Məhkəmə qərarları › İş №3(009)-1285/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1285/2021

21.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1285/2021 21.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Şikayət verən şəxs X1 iştirakı ilə, X1 DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 25.05.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X2 şikayətlə məhkəməyə müraciət edərək mülkiyyətində olan “Hyundai Accent” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə bağlı Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin EQ ******* saylı, 25.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 şikayətini müdafiə edərək mülkiyyətində olan “Hyundai Accent” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə bağlı Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin EQ ******* saylı, 25.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətçini dinləyib, şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib, hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 25.05.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında inzibati qərardan görünür ki, X3 25.05.2021-ci il tarixdə, saat 15:43 radələrində idarə etdiyi “Hyundai Accent” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Fəthi Xoşqinabi küçəsində hərəkətdə olarkən yolda müəyyən edilmiş hərəkət surətini 21 km/saat həddində aşdığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilərək 50 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi inzibati tənbeh vermə haqqında elektron qərar “Hyundai Accent” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 barəsində çıxarılmışdır. Hazırki işdə isə həmin qərarlardan şikayət X3 tərəfindən deyil, barəsində heç bir inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilməmiş şəxs X2 tərəfindən verilmişdir. Halbuki, X1 həmin qərardan şikayət vermək üçün subyektiv hüququ yoxdur. Yəni həmin qərardan yalnız barəsində qərar çıxarılmış şəxsin şikayət vermək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 25.05.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət vermək üçün subyektiv hüququ müəyyən edilmədiyindən şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 118 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 25.05.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında inzibati qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar