, 8-ci PB-nin təhqiqatçısı Y.Rüstəmov tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 12:00 radələrində Səbail rayonu, A.İsmayılov küçəsində xidmət aparan zaman bir nəfər şəxsin onlara yaxınlaşaraq işlədiyi mağazada pul xırdalamaq adı ilə onu aldadıb pulunu almağa cəhd etdiyini bildirmiş, bu zaman onlar həmin şəxsin taksiyə minərək ərazidən uzaqlaşdığını görmüşlər, onlar da, həmin şəxsi təqib edib taksini saxlamış, həmin şəxs taksidən enib qaçmağa cəhd edərkən saxlanılaraq saat 12:30 radələrində Səbail RPİ-nin 8-ci PB-yə gətirmişlər. Bölmədə həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 32.1.1-ci maddələrinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. (32.2) Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə X1 pul xırdalamaq adı ilə 100 manat, xx.xx.2020-ci il tarixdə X3 pul xırdalamaq adı ilə 50 manat almaqla dələduzluq etmişdir. İş materiallarında olan Şəxs məxsus portaldan çıxarışdan görünür ki, o, müxtəlif vaxtlarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 178.1 və 180.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur. Məhkəmə, Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etmir və onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsinin qanuni, əsaslı və ədalətli olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Soltanov X9 Xətalar Məcəlləsinin 227ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati həbs tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən, saat 12:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) ay müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən, saat 12:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılma məntəqəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar