Məhkəmə qərarları › İş №3(009)-1286/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1286/2024

12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1286/2024 12.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, Şirməmmədova Günel Lətif qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı Şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokola və əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib, hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələlərini həll edir. Hazırki iş üzrə məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxılarkən müəyyən edilmişdir ki, sənədlər arasında ziddiyyət var. Belə ki, inzibati xəta haqqında protokol və qərardad Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin balansında olan “Toyota Lexus yük” markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobil barədə tərtib edilsə də, inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumatın verilməsi barədə bildiriş "xxxx" QSC Avto və Mexanizasiya Nəqliyyat İdarəsinin (Bakı şəhəri, Xətai rayonu, H.Əliyev 72) ünvanına göndərilmişdir. Bundan başqa iş materiallarında olan qəbzdən görünür ki, məktub barəsində inzibati xəta haqqında icraat aparılan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin ünvanı əvəzinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat Departamentinə göndərilmişdir. Göstərilən hallar isə hazırda işin məhkəmə icraatını rədd edən hal kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı Şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokola və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 118, 128-129-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı Şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol və ona əlavə edilmiş material geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar