Məhkəmə qərarları › İş №3(009)-1286/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1286/2023

06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1286/2023 06.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 16 iyun 2023-cü il tarixli 00100-01498/** EP ***9539 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/011406 saylı xx.xx.2023-cü il tarixli raporta əsasən, "xxxx" MMC-nin ünvanına Türkiyə Respublikasının “X9 Kimya San. Ve Tic. A.Ş.” şirkətindən 03BK432/99ZX598 nişanlı yük avtomaşınında xx.xx.2023-cü il tarixli, S**********00461 nömrəli invoys sənədi ilə daxil olmuş mallar xx.xx.2023-cü il tarixli, **********8855 sorğu nömrəli gömrük bəyannaməsi Baş Gömrük İdarəsində bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair təqdim edilmiş mal-müşayiət sərhədlərinin düzgünlüyünün araşdırılması zamanı malların XİFMN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədi ilə X2 İdarəsinə 1400- 012/0xx-xx/004461 nömrəli xx.xx.2023-cü il tarixli məktubla müraciət olunmuş, həmin İdarədən Bakı Baş Gömrük İdarəsinə göndərilmiş 2200-015/002- 361 nömrəli xx.xx.2023cü il tarixli cavab məktubuna əsasən ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs MMC-nin ünvanına S**********00461 nömrəli xx.xx.2023-cü il tarixli invoys sənədinin 1-6, 11-31, 44-52, 72-77-ci mövqeləri üzrə idxal olunan yükdən təgdim edilmiş nümünələr XİFMN-ə görə aşağıdakı kimi sinifləşdirilir. **********0461 nömrəli invoysun 3214 10 900 0 XİF MN kodunun 1-ci mövqeyi üzrə malin adı X5 4+1 X8 Gri” adlı, pigment, akril polimeri, butil asetat (CAS 123-86-4), ksilol (CAS 1330-20-7), talk (CAS 14807-96-6), kalsium karbonat (CAS 471-34-1) əsaslı, avtomobil təmirində istifadə olunan, yüksək doldurucu xüsusiyyəti olan ikikomponentli tərkibin əsas komponenti, 3208 20 900 0 XİF MN kodunun 2,3 və 11-29- mövqeləri üzrə malın adı “X5 2K X13 X10-040” , “X52K X13 X11 R389”, “X5 2K X13 İnci rura aöU691/BD3510”, “X5 2K X13 X14 XSC691/D1/BD3510”, “X5 2K X16 Beyaz”, “X5 2K X13 Moloçno Belaya LADA- 201” , “X5 2K X13 BMW Alpinweiss”, “X5 2K X13 Belaya Oblaka LADA-240”, “X5 2K X13 Beyaz Fİ-249”, “X5 2K X13 KİA UD Clear White", “X5 2K X13 Beyaz MB9147”, “X5 2K X13 Safir LADA-215”, “X5 2K X13 Visne LADA 127”, “X5 2K X13 İsuzu Kırmızısı K567”, “X5 2K X13 Ultramarin mavi RAL5002”, “X5 2K X13 Siyah Fİ601”, “X5 2K X13 X12 EB”, “X5 2K X13 Siyah VWL041”, “X5 2K X13 Mercedes SCHWARZ” adlı, piqment, polimetilmetakrilat (CAS 9011-14-7), metil akrilat (CAS96-33-3), butil asetat (CAS 123-86- 4), etilbenzol (CAS100-41-4), ksilol (CAS 1330-20-7) əsaslı əsas komponentdən və “X5 2K Sertleştirici yavaş” adlı, heksametilen diizosianat (CAS822-06-0), etilbenzol (CAS 100-41-4), butil asetat(CAS 123-86-4) əsaslı sərtləsdiricidən ibarət, susuz mühitdə dispersləşdirilmişıikikomponentli boyalar, 3208 12 900 0 XİF MN kodunun 2,3 və 30-cu mövqeyi üzrə malin adı “X5 X6” adlı, polimetilmetakrilat (CAS 9011-14-7), metil akrilat (CAS 96-33-3), butil asetat (CAS 123-86-4), ksilol(CAS 1330-20-7) və ftalatlar əsaslı əsas komponentdən və “X5 2K Sertleştirici yavaş” adlı, heksametilen diizosianat (CAS822-06-0), etilbenzol (CAS 100-41-4), butil asetat (CAS 123-86-4) əsaslı sərtləsdiricidən ibarət, susuz mühitdə dispersləşdirilmiş ikikomponentli lak, 3208 20 900 0 XİF MN kodunun 4,6 və 31-ci mövqeyi üzrə malin adı“X7 Clear 2K Akrilik Vernik” adlı, polimetilmetakrilat (CAS 9011-14-7), metil akrilat(CAS 96-33-3), butil asetat (CAS 123-86- 4), ksilol(CAS 1330-20-7) və ftalatlar əsaslı əsas komponentdən və “X7 Universal 2K Sertleştirici” adlı, heksametilen diizosianat (CAS 822-06-0), etilbenzol (CAS 100-41-4), butil asetat (CAS 123-86-4) əsaslı sərtləsdiricidən ibarət susuz mühitdə dispersləşdirilmiş ikikomponentli lak, 3208 20 900 0 XİF MN kodunun 44-cü mövqeyi üzrə malin adı “X3 Plus ММ A273” adlı, piqment, polimetilmetakrilat (CAS 9011-14-7), metil akrilat (CAS 96- 33-3), butil asetat (CAS 123-86-4), 3208 90 990 0 XİF MN kodunun 45-ci mövqeyi üzrə malin adı “X4 Plus MM Q191” adlı, selüloza asetobutirat (CAS 9004-36-8), ksilol (CAS330-20-7), butil asetat (CAS 123-86-4), etilbenzol (CAS 100-41-4) və ftalatlar əsaslı, susuz mühitdə dispersləşdirilmiş baza emalı 46 və 52-ci mövqeyi üzrə malin adı “X4 Plus MM Q232”, “X4 Plus MM Q328”, “X4 Plus ММ Q564", “X4 Plus MM Q652”, "X4 Plus MM Q671”, “X4 Plus MM Q725”, “X4 Plus MM Q726” adlı, pigment polimetilmetakrilat (CAS 9011-14-7), selüloza asetobutirat (CAS 9004-36-8), butil asetat (CAS 123-86-4), ksilol (CAS 1330-20-7) əsaslı, susuz baza emallarının tərkibində monomerlərin nisbətini müəyyən etmək mümkün olmadığından sinifləşdirilməsi mümkün olmadı, 3208 20 900 0 XİF MN üzrə kodunun 72 və 76-ci mövqeyi üzrə malin adı “Akzonobel Dynacoat 2K Topcoat ММ 9150”, “Akzonobel Dynacoat 2K Topcoat ММ 9450”, “Akzonobel Dynacoat 2K Topcoat MM 9560”, “Akzonobel Dynacoat 2K Topcoat MM 9610”, “Akzonobel Dynacoat 2K Topcoat MM 9760” adlı, pigment, polimetilmetakrilat (CAS 9011-14-7), metil akrilat (CAS 96-33-3), butil asetat (CAS 123-86-4), ksilol (CAS 1330-20-7) əsaslı, susuz mühitdə dispersləşdirilmiş ikikomponentli emalların əsas komponentləri, 3214 10 900 0 XİF MN üzrə kodunun 77-ci mövqeyi üzrə malin adı “X1 X15” adlı, pigment, polimetilmetakrilat (CAS 9011-14-7), metil akrilat (CAS 96-33-3), butil asetat (CAS 123- 86-4), kalsium karbonat (CAS 471-34-1) və kaolin (CAS 1332-58-7) əsaslı, son gat örtüklərdən öncə istifadə olunan, səthi hamarlaşdıran ikikomponentli tərkibin əsas komponentidir. Beləliklə, X2 İdarəsinin rəyinə əsasən S**********00461 nömrəli 2023-cü il tarixli invoys sənədinin 1-6, 11-31, 44-52, 72-77-ci mövqeləri üzrə idxal olunan ın XİFMN üzrə yuxarıda qeyd edilən cədvəldə göstərilən kodlar altında sinifləşdirildiyi də "xxxx" MMC tərəfindən **********8855 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi üzrə əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 21 manat, ƏDV üzrə 593.50 manat olmaqla ümumilikdə 3890.71 manat təşkil edir. Beləliklə də, araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC **********8855 nömrəli xx.xx.2023cü il tarixli gömrük bəyannaməsi üzrə ümumilikdə 3890.71 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Bundan əvvəl **********8828 sorğu nömrəli xx.xx.2022-cü il tarixli gömrük bəyannaməsi 490,00 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınma faktına görə "AS- MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 2023-cü il tarixdə 00100- 01495/23 saylı iş üzrə icraat başlanılmışdır, ilk dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs "xxxx" MMC barəsində 00100-01495/23 nömrəli iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlagədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndinə əsasən 00100/01369 nömrəli xx.xx.2023-cü il tarixli Qərarla xitam verilmişdir. Beləliklə də, şəxsin ilk dəfə inzibati xəta törətmiş şəxs hesab edilməsi və inzibati məsuliyyətə cəlb edilməmiş sayılması üçün tələb olunan 1 il müddət keçmədən yenidən şirkət Gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Nəticədə"xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505 maddəsində nəzərdə tutulmuş İnzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 protokola etiraz edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan X2 İdarəsinin xx.xx.2023-cü il tarixli 2200-015/0xx-xx/00306 saylı ekspert rəyindən görünür ki, Şəxs MMC-nin ünvanına xx.xx.2023-cü il tarixli S**********00461 nömrəli invoys üzrə idxal olunan yüklər: invoysun 1-ci mövqeyi üzrə “X5 4+1 X8 Gri” adlı, pigment, akril polimeri, butil asetat (CAS 123- 86-4), ksilol (CAS 1330-20- 7), talk (CAS 14807-96-6), kalsium karbonat (CAS 471-34-1) əsaslı, avtomobil təmirində istifadə olunan, yüksək doldurucu xüsusiyyəti olan ikikomponentli tərkibin əsas komponenti və invoysun 77-ci mövqeyi üzrə “X1 X15” adlı, pigment, polimetilmetakrilat (CAS 9011-14- 7), metil akrilat (CAS 96-33-3), butil asetat (CAS 123-86-4), kalsium karbonat (CAS 471- 34-1) və kaolin (CAS 1332- 58-7) əsaslı, son qat örtüklərdən öncə istifadə olunan, səthi hamarlaşdıran ikikomponentli tərkibin əsas komponenti XİF MN üzrə 3214 10 900 0 kodu ilə sinifləşdirilir. İş materiallarında Bakı Baş Gömrük İdarəsinin rəis müavini F.Seyidovun adına olan raportdan görünür ki, Türkiyə Respublikasından , Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Yavər Əliyev (Bakıxanov Qəs), ev 2595-ci məhəllə, mənzil 4, bina 7-də yerləşən Şəxs MMC-nin ünvanına 03BK432/99ZX598 nömrəli avtomaşınla, **********0461 saylı xx.xx.2023-cü il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********55 sorğu nömrəli xx.xx.2023-cu il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannamədə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə ********** saylı kod altında 0%-li gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malın XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X2 İdarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-15/0xx-xx/003061 saylı xx.xx.2023-cu il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən S**********00461 saylı xx.xx.2023-cü il tarixli invoysun 1-ci, 77-ci mal mövqeyi üzrə 15% gömrük rüsumuna cəlb edilməli oİduğu məlum olmuşdur. Beləliklə, **********8855 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsində yüklərin, nömrəli S**********00461 xx.xx.2023-cu il tarixli ınvoysun bütün mal mövqeyi ********** XİF MN kodu altında sinifləşdirildiyi təqdirdə Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği dxal gömrük rüsumu üzrə 3297.21 azn, ədv uzrə 593.5 azn təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 00100/01369 saylı Bakı Baş Gömrük İdarəsinin inzibati xəta haqqında iş üzrə xitam verilməsi haqqında qərardan görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsi ilə 00100- 01495/23 nömrəli iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndi və İXM-nin 53.1.10-cu maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-9/5900/2023 saylı ekspert rəyindən görünür ki, Şəxs MMC-nin ünvanına S**********00461 nömrəli invoysu üzrə idxal olunan yüklər: invoysun 1-ci mövqeyi üzrə “X5 4+1 X8 Gri” adlı, pigment, akril polimeri, butil asetat (CAS 123- 86-4), ksilol (CAS 1330-20-7), talk (CAS 14807-96-6), kalsium karbonat (CAS 471- 34-1) əsaslı, avtomobil təmirində istifadə olunan, yüksək doldurucu xüsusiyyəti olan ikikomponentli tərkibin əsas komponenti və invoysun 77-ci mövqeyi üzrə “X1 X15” adlı, pigment, polimetilmetakrilat (CAS 9011-14-7), metil akrilat (CAS 96-33-3), butil asetat (CAS 123-86-4), kalsium karbonat (CAS 471-34-1) və kaolin (CAS 1332- 58-7) əsaslı, son qat örtüklərdən öncə istifadə olunan, səthi hamarlaşdıran ikikomponentli tərkibin əsas komponenti XİF MN üzrə 3214 10 900 0 kodu ilə sinifləşdirilir. Beləliklə, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC -nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, maddi tərkibli inzibati xətanın əsas əlaməti zərərli nəticənin baş verməsidir. İş materiaları ilə müəyyən olunur ki, Şəxs MMC 3890.71 (üç min səkkiz yüz doxsan manat yetmiş bir qəpik) AZN məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmaqla, dövlət büdcəsinə ziyan vurmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin qeyd hissəsinə əsasən həmin maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Belə olan halda məhkəmə qeyd edir ki, Şəxs MMC barəsində əvvəllər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verildiyindən, təkrarən həmin maddə üzrə Şəxs MMC tərəfindən vurulmuş zərərin aradan qaldırılması onun inzibati məsuliyətini istisna etmir və həmin əsasla iş üzrə icraata xitam verilə bilməz. Beləliklə, məhkəmə iş üzrə sübutları qiymətləndirərək və yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və hüquqi şəxs qismində ödənilməli olan 3890.71 (üç min səkkiz yüz doxsan manat yetmiş bir qəpik) manat gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğdə, yəni 2723 (iki min yeddi yüz iyirmi üç) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar